21 Şubat 2020 Cuma

Borussia Dortmund 2-1 PSG: Təhlil

Champions League - PSG: Alles oder Nichts für Tuchel - ZDFmediathek
Borussia Dortmund - PSG qarşılaşmasında Thomas Tuchel öz sabiq komandasına qarşı özünü ilk dəfə sınamalı oldu. Ev sahibləri 2-1 hesabı ilə qələbə qazansalar da, növbəti mərhələ üçün şansları 50%-50% nisbətində dəyərləndirərdim. Bu oyunda hər iki komanda topsuz oyunda 5-4-1 sxemindən istifadə etdi. Borussia Dortmund topa sahib olarkən 3-4-3 sxeminə üz tutsa da, PSG 3-4-3 və 3-5-2 sxemlərindən istifadə edirdi.



Oyunda topa sahib olan komanda, əsasən, PSG oldu. Amma Dortmund daha çox təhlükəli qol vəziyyətləri əldə etdi. Borussia oyun ərzində intizamlı oynamağa, rəqibi öz qapısından uzaq tutmağa çalışdı və şans əldə edəcəyi vaxtları gözlədi. Nəticədə PSG-nin topa sahib olmağı heç bir rol oynamadı və "almanlar" görüşdən qalib ayrılmağı bacardılar.
Şəkil 1: Dortmundun mərkəz xəttdəki kompaktlığı PSG-ni oyunu mərkəzdə oynamağa məcbur edirdi. Nəticədə "parislilər" rəqib qapıya yaxınlaşa bilmirdilər.
Jabfooty adlı şəxsin şəkli.

Şəkil 2: PSG geridən oyun qurarkən bəzi hallarda meydanın özünə aid hissəsində 6-7 futbolçudan istifadə edirdi. Bu da komandanın irəli xəttə top daşımağında problemə səbəb olurdu. İrəli xəttdə Mbappeni uzun ötürmələr vasitəsilə topla təmin etməyə çalışsalar da, bu addım heç də uğurlu alınmadı.
Jabfooty adlı şəxsin şəkli.

Şəkil 3: Uzun ötürmələrin uğursuz olduğunu görən Tuchel fərqli bir gediş etdi: Oyunun əvvəlindən Di Maria top komandada olarkən mərkəzə meyil edirdi. Sonradan Neymar və Mbappe də ona qoşuldular. Bununla da PSG-nin irəli xəttində boşluq yarandı və bu gediş də özünü doğrultmadı.
Jabfooty adlı şəxsin şəkli.

Şəkil 4: PSG geridən oyun qurarkən Di Marianın mərkəzə tərəf çəkildiyini vurğuladım. Bununla Thomas Tuchel mərkəzdə oyunçu sayını artırmağı planlayırdı. Həmçinin, Di Marianı mərkəzə çəkərək Meunierin önünü açmaq planı da Dortmundun kompakt oyunu nəticəsində boşa çıxdı.
Jabfooty adlı şəxsin şəkli.

Şəkil 5: Bu oyunda Dortmundun "beşli müdafiə" sayəsində aralıq zonaları (half-spaces) bağladığını, Neymar və Mbappe kimi futbolçuları zərərsizləşdirməyi bacardıqlarını gördük.
Jabfooty adlı şəxsin şəkli.

Hiç yorum yok:

Yorum Gönder

Football of Luxembourg: Surprising development

Luxembourg has 600k population and this country is one of the small countries in Europe. Even so, Luxembourg is playing important role in ...