4 Ekim 2019 Cuma

Londonda "Oktoberfest": "Tottenhem" - "Bayern" oyununa nəzər




Çempionlar Liqasında qrup mərhələsinin 2-ci turunda turnirin son finalçısı "Tottenhem" öz meydanında turnirin favoritlərindən biri hesab olunan "Bayern Münhen"i qəbul edirdi. Qonaqlar ilk oyunda evdə "Srvena Zvesda"nı 3-0 hesabı ilə məğlub etdiyi halda "londonlular" Yunanıstan səfərində 2 fərqli üstünlüyü əldən verərək 1 xala razı olmuşdular. Premyer Liqada işləri elə də yolunda getməyən "Tottenhem" üçün bu oyunda qazanılacaq qələbə hava-su kimi vacib idi. Eyni zamanda "almanlar" da Londona maksimum nəticəni əldə etmək üçün gəlmişdilər. Olduqca yüksək tempdə başlayan və oyunun böyük hissəsində bu cür davam edən oyunun sonunda tablodakı rəqəmlərin cəmi 9-a bərabər idi. "Bavariya" rəqibini səfərdə 7-2 hesabı ilə məğlub etsə də rəqibinə qarşı ciddi "əzici" futbol oynadığını və hesabın oyunu əks etdirdiyini demək olmaz.

Komandaların əsas heyətləri bu cür idi:

"Tottenhem Hotspur" (4-3-1-2)



"Bayern Münhen" (4-2-3-1)



      Bəs niyə məşqçilər bu oyunçuları/sxemləri seçmişdilər?

İlk olaraq ev sahiblərindən başlayaq. Son bir neçə sezonda "Tottenhem"in matçlarını mütəmadi olaraq seyr edənlər bilir ki, Maurisiyo Poçettino sıxlıqla sxem dəyişikliklərinə getməyi sevən məşqçidi. "Londonlular"ın oyunlara 4-2-3-1, 3-4-2-1, 3-5-2, 4-3-1-2 və s. kimi sxemlərlə çıxdığını görmüşük. Bu oyunda isə argentinalı mütəxəssisin seçimi 4-3-1-2 oldu. Hücumçuların arxasında Erikseni yox Dele Allini oynatmaqla Pochettino topsuz oyunda üstünlüyü əldə etməyi hədəfləmişdi. Bildiyiniz kimi Dele Allidə "8 nömrə" xüsusiyyətləri Kristian Eriksendən daha çoxdu və bu, onu müdafiə olunarkən daha istifadəyə yönümlü futbolçuya çevirir. Bu taktiki sxemin seçilməsində başlıca məqsəd oyunu mərkəzdən qurmağı sevən "Bavariya"nın oyundakı dominantlığını azaltmaq və rəqibə qarşı mərkəzdə üstünlük əldə etmək idi. Təbii ki, hər sistemdə olduğu kimi bu planın da özlüyündə mənfi cəhətləri var idi. Mənfi cəhətlərin hansılar olduğuna isə yazımızın növbəti hissəsində toxunacayıq.

Qonaqlar isə əksər hallarda istifadə etdikləri 4-2-3-1 sxemindən bu oyunda da əl çəkməmişdilər. Oyun planı anlamında olduqca səbrli və sistemli olmağa çalışan "bavariyalılar" üçün Manuel Noyer də bir neçə epizodda xilaskar oldu. Kovac Tyaqonu ehtiyatda başladaraq mərkəzdə komandanın "beyni" vəzifəsini Kimmixə vermişdi. Bununla o, ikinci hissədə etmək üçün özünə yeni bir gediş yaratmışdı. 2 fərqli hissə oynayan "Bayern"in sisteminə ikinci hissədə olan dəyişikliklər müsbət mənada ciddi təsir etdi.

                           Təhlil: Birinci hissənin gedişatı

"Tottenham" oyuna olduqca yüksək tempdə və erkən qol vurmaq istəyi ilə başladı. Bununla yanaşı rəqibə qarşı yüksək pressinqdən istifadə edən ev sahiblərində rəqibin hücumlarının geridən qurulmasındakı əsas "beyin" olan Kimmixi zərərsizləşdirmək vəzifəsi Dele Alliyə verilmişdi.

