15 Mart 2020 Pazar
Vatzke: "Normal futbol oyununu uzun müddət görməyəcəyik"
"Borussiya Dortmund"un "CEO"su Hans-Yoahim Vatzke son günlərin aktual məsələsi olan koronavirus barədə "ARD-Sportschau"ya müsahibə verib.
Bundesliqanın təxirə salınması yeganə həll yolu deyil. Əgər bu həftə sonu derbi baş tutsaydı, biz bu oyunu sadəcə 80 nəfərlə keçirəcəkdik. Bu qəbul olunası bir situasiya olacaqdı, amma liqa buna görə 75 milyon avro itirəcəkdi.
Avstriyada futbol komandalarına məşq etmək qadağan olunub. Vatzke bu qərarı doğru hesab etmir: "Bu, məntiqli deyil. Normal davranmağımıza ehtiyac var. Məsələni böyütməyə ehtiyac yoxdu."
"Bu sezon qaldığı yerdən davam etsə, yenə də oyunlar azarkeşsiz keçiriləcək. Sağlamlıq məsələlərinə görə bunu edib-etməyəcəyimizi sorğulamalıyıq. Açığı, normal futbol oyunlarını uzun müddət görə bilməyəcəyik."
Çempionatın bu sezonunu ləğv etmək barədə:
"Futbolda çox böyük bir böhranda olduğumuzu dedim. Amma bir dəfə də olsun köməyə ehtiyacımız olduğunu demədim. Bu barədə söhbət getmir, lakin çempionat bu sezon ləğv olunsa, bu bəzi komandalar üçün çətinliklər yaradacaq."
Çərşənbə axşamı UEFA-nın iclası barədə:
"Avropa Çempionatının necə keçiriləcəyi haqqında müzakirələr olacaq. Ümid edirəm ki, bir qərara gələ biləcəyik."
Kaydol:
Kayıt Yorumları (Atom)
Football of Luxembourg: Surprising development
Luxembourg has 600k population and this country is one of the small countries in Europe. Even so, Luxembourg is playing important role in ...
Hiç yorum yok:
Yorum Gönder