21 Mart 2020 Cumartesi

Maks Eberl: "Borussiya" öz inkişafını qoruyacaq

Maks Eberl 2008-ci ildən bəri Mönhenqladbax klubunun idman direktoru vəzifəsində çalışır. 46 yaşlı mütəxəssis Koronavirusa rəğmən "Borussiya Mönhenqladbax"ın gələcəyinə şübhə ilə yanaşmır.



Koronavirus böhranı Bundesliqa klublarına olduqca mənfi təsir göstərib. Oyunların təxirə salınması, xüsusən də, kiçik büdcəli klublara ağır zərbə vurdu.

Eberl hələ də klubun mövcud vəziyyətini yaxşı hesab edir və komandanın ümumi keyfiyyətinə güvənir.

Qladbax klubunun futbolçuları bu böhran dövründə Bundesliqada öz maaşlarından imtina edən ilk futbolçular oldular. Maks Eberli də maliyyə cəhətdən arxayınlaşdıran əsas məqam da budu.

""Borussiya" öz inkişafını qoruyacaq. Təkcə futbolçularımızın xüsusiliyi və ya xarakterləri yox, həmçinin idmançı kimi bacarıqları da mənə bunu deməyə əsas verir."

Eyni zamanda komandanın maliyyə direktoru Şippers də oyunların qısa müddətdə bərpa olunacağını düşünmür: "Oyunlar hal-hazırda 2 aprelə kimi təxirə salınıb. Amma planlaşdırılmış vaxtda oyunların başlayacağı inandırıcı görünmür."

Buna görə də Eberl yeni həll yolunun tapılmağının vacib olduğunu vurğulayır: "Ümid edirik ki, sezonu başa vurmaq və maliyyə problemlərini aradan qaldırmaq üçün azarkeşsiz oyunlar keçirə biləcəyik."

Hiç yorum yok:

Yorum Gönder

Football of Luxembourg: Surprising development

Luxembourg has 600k population and this country is one of the small countries in Europe. Even so, Luxembourg is playing important role in ...