Şəkildə qara dairədə Dele Allinin Yozua Kimmixə olduqca yaxın oynamağa çalışdığını görürük:


Nəticədə "qonaqlar" müdafiədən paslaşaraq yox, uzun ötürmə ilə çıxmaq məcburiyyətində qalırlar. Bu isə effektiv olmur və Denni Rouz topu ələ keçirir:


Bu gördüyünüz epizodda da Dele Alli Yozua Kimmixə geridə sərbəst oynamaq üçün şərait yaratmır:


Ümumiyyətlə, top rəqibdə olarkən "londonlular"ın olduqca intizamlı və sistemli şəkildə meydanda yerləşdiyini dəfələrlə müşahidə edə bilərik:



"Bayern" isə rəqibin bu cür "gərgin" pressinqindən çıxmaq üçün müxtəlif üsullara əl atırdı. Noyer kimi yüksək səviyyədə pas qabiliyyətinə sahib olan qapıçıya malik olmaqları onlara müəyyən qədər kömək eləsə də, onun cinahlara - Koman və Qnabriyə doğru atdığı uzun ötürmələr Orye və Rouz tərəfindən əksər hallarda dəf edilirdi. Nəticədə "qonaqlar" Benjamin Pavar variantını yoxladılar. Oyunun əvvəlində sağ cinahda çıxış edən 2 fransalı futbolçu: Pavar və Koman divar paslaşmaları edərək rəqibin pressinqini yarmağa çalışdılar və buna nail olurdular. Levandovskinin də geriyə köməyə gəldiyi epizodun sonunda Serj Qnabri rəqib qapıçı ilə üzbəüz qalır, lakin fərqlənə bilmir:


Bu şəkildəki epizodda isə Koman və Pavar divar paslaşması edərək rəqib pressinqi yarırlar:


Bu epizodda da Pavar-Koman ikilisi yenə eyni cür pressinqi yarır və müdafiənin arxasına doğru qaçan Koutinyo Pavar tərəfindən verilmiş ötürməni qəbul edir:


"Tottenhem" topa sahib olanda isə "qonaqlar" taktiki sxemi 4-2-3-1-dən 4-2-2-ə dəyişir və Koutinyo Levandovski ilə birlikdə komandanın hücum "cütlüyü"nü təşkil edirdi. Aşağıdakı fotolarda "ev sahibləri" oyunu geridən qurmağa çalışır, amma rəqibin irəli ikilisi komandanın dərindən oyun qurucusu olan Harri Vinksin topla təmin olunmasına imkan vermirlər:


"Dördlü" yarımmüdafiə xətti də öz növbəsində bu pressinqə dəstək verirdi:


Amma "Tottenhem" Sissoko və Ndombeledən ən az birinin geriyə dəstəyə gəlməyi ilə bu pressinqi yara bilirdi

"Bayern" hücumda olarkən "halfspace"lərdən olduqca çox istifadə edirdi. Cinah futbolçuları - Koman və Qnabri, hətta mərkəz müdafiəçisi Süle də bu dəhlizdən istifadə edib rəqib cərimə meydançasına daxil olurdular. Bu şəkillərdə müvafiq olaraq Qnabri və Sülenin "halfspace"lərdən istifadə etdiyini görürük:



"Tottenhem"in oyunun əvvəlindən istifadə etdiyi bu cür yüksək pressinq nəticədə öz bəhrəsini verir. Korentin Tolisso olduqca təhlükəli bir mövqedə top itkisinə yol verir və hesab açılır:


Bu epizodda fransalı futbolçu boşluqda olan komanda yoldaşları: Jerom Boatenq və ya Niklas Süleyə ötürmə etmək əvəzinə topu heç bir "bayernli" futbolçu olmayan zonaya göndərir:



