
Hansi Flikin "Bayern" ilə uzunmüddətli müqavilə imzalayıb-imzalamayacağı hələ ki bəlli deyil. Bundan əlavə Flik üçün başqa alternativlər də mövcuddu. "Kicker"ə görə hələ ki rəsmi danışıqlar olmayıb. Buna baxmayaraq, bir müddət öncə bəzi mənbələr "Mançester Yunayted"in 55 yaşlı mütəxəssislə yaxından maraqlandığını bildirmişdi. Amma 21 oyunda 18 qələbə qazanmış məşqçinin "Bayern"dəki mövqeyinin olduqca güclü olduğunu söyləyə bilərik. Koronavirus böhranına baxmayaraq "Bayern" hələ də çıxış etdiyi 3 turnirdə də favorit hesab olunur.
Münhen klubunda transfer məsələlərindən məsuliyyət daşıyan şəxslərin Flikin şəxsi tələblərinə necə qarşılıq verəcəkləri olduqca maraq doğurur. Hələ Dohadakı qış təlim-məşq toplanışında Hansi Flik və Hasan Salihamidziç arasında müəyyən konfliktlər olduğu bilinirdi.
Nə qədər təəccüblü gəlsə də, Hansi Flik öz fikirlərindən söhbət gedirsə, heç nədən çəkinməyən bir insandı. Əgər işlər istədiyi kimi getmirsə, nəticə çıxarıb sərt qərarlar verdiyi hallar da olub. "Hoffenhaym"la 5 illik müqavilə bağladıqdan sonra sadəcə 8 ay işləyib istefa vermişdi.
Hansi Flik "Bayern"in "U17" komandasının baş məşqçisi Miroslav Klozeni öz köməkçi məşqçisi təyin etmək istəyir. Amma hələ ki hər hansısa rəsmi razılaşma yoxdu və Klozenin müqaviləsi yayda bitəcək.
2021-ci ilin yayında müqaviləsi bitəcək olan Manuel Noyer və Tomas Müller komandaları ilə müqavilələrini uzatmaq üçün olduqca həvəslidilər. Müller Flikin rəhbərliyi altında köhnə səviyyəsinə qayıda bilib, alman mütəxəssis Nübel transferinin isə Noyeri daha da gücləndirəcəyini düşünür:
"Noyer mənə görə dünyanın ən yaxşı qapıçısıdı, buna heç bir şübhə etmirəm. Mənə görə onun alternativi yoxdu",- deyə Flik bildirib.
2021-də müqaviləsi başa çatacaq olan Alaba və Tyaqo ilə danışıqlar bu yaxında başlanılmalıdı. Digər 2 futbolçu Boatenq və Martinezə isə yaxşı təklif olacağı halda gedə biləcəkləri bildirilib. Flik açıqlamalarından birində "Biz 3 mövqeyə transferlər etməliyik.",- demişdi.
Müəllif: Daniel Rathjen, eurosport.de
Hiç yorum yok:
Yorum Gönder