23 Şubat 2020 Pazar

Chelsea 0-2 Manchester United: Təhlil

Baby-faced defences show Chelsea, Man Utd youth movements don't ...
Həftəiçi ÇL oyunları olduğundan və vaxt azlığından dolayı Chelsea - Manchester United oyununun təhlili bu günə alındı. MU bu sezon Top 6 komandaları ilə oyunlardakı aldığı bir sıra uğurlu nəticələrə yenisini də əlavə etdi. Ole Gunnar Solskjaer bu mövsüm Frank Lampardla üz-üzə gəldiyi hər 3 oyunda da qələbə qazanmağı bacardı. Fikrimcə, Ole hal-hazırda top klublara qarşı aldığı nəticələrə əsasən əsl ortabab klub məşqçisidi. (Everton, Wolves və s.) Əgər bu tip bir komandada işləsəydi, çoxlarının bəyəndiyi məşqçi ola bilərdi. Amma Manchester United kimi bir klubda sadəcə böyük oyunlarda uğurlu nəticə əldə etmək kifayət etmir. Ole Gunnar Solskjaer həqiqətən də Manchester Unitedi köhnə vaxtlarına qaytara biləcək mi? Bunu zaman göstərəcək.


Şəkil 1: Chelsea oyuna 4-3-3 (Kante - Mount əvəzetməsindən sonra bəzən 4-2-3-1 sxeminə keçirdilər), United isə 3-4-1-2 sxemi ilə başladı. Topsuz oyunda "qonaqlar" meydanın hər bir yerində rəqiblə 1v1 qalmağı bacarırdılar. Xüsusən də, Bruno Fernandesin daim Jorginhonu bağlamağa çalışması Chelseanin geridən oyun qurmağına mənfi təsirsiz ötüşmədi. Jorginhonu bu cür "zərərsizləşdirmə" taktikası Sarri dövründən bəri Chelseayə qarşı istifadə olunub. Keçən sezon Pochettino Alli ilə, Emery isə Ramsey ilə bunu Chelseayə qarşı edib qələbə qazanmağı bacarmışdı.
Jabfooty adlı şəxsin şəkli.

Şəkil 2: Unitedin bu oyundakı hücumçuları (Martial və James) topsuz oyunda belə irəlidə qalıb rəqibin mərkəz müdafiəçilərini (Rüdiger və Christensen) təzyiqdə saxlaya bildilər. Həmçinin, geniş oynayaraq müdafiəçiləri bir-birlərindən aralaşdırmağa da nail oldular. Oyn ərzində Martial vəə Jamesin dəfələrlə cinahlara meyil etdiyini görə bilərsiz. Bundan əlavə, Bruno Fernandesin də rolu barədə danışmaq lazımdı. Hücumçular cinaha çəkilərkən rəqib cərimə meydançasına daxil olmaları, özü də bəzi hallarda cinahlara meyil edib boşluqlardan yararlanmağa çalışması Unitedin oyununa keyfiyyət qatdı. Ümumiyyətlə, Unitedin bu oyundakı irəli "üçlüyü" öz işlərinin öhdəsindən olduqca yaxşı gəldilər.
Jabfooty adlı şəxsin şəkli.

Şəkil 3: Chelsea də öz növbəsində qol şanslarına sahib oldu. Komandanın irəli "üçlüyü" (Pedro, Batshuayi, Willian) rəqibin 3 mərkəz müdafiəçisi ilə 1v1-də qaldıqlarına görə effekt verə bilmirdilər. Frank Lampard buna da çarə tapdı, amma hücumların sonunu gətirmək mümkün olmadı. Willian və Pedro tez-tez mərkəzə çəkilir, bununla da Shaw və Baillyni özlərinə çəkə bilirdilər. Əvəzində Mount (əsasən) və Kovacic (bəzən) cinahlara gedərək qol epizodu yaradırdılar. Bu şəkildə də həmin vəziyyətlərdən birini görürsüz. Pedro mərkəzə çəkilib, onu izləyən Baillynin mövqeyində boşluq yaranıb. Mount həmin boş zonaya açılır və Pedro isə onun istiqamətində ötürmə edir. Mountun ötürməsindən sonra isə Batshuayi fərqlənə bilmir.
Jabfooty adlı şəxsin şəkli.

Hiç yorum yok:

Yorum Gönder

Football of Luxembourg: Surprising development

Luxembourg has 600k population and this country is one of the small countries in Europe. Even so, Luxembourg is playing important role in ...