Yüksək və sistemli pressinq etmək gözə xoş görünsə də mənfi cəhətləri də var. Bu pressinqin əsas tələblərindən biri müdafiə xəttini daha da irəlidə qurmaqdır. Bu isə öz növbəsində Koman və Qnabri kimi vingerlərə sahib olan komandaya qarşı təhlükəli sayıla bilərdi. Argentinalı mütəxəssisin bu barədə müəyyən mənada riski gözə aldığını söyləyə bilərik. "Bayern" də bu zəif nöqtədən yararlanmağı bacardı. Şəkildə Yozua Kimmix sağ cinah boyunca qaçan Komana hava ilə ötürmə edir:


Hücumun davamında oyundakı vəzifəsi Yozua Kimmixi zərərsizləşdirmək olan Dele Alli (ağ dairə)
rəqib uzun ötürmə ilə irəli çıxdıqdan sonra oyunçusunu izləmir və geri qayıtmaqda olduqca gecikir. Nəticədə Kimmix (qırmızı dairə) "Bayern"in oyundakı ilk qolunu vurur:


"Tottenhem"in irəli xəttdəki ən ciddi silahlarından biri də Sonun tez-tez cinahlara meyil edib özü və komanda yoldaşları üçün təhlükəli vəziyyətlər yaratması idi. Olduqca hərəkətli olan koreyalı futbolçu Harri Keynlə birgə daim rəqib müdafiəni təzyiqdə saxlayırdı. Komanda irəli çıxanda, xüsusən də sürətli hücumlar baş tutarkən sağ cinah təkcə Serj Oryenin ixtiyarına buraxılırdı. O da bundan maksimum istifadə etməyə çalışırdı. Bu şəkildə də həmin plana aid olan bir epizodu görürük.

Sağ cinahdan hücuma qoşulan Orye topu Tanquy Ndombeleyə ötürür, ikincinin zərbəsini isə qapıçı Manuel Noyer dəf edir. Epizodun bu qədər təhlükəli hala dönüşməyində geriyə qayıtmaqda gecikən və ciddi mövqe səhvi edən Niklas Sülenin (qırmızı dairə) də ciddi rolu var idi:


Nisbətən "Tottenhem"in üstün olduğu ilk hissədə hesab oyunun əksini göstərdi və qonaqlar Levandovskinin 45-ci dəqiqədə "Tottenhem" müdafiəsindəki qarışıqlıqdan və öz individual keyfiyyətlərindən istifadə edərək vurduğu qol sayəsində fasiləyə 2-1 hesablı üstünlüklə yollandılar.

                                                 İkinci hissənin gedişatı

Maurisiyo Poçettino rəqibin ilk hissədə cinahlardan necə rahat istifadə etdiyini görərək ikinci hissəyə sxem dəyişikliyi ilə başladı. "Bavariya"nın cinahlardan qarşısını almaq üçün mərkəzdəki oyunçu sayını azaltdı və Henq-Min Sonu sağ cinaha, Allini isə Keynin yanına çəkərək klassik 4-4-2-yə keçdi. Yarımmüdafiə xətti (soldan sağa) Sissoko - Vinks - Ndombele - Son şəklində oldu:


Niko Kovaç isə hissəyə dəyişikliklə başladı. İlk hissədə hücuma qoşulmaqda çətinlik çəkən David Alaba Tyaqo Alkantara ilə əvəzləndi. Bu dəyişiklikdən sonra Kimmix müdafiənin sağına, Pavar isə soluna doğru çəkildi. Və xorvat mütəxəssisin artıq rəqibə qarşı irəlidə və yüksək şəkildə pressinq etməsi oyundakı açar gedişlərdən biri oldu:


"Tottenhem"in cinah futbolçulu sistemə keçməsi komandaya müsbət mənada heç bir təsir göstərmədi. Əksinə, aşağıda gördüyümüz fotoda Pavar və Qnabri divar paslaşması edərək Sonu rahatlıqla oyundan kənarlaşdırırlar, epizodun davamında isə Qnabri oyundakı ilk qolunu vurur:


