Məsələyə daha dərin baxmaq üçün bizə kömək edə biləcək anlayış “komanda niyyətləri”di. Əslində fərdi anlayışdı, hər kəs üçün eyni olmalı deyil. Amma mən bu komanda niyyətlərinin istifadəsinin tərəfdarıyam.
Hücumda olarkən komanda niyyətləri:
- Rəqib müdafiəsinin arxasındakı zonanın istifadəsi (rəqib qapıya ən yaxın yer, ən optimal variant)
- Rəqib yarımmüdafiənin arxasındakı zonanın istifadəsi (ikinci optimal variant, əgər birincini reallaşdırmaq mümkün deyilsə)
- Rəqibin hücum xəttinin arxasındakı zonanın istifadəsi (əgər ilk iki variantın icrası mümkün deyilsə)
- Rəqibin hücum xəttinin önündəki zonanın istifadəsi (əgər ilk üç variantın heç biri alınmırsa)
Təbii ki, əgər rəqib qapı boşdusa, birbaşa qapıdan-qapıya qol vurmaq ən arzuolunan variantdır. Amma bu bir o qədər də sıx görünən bir hal deyil.
Ən optimal varianta birbaşa çatmaq ən çətin olanınıdı. Ona görə də bir çox hallarda addım-addım getməyə üstünlük verilir. Məsələn: İlk növbədə yarımmüdafiənin arxasına, ardınca ordan müdafiənin arxasına. Və ya öncə hücumun da arxasına gedilə bilər, hər şeyin hücum xəttinin önündən başlamağı da real ehtimaldı. Bayer Leverkusen’I analiz edərkən detallara varacağıq. Addım-addım necə gedirlər? Rəqib qapı ilə məsafəni necə qısaldırlar? Birbaşa gedirlərmi? Gedirlərsə, necə? Bu suallara cavab tapmağa çalışacağıq.
Unutmamalı olduğumuz bir məqam da “individual niyyətlər”di.
- Zona yaratmaq
- Zonanı istifadə etmək
- Pas variantı olmaq
- Topu çatdırmaq
Futbolda hər şey zona ilə bağlıdı və hansısa oyunu analiz edərkən bunu unutmamalıyıq. Eyni zamanda “komanda niyyətləri” və “individual niyyətlər”dən də agah olmaq istinad nöqtələri olaraq analiz prosesində bizə köməklik göstərəcək.
Bayer Leverkusen’i təhlil edərkən mövzuya bu aspektdən, bu “eynəklə” baxmağa çalışacağıq. Bu yanaşma bizi mümkün olduğu qədər dərinə aparmalıdı.
Əgər rəqib həmin situasiyada yaxşı təşkilatlanmış şəkildə müdafiə olunursa, Bayer buna uyğun olaraq mərhələli şəkildə rəqib qapıya yaxınlaşmağa məcburdu.
Rəqib hücum xəttinin önündəki zonanın istifadəsi:
Şəkil 1: Mövqelər.
Əgər rəqibin hansısa “səddini” aşmaq hələ mümkün olmayıbsa, arxada 4+2/3 ilə oyun qurmağa çalışan Bayer Leverkusen görürük. Cinah müdafiəçiləri (Grimaldo və Kossounou) bir o qədər də geniş dayanmırlar. Eyni zamanda orta ikili də (Xhaka və Palacios) da arxaya düşüb rəqib yarımmüdafiə xəttini özü ilə birgə “gətirməyə” çalışır. Mümkün olduğu qədər dar və mərkəzə meyilli şəkildə yerləşmiş arxa xətt rəqibi üzərinə çəkərək irəlidəki oyunçular üçün zona yarada bilir.
Şəkil 2: Bəzən Hofmann və ya Wirtz’dən biri arxaya düşərək Xhaka və Palacios ilə birgə “üçbucaq” yaradır. Bu halda arxadan oyun qurarkən 4+1+2-dən istifadə edirlər.
Şəkil 3: Mərkəzdəki rotasiyalar fonunda orada yaranmış zonanı elə həmin futbolçulardan biri istifadə edə bilir.
Şəkil 4: Mərkəzdə say baxımından “yüklənmə” etdiklərini görürük. Leverkusen oyunu mərkəz qurub irəlilətməyi, kiçik zonalarda qısa paslarla oynamağı sevən komandadı. Bunun üçün “3-cü adam” prinsipinə, həmin prinsipin tətbiqi üçün isə mərkəzdə mümkün olduğu qədər yuxarı sayda futbolçuya sahib olmaqlarına ehtiyac var.
Şəkil 5 və 6: Komanda topa sahib olarkən etdikləri rotasiyalardan biri də Grimaldo’nun “saxta cinah müdafiəçisi” kimi istifadəsidi. İspaniyalı futbolçu “aralıq zonalar”a daxil olanda onun əvəzinə hər hansısa başqa bir futbolçu kənarda genişliyə açılır. Düşünürəm ki, bunun əsas səbəbi Xabi Alonso‘nun bəzi hallarda mərkəzdə “partlayıcı sürət”ə malik olan Grimaldo’dan istifadə etmək istəməyidi.
Şəkil 7: Bəzən rəqib səni daha arxada qarşılayır. Bir də görürsən ki, topla mərkəzi keçmisən, amma rəqibin hücum xətti hələ də sənin qarşındadı, arxanda yox. Daha kiçik zona, daha çox futbolçu – bu situasiyada köməyə gələcək ən əhəmiyyətli prinsiplərdən biri məhz “3-cü adam” prinsipidi. Şəkildə görürük ki, Tah’ın boşda olan Xhaka istiqamətində olan pas yolu bağlıdı. Buna görə də Hofmann vasitəsilə ilə boşda olan oyunçunu (Xhaka) “tapa bilir”. “3-cü adam” prinsipini bu cür sadə formada izah edə bilərik.
