22 Şubat 2020 Cumartesi

Tottenham 0-1 RB Leipzig: Təhlil

Julian Nagelsmann Urges Underdogs RB Leipzig to Finish Off Injury ...RB Leipzig ÇL-də 1/8 final mərhələsinin ilk oyununda səfərdə Tottenhamı 1-0 hesabı ilə məğlub etməyi bacardı. Hesab minimal olsa da oyunda Leipzigin üstünlüyü göz önündə idi. Gedişat bir növ ötən sezon baş tutmuş Tottenham - Ajax oyununa bənzədi. Ajax da eynilə Leipzig kimi sürətli, dinamik və gənc komanda idi. Amma Pochettinonun Tottenhamı o vaxt rəqibinə daha yaxşı reaksiya verə bilmişdi.


Hər iki komanda bu oyuna itkilərlə çıxmalı oldu. Ev sahiblərində Harry Kane, Heung-Min Son, Sissoko və Foyth bu oyunu buraxmalı olduğu halda, Leipzigdə Adams, Kampl və komandanın 3 əsas mərkəz müdafiəçisi Orban, Upamecano, Konate bu oyunda iştirak edə bilmirdilər. Buna rəğmən Julian Nagelsmann oyuna 3-4-3 sxemi ilə çıxdı. Müdafiənin mərkəzində cinah müdafiəçiləri Halstenberg, Klostermann və elə də çox oyun praktikasına malik olmayan Ethan Ampadu ilə oyuna başladı.
Spurs oyuna topla 4-2-3-1, topsuz 4-4-2 sxemləri ilə başladı. Oyunu izləyənlərdə sual yarana bilər ki, niyə Lo Celso mərkəzdə, o qədər də surətli olmayan Gedson Fernandes isə cinahda oynayırdı? Əgər mərkəzdə Winks & Gedson ikilisi oynasaydı Tottenham mərkəzdə yaradıcılıq baxımından ciddi problem yaşayacaqdı. Buna görə də Jose Mourinho sağ cinahı bir növ "qurban verməyi" seçdi. Ümumiyyətlə, Spurs bu oyunda kreativlik baxımından ciddi problemlər yaşasa da Lo Celso mərkəzdə müəyyən fərq yaratmağa cəhd göstərirdi.
Şəkil 1: Bu fotoda 2 2v1 görürsüz. Sabitzer Moura və Lo Celso, Laimer isə Alli və Winks tərəfindən "əhatəyə alınıb". Lakin Leipzig bu vəziyyətdən çıxmaq üçün 2 üsula əl atırdı. Onlardan biri Nkunkunun mərkəzə meyil edib (eynilə PSG-də Di Marianın etdiyi kimi) top istəməyi idi. Belə situasiyalarda Leipzig bir növ 3-5-2 sxeminə keçirdi.
Jabfooty adlı şəxsin şəkli.

Şəkil 2: Digər bir üsul cinahlar istiqamətində verilən ötürmələr idi. Spurs futbolçuları olduqca intizamlı 4-4-2 formasında düzülsələr də olduqca sıx oynayırdılar, buna görə də cinahlarda boşluqlar əmələ gəlirdi. Bəzi hallarda Leipzigin mərkəz müdafiəçiləri öz mövqelərindən və ya irəli gələrək "vinq-beklər" (Angelino və Mukiele) yönündə ötürmələr edirdilər. Beləcə Tottenhamın pressinqini yarmaq olardı.
Jabfooty adlı şəxsin şəkli.

Şəkil 3: Bu fotonu oyunu icmal edən bir foto kimi təqdim edə bilərik. Oyunun 11-ci dəqiqəsidi və Leipzig 10 nəfərlə meydanın rəqibə aid hissəsinə yerləşib.
Jabfooty adlı şəxsin şəkli.

Tottenham bu görüşdə geridən oyun qurmağa elə də cəhd göstərmədiyinə görə Leipzigin pressinq sistemi barəsində danışa bilməyəcəm. Julian Nagelsmann - Jose Mourinho qarşıdurmasının 2-ci hissəsində nələr baş verəcəyi səbirsizliklə gözlənilir.

Hiç yorum yok:

Yorum Gönder

Football of Luxembourg: Surprising development

Luxembourg has 600k population and this country is one of the small countries in Europe. Even so, Luxembourg is playing important role in ...