Növbəti fotoda isə "qonaqlar"ın meydanın rəqibə aid olan hissəsində topu itirən kimi rəqibə qarşı pressinq etdiyini görürük:


Denni Rouz topu arxasında 2 "bayernli" futbolçu olan Harri Vinksə ötürür, o da riskli addım atır və tpu itirir. Nəticədə Serj Qnabri dubl edir:


Oyunun növbəti hissəsində Harri Keyn penaltidən fərqlənərək hesabı 2-4 etdi. Ardınca "Tottenhem"də Ndombele və Alli müvafiq olaraq Eriksen və Moura ilə əvəzləndi. Komandanın 4-2-3-1 sxeminə keçməsi də oyunda heç nəyi dəyişmədi. Oyunun sonuna yaxın edilən Vinks - Lamela dəyişikliyi isə darmadağının əsas səbəblərindən biri oldu desək, yanılmarıq.

"Bayern" isə ikinci hissədəki sistemli və intizamlı oyununu davam etdirirdi:


Bu şəkildə "almanlar"ın 5-ci qolunu gətirən ötürməni görürük. Tobi Alderveyreld (ağ dairə) mövqeyini tərk edib və olduqca irəli çıxıb. Serj Qnabri bu boşluqdan istifadə edir və Alkantaranın mükəmməl ötürməsindən sonra hesab arasındakı fərqi yenidən 3-ə çıxarır:



"Bavariya"nın 6-cı qolunda da belçikalı müdafiəçinin səhvinin ciddi rolu oldu. Bu epizodda qarşısında heç bir komanda yoldaşı olmadığını görməyən Alderveyreld topu səhvən Tyaqoya ötürür. Və Roberto Levandovski dublunu rəsmiləşdirir: 2-6!



"Bayern" oyunun sonuna yaxın artıq qələbəni təmin etsə də öz yüksək pressinqindən əl çəkmir və bunun sayəsində topu ələ keçirib növbəti dəfə rəqib qapısına yol tapır. Oyundakı 4-cü qolunu vuran Qnabri son nöqtəni qoyur: 2-7.


Təbii ki, oyunda bu cür hesabın alınması hər kəs üçün olduqca gözlənilməz oldu. Amma Kovaçın oynatdığı səbrli futbol və yerli-yerində etdiyi taktiki gedişlər matçdakı həll edici məqamlar idi. Poçettino isə oyunda nəyisə dəyişmək üçün edə biləcəyi bütün gedişləri etdi, lakin heç biri faydalı olmadı. Hətta sondakı Vinks - Lamela dəyişikliyindən sonra "Tottenhem"də müdafiənin önündəki nizam pozuldu və hesab bu həddə çatdı.


Əslində məsələyə başqa sferadan yanaşsaq "Tottenhem"in bu cür performansının səbəbi kimi oyundan əvvəl mediada çıxan xəbərləri də göstərmək olar. Bildiyiniz kimi oyundan saatlar öncə mətbuatda Vertongen və Eriksen arasında konflikt yaşandığı, hətta Keynin də buna qoşulduğu barədə bır sıra xəbərlər var idi. Bu məsələnin "Tottenhem"in oyununa təsir etdiyini deyə bilərik, amma "londonlular"ın ilk hissədə oynadığı futbol bu məsələnin üzərində durmağımıza imkan vermir.

Oyundakı bəzi xG datalarını sizlərin nəzərinə çatdırmaq istərdim:






"Bayern"in "halfspace"lərdəki üstünlüyünü yazının əvvəlki hissəsində qeyd etmişdim. Bu barədə olan bütün statistikalarda "almanlar" təxminən 2 dəfə üstün olsalar da məhsuldarlıq baxımından "Tottenhem" öndədi: 1 assist


Hiç yorum yok:

Yorum Gönder

Football of Luxembourg: Surprising development

Luxembourg has 600k population and this country is one of the small countries in Europe. Even so, Luxembourg is playing important role in ...