15 Mart 2020 Pazar

Naqelsman: "Biz bəzi şeylər üçün yenə şanslar əldə edə bilərik."

Yuliyan Naqelsman "Sky Sport Almaniya" telekanalındakı "Sky90" verilişində Bundesliqada yaranmış fasilənin "RB Laypsiq"ə necə təsir etdiyini və buna necə reaksiya verdikləri barədə açıqlama verib:





ÇL-də 1/4 finala vəsiqə qazanan komandanın baş məşqçisi oyunçularını növbəti cümə axşamına kimi sərbəst buraxıb, ayın 19-dan sonra isə məşqlər davam edəcək. İnfeksiya riskini azaltmaq üçün Naqelsman məşqləri kiçik qruplar formasında keçməyi planlaşdırır.

Naqelsman: "Fikrimcə, koronavirusa qarşı doğru üsul tapılmalıdı. Bu virus digər idman növlərinə futbola nisbətən daha çox təsir edib."

Naqelsman: "Futbolda hər şey yolunda gedirsə, teorik olaraq növbəti sezonda da uğur qazanmaq, yeni şeylər etmək, başqa şeylərə nail olmaq üçün şansımız olacaq. Yenə çalışmalı və yaxşı performans göstərməliyik. Beləcə, Çempionlar Liqasına yenidən vəsiqə qazana, həmçinin orada uğurlu yol qət edə bilərik."

Bundan əlavə iqtisadiyyatçılar və s. mövcud vəziyyətə görə narahat olurlar. 32 yaşlı mütəxəssisin bu mövzuda fikirləri bu cürdü: "Sahib olduğumuzdan daha böyük problemlər var. Təbii ki, hər birimiz oynamağa davam etmək istəyirik, bu, çox normaldır. Amma ÇL-də 1/4 finalda oynamaqdan və ya çempion olmaqdan daha vacib şeylər var. Əgər hər şey qaydasında olarsa, bizim hər birimizin növbəti illərdə bəzi şeyləri etmək üçün yenə şanslarımız olacaq."

Hiç yorum yok:

Yorum Gönder

Football of Luxembourg: Surprising development

Luxembourg has 600k population and this country is one of the small countries in Europe. Even so, Luxembourg is playing important role in ...