Beləcə Bayer Leverkusen rəqibin hücum xəttinin önündəki zonadan rəqibin hücum xəttinin arxasındakı zonaya keçid edə bilir. Amma bundan daha yaxşı olan bir variant var: Rəqibin hücum xəttinin önündən rəqibin yarımmüdafiə xəttinin arxasındakı zonaya topu çatdırmaq. Yəni, bir addım ilə bir yox, iki pillə irəliləmək.
Şəkil 8: Başlanğıc nöqtəsi. Top qapıçıdadı, sol cinahda zona “yaradılıb” və 3 futbolçu həmin zonanı istifadə etməyə hazırdı.
Şəkil 9: Top stoper Edmond Tapsoba’dadı və düşünürəm ki, hər şey şəkildə detallı şəkildə qeyd olunub.
Şəkil 10: Topa sahib olarkən maksimum genişlik yaratmayan komanda. Genişlik yaratmırlar, çünki top itkisində sürətli şəkildə reaksiya verib topu qazanmalıdılar. Bir-birilərinə yaxın dayanmaqları topu itirən kimi qazanma ehtimallarını artırır, amma digər tərəfdən bu şəkildə topu itirmək ehtimalları da yuxarıdı. Bu epizodda rəqib hücum xəttinin arxasında olan Palacios’un rəqib yarımmüdafiə xəttinin arxasındakı Boniface’ə ötürməsindən sonra sonuncu çevrilərək fərqlənir.
Şəkil 11 və 12: Florian Wirtz – xətlərin arasındakı oyunçu. Wirtz hər zaman rəqib yarımmüdafiə xəttinin arxasında yaradılmış zonanı istifadə edən oyunçu rolundadı. Özünü təklif edir, topu alır, dönür və qarşısında onu gözləyən zonaya doğru irəliləyir. Növbəti qərar isə artıq özünündü.
Şəkil 13: Ötən postda söhbət açdığımız “individual niyyətlər”i bu şəkillə daha detallı izah etmək olar:
Şəkil 14: “3-cü adam” hər yerdə. Gördüyünüz kimi həmin prinsipdən bu situasiyada da istifadə olunur.
Şəkil 15: Təbii ki, ən yaxşı variant rəqib qapıya maksimum dərəcədə sürətli şəkildə çatmaqdı. Yəni, rəqibin hücum xəttinin önündən müdafiəsinin arxasına. Bu, xüsusən də top səviyyədə bir o qədər də asan deyil. Elə ona görə də məşqçilər rəqib qapıya çatmaq üçün bu qədər baş yorurlar. Heç nə bir ötürmə ilə həll olunacaq qədər asan deyil. Amma siz Bayer Leverkusen‘ə həmin ötürmə üçün şərait yaratsaz, onlar bunu istifadə etməyə çalışacaqlar. Çünki komandanın əsas niyyəti rəqibin müdafə xəttinin arxasındakı zonanı istifadə etməkdi.
Şəkil 16-17: Rəqibin hücum xəttinin arxasından yarımmüdafiə xəttinin arxasına doğru keçid.
Komanda rəqibin birinci müdafiə səddini (hücum xətti) aşır və istər-istəməz rəqib yarımmüdafiə xəttini də üzərinə çəkir. Belə olan halda rəqib yarımmüdafiəsinin arxasındakı zonanı istifadə edəcək oyunçu çox böyük boşluqla üz-üzə qalır və beləcə hücumun sürətini artırmaq mümkün olur.
Şəkil 18: İndividual prinsiplərə yenə toxunmalıyıq.
Şəkil 19: “3-cü adam” prinsipi burada da öz aktuallığını itirmir.
Şəkil 20 və 21: Rəqibin hücum xəttinin arxasındakı zonaya keçə bilmisənsə, buradan bir addım da atıb rəqib yarımmüdafiəsinin arxasına keçə və ya hətta birbaşa müdafiəsinin də arxasına gedə bilərsən. Yarımmüdafiənin arxasındakı zonanı istifadə etməkdən danışdıq. Bəs ondan sonrası? Müdafiənin arxasına necə gedirlər? Komanda və individual prinsiplərdən yola çıxaraq bu suala da aydınlıq gətirə bilərik. Birbaşa müdafiənin arxasına keçməzdən öncə yarımmüdafiənin arxasındakı zonanı da “ziyarət etmək” olar.
Şəkil 22 və 23: “3-cü adam” prinsipi. Təbii ki, burada da var. Amma şəkillərdə “4-cü adam” prinsipini görürsüz.
Şəkil 24 və 25: Hücum xəttinin arxasındakı zonadan birbaşa müdafiənin arxasına? Əgər rəqib o şansı yaradıbsa, niyə də yox? 24-cü şəkildə komandanın topla olmağına baxmayaraq bir o qədər də geniş yerləşmədiyini görə bilərsiz.
Şəkil 26: Rəqibin hücum xəttinin arxasından müdafiəsinin arxasındakı zonaya doğru:
Şəkil 27 və 28: Son olaraq, komanda niyyətləri və individual niyyətlər daim bir-biri ilə bağlantılı olmalıdı.
Hiç yorum yok:
Yorum Gönder