22 Mart 2020 Pazar

Salah, Mane, Firmino: "Liverpul" Verneri niyə istəyir?

Yay transfer pəncərəsində olduqca diqqət çəkən keçidlərdən biri baş tuta bilər. Timo Verner in "Liverpul"a transferindən gedir.

Bu söz-söhbətlər heç də absurd görünmür. 24 yaşlı forvardın "Enfild"də oynamaq istəməyi kifayət qədər normal qarşılanmalıdı. Amma kifayət qədər güclü hücum triosuna sahib olan "Qırmızılar"ın Vernerə həqiqətən də ehtiyacı var mı?



"RB Laypsiq" ÇL-nin 1/8 final mərhələsində "Tottenhem"i məğlub edərək 1/4 finala vəsiqə qazandı. Timo Vernerin bu uğurdakı rolu isə ilk oyunda vurduğu penalti qolu oldu.

Verner transferi üçün "Tottenhem"in də addım atacağı gözlənilir, amma "Liverpul" daha şanslı tərəfdi. Bir müddətdir ki, Verner "Mersesaydlılar"a qoşulmaq istəyini inkar etmir və "RB Laypsiq"dən ayrılmağın onun üçün yaxşı olacağını düşünür. Timo Verner:

"Böyük bir klubda oynaya biləcək potensiala sahib olduğumu düşünürəm. Fikrimcə, buradakı yeganə fərq daha çox təzyiqin olacağıdır."

Bəs "Liverpul"un həqiqətən də Vernerə ehtiyacı var mı?

Görünən odur ki, Verner artıq qərarını verib. Amma Vernerin böyük potensialına rəğmən "Liverpul"un ona ehtiyacı olub-olmadığı böyük maraq doğurur.

Nəzərə almaq lazımdır ki, "Liverpul" Mohammed Salah, Sadio Mane və Roberto Firminodan ibarət olan irəli üçlüyə sahibdi. Və Vernerin özünü Yürqen Kloppun komandasında isbatlamağa böyük ehtiyacı olacaq. Vəziyyət Verner üçün qəliz ola bilər. Çünki braziliyalı Firmino bu sezon 8 qol və 7 assistlə komandasına xeyir verib, buna görə də Yürqen Kloppun oyun planında böyük rol oynayır. Son ÇL qaliblərinin bu sezon 66 qolla Avropadakı ən yaxşı nəticələrdən birinə sahib olmağı elə belə bir şey deyil.


Keçdiyimiz yay "Bayern Münhen" də Timo Vernerlə maraqlansa da Robert Levandovskiyə görə bu transferdən imtina etməli oldu. Eyni ssenari "Liverpul"u da gözləyə bilər. Əgər "Liverpul"un hücum xəttindən heç kim komandanı tərk etməsə Vernerin daha çox ehtiyat skamyasında vaxt keçirəcəyini deyə bilərik.



"Liverpul" Verner üçün doğru addımdır

Digər bir tərəfdən Vernerin öz oyunçu keyfiyyətləri ilə "Liverpul"un oyun tərzinə, Premyer Liqaya uyğun olduğunu da vurğulamalıyıq. Bundan əlavə Yürqen Klopp məsələsini də unutmamalıyıq. Alman mütəxəssisin pressinqə üstünlük verən oyun planı Vernerə olduqca uyğundu və 24 yaşlı forvard buna rahatlıqla uyğunlaşa bilər. Timo Verner sadəcə Divok Origini rotasiyadan çıxarmalıdı. Belçikalı bu mövsüm mümkün dəqiqələrin sadəcə 31%-də oynamaq şansı qazanıb.

Transfer baş tutarsa dəyəri nə qədər olacaq?


Təkcə Vernerin hara gedəcəyi yox, sərbəst qalma maddəsi də müəyyən deyil. Futbolçu ötən yay "RB Laypsiq"lə müqaviləsini 2023-cü ilin yayına qədər uzadıb. Bəzi mətbuat orqanları qiymətin transfer dövründən-dövrünə kimi dinamik şəkildə azaldığını və təxminən 60 milyon avro olduğunu yazırlar. Hətta "Kicker" ötən yay qiymətin sadəcə 30 milyon avro olduğunu yazmışdı, hansı ki maraqlanan klublar üçün ideal qiymət hesab oluna bilər.

Bəzi mənbələrə görə isə Vernerin sərbəst qalma maddəsi aprel ayında aktivləşəcək. Koronavirus böhranını da nəzərə alsaq, bu dövr transfer üçün bir o qədər də uyğun deyil.

"RB Laypsiq"in idman direktoru Markus Kröşe bir açıqlamasında hələ də Vernerin qalacağına ümid etdiyini demişdi: "O da, biz də klub daxilində nələr baş verdiyini bilirik. Onun uzun müddət bizimlə qalması üçün bəzi şeylər lazımdı. Növbəti həftələrdə və ya aylarda hər şeyə aydınlıq gələcək."


Müəllif: Robert Bauer, eurosport.de

Hiç yorum yok:

Yorum Gönder

Football of Luxembourg: Surprising development

Luxembourg has 600k population and this country is one of the small countries in Europe. Even so, Luxembourg is playing important role in ...