Dünən bəlkə də Çempionlar Liqasının cari mövsümündəki ən maraqlı oyunlardan birini izlədik. Diego Simeone play-off qarşılaşmalarını oynamağı ən yaxşı bacaran məşqçi olduğunu bir daha sübut etdi. Həmçinin, "Kristiano Ronaldoya sahib deyilsənsə, Atletiko Madridi ikili oyunlarda üstələyə bilməzsən" deyə bir ifadə var, bu fikir də hələ ki öz aktuallığını qorumaqdadı.
Yürgen Klopp mərkəzdə dinamikliyi artırmaq üçün bu oyunda Aleks Oksleyd-Çemberleynə güvənmişdi. Müdafiənin önündə isə Cordan Henderson çıxış edirdi. Məncə, elə Yürgen Kloppun da bu oyundakı ən böyük səhvi elə bu oldu. Yəqin ki, topa daha çox sahib olacağını düşündüyü üçün belə bir addım atmışdı, amma Fabinyonun yoxluğu xüsusən də Atletikonun ikinci qolunda özünü göstərdi. Artıq hesab 2-2 olandan sonra etdiyi Henderson - Fabinyo dəyişikliyi isə heç nəyi dəyişməyəcəkdi.
Atletiko Madrid isə klassik 4-4-2 sxemindən bu oyunda da imtina etmədi. Sadəcə keçən oyun hücum xəttində Morata və Korreya çıxış etdiyi halda, bu oyunda Simeone hücumda Kosta və Joao Feliksə güvənmişdi. Əvəzində isə Correa cinahda çıxış edirdi. Səbəbini isə belə açıqlaya bilərik: Simeone yarımmüdafiənin cinahlarından birində hücumameyilli, digərində isə mərkəz oyunçusu tipli futbolçu ilə çıxış etməyə üstünlük verir. Lemarın yoxluğunda həmin o hücumameyilli vinqer rolunu Anxel Korreya oynadı.
Atletiko Madrid isə klassik 4-4-2 sxemindən bu oyunda da imtina etmədi. Sadəcə keçən oyun hücum xəttində Morata və Korreya çıxış etdiyi halda, bu oyunda Simeone hücumda Kosta və Joao Feliksə güvənmişdi. Əvəzində isə Correa cinahda çıxış edirdi. Səbəbini isə belə açıqlaya bilərik: Simeone yarımmüdafiənin cinahlarından birində hücumameyilli, digərində isə mərkəz oyunçusu tipli futbolçu ilə çıxış etməyə üstünlük verir. Lemarın yoxluğunda həmin o hücumameyilli vinqer rolunu Anxel Korreya oynadı.
Şəkil 1: Liverpulun pressinqində əsas məqsəd rəqibin mərkəz ikilisi olan Koke - Partey cütlüyünü bağlamaq idi. Amma 90 dəqiqənin geri qalan hissəsində Atletiko geridən oyun qurmaqdan, hətta topdan belə imtina edəcəyi üçün buna bir o qədər də ehtiyac qalmayacaqdı.
Şəkil 2: Liverpul özü geridən oyun qurarkən fərqli gedişlərdən istifadə etdi. Bəzən TAA, bəzən Robertson, bəzən isə Hendersonun geriyə çəkilməyi ilə Liverpul geri xəttini "üçləyirdi". Bəzən isə geridə ancaq Van Dayk və Qomez qalırdı. Ümumiyyətlə, Liverpulun oyun planının əsasını bu oyunda uzun toplar təşkil etdi. Aralıq zonalara sıxlıqla açılan Mane və Salah istiqamətində Van Dayk, TAA və Henderson dəfələrlə diaqonal ötürmələr göndərirdilər. Demək olar ki, hər hücumda ilk olaraq topu rəqib qapısı önünə gətirməyi hədəflədilər, amma Atletikonun qapı qarşısındakı sıxlığı, say üstünlüyü və Yan Oblak sayəsində qonaqlar ilk 90 dəqiqə ərzində minimal məqsədin öhdəsindən gəldilər.
Şəkil 3: Atletico yenə də topsuz oyunda olduqca yaxşı olduğunu göstərdi. Şəkildə 4 1v1 görürük: Trippier v Mane, Partey v Wijnaldum, Saul v Firmino, Koke v Salah. Correa özü isə Robertsona təzyiq edir.
Şəkil 4: Liverpul Atletikonu bu kompaktlığını yarmağa daim çalışdı. Şəkildə görürük ki, Mane geriyə çəkilərək Trippieri də özü ilə birgə gətirib. Həmin boşluğa Vaynaldum çəkilsə də Koke onu izləyir və boş zonaya rahatlıqla açılmasına imkan vermir.
Şəkil 5: Liverpulun birinci qolundan əvvəlki epizodu görürük. Firmino Thomas Parteyi özü ilə birgə yaxın küncə doğru aparır. Nəticədə Vaynaldum penalti nöqtəsi həndəvərində boş qalır və hesabı açır.
Atletico yenə də ÇL-də ən təhlükəli komandalardan biri olduğunu göstərdi. Liverpul isə, görünür ki, möhtəşəm keçən bu sezonu sadəcə bir titulla başa vuracaq. Yenə də bu "qırmızılar"ın dünyanın ən yaxşı komandalarından biri olduğu gerçəyini dəyişmir.
Hiç yorum yok:
Yorum Gönder