26 Şubat 2020 Çarşamba

Chelsea 0-3 Bayern: Təhlil

Flick to remain in charge of Bayern 'until at least Christmas ...Frank Lampard həftə sonu Tottenham qarşısındakı heyətini dəyişmədi və oyuna 3-4-2-1 sxemi ilə başladı. Hücumun sivri ucunda Tammy Abraham yerinə Olivier Giroud seçimini etməyi tənqidlə qarşılana bilər. Amma Abrahamın zədədən yeni qayıtması, həmçinin fransız forvardın bu tip oyunlardakı təcrübəsi və son oyunda fərqlənməsi Lampardı, çox güman ki, bu cür seçim etməyə məcbur etdi.








Hansi Flick isə bu sezon əksər vaxtlarda yoxladığı 4-1-4-1/4-2-3-1 tərzi taktiki sxemindən bu oyunda da imtina etməyə ehtiyac duymadı.
Şəkil 1: Yadınızdadırsa, əvvəlki postlarda Bayernin geridən oyun qurmadakı kreativliyi barədə postlar yazmışdım. Bu oyunda da bunun şahidi olduq. Joshua Kimmich tez-tez iki mərkəz müdafiəçisinin (Alaba və Boateng) arasına daxil olur, nəticədə Alphonso Davies daha rahat şəkildə cinah boyunca irəli çıxa bilirdi. Əvəzində Gnabrynin mərkəzə doğru meyil etməyi nəticəsində Bayernin mərkəzdəki pas variantları artırdı.
Jabfooty adlı şəxsin şəkli.

Şəkil 2: Gördüyünüz kimi Serge Gnabry mərkəzə doğru çəkilib və rəqibin 3 mərkəz müdafiəçisindən biri olan Cesar Azpilicuetanı özü ilə gətirə bilib. Buna görə də Azpilicuetanın mövqeyində boşluq yaranıb. Hər hansısa bir potensial uzun ötürmədən sonra Davies bu boşluqdan yararlana bilərdi. Ümumiyyətlə, Bayern ikinci hissədə bu "gediş"dən daha məharətlə istifadə etdi. Qolların təhlili olan postda bu mövzuda daha ətraflı danışacağam
Jabfooty adlı şəxsin şəkli.

Şəkil 3: Səfərdə 2-0 öndə olmağına baxmayaraq Bayern meydanın rəqibə aid hissəsində 7 nəfərlə pressinq edir. 3 müdafiəçidən başqa (Alaba, Boateng və Pavard) bütün meydan oyunçuları topsz oyunda mərkəz xətti keçiblər.
Jabfooty adlı şəxsin şəkli.

Şəkil 4: Həmin epizodun davamında 1v1-lərlə zəngin olan bir foto görürük: Gnabry v Azpilicueta, Müller v Christensen, Kimmich v Jorginho. Hətta bir 2v1 də var: Lewandowski & Thiago v Kovacic. Azpilicueta riskli qərar qəbul edərək topu Jorginhoya ötürür və ona qarşı qayda pozulduğuna görə Chelseanin geridən oyun qurma planı istənilən kimi alınmır
Jabfooty adlı şəxsin şəkli.


Serge Gnabry bu mövsüm ÇL-da 6 oyuna çıxıb və dəfə 6 rəqib qapılarına yol tapa bilib. Maraqlıdsı bundadır ki, hər 6 qolunu da məhz London səfərində vurub.
Şəkil 1 və 2: Əvvəlki postda qeyd etmişdim ki, Gnabry mərkəzə yönələrək Azpilicuetanı öz mövqeyindən uzaqlaşdıra bilir. Bayern ilk hissədə bunu sınasa da, yararlana bilmədi. Amma ikinci hissə barəsində eyni şeyləri söyləyə bilmərik. Bu fotoda Gnabry topu qəbul edib, mərkəzə meyillənir. İspan müdafiəçi ilk olaraq büdrəsə də rəqibiylə mübarizəni davam etdirməyə çalışır. Lewandowski həmin boş qalmış Azpilicuetanın mövqeyinə açılır və Gnabrynin ötürməsini elə özünə qaytararaq assist müəllifi olur.
Jabfooty adlı şəxsin şəkli.

Jabfooty adlı şəxsin şəkli.

Şəkil 3 və 4: Lewandowski Azpilicueta ilə hava mübarizəsindən qalib ayrılır və nisbətən mərkəzdə Gnabry istiqamətində ötürmə edir. Azpilicueta yenə mərkəzdə Gnabryni izlədiyinə görə, Lewandowski rahatlıqla onun boş qalmış mövqeyinə açılır. Nəticədə Robert Lewandowski bu oyunda ikinci assistinin, Gnabry isə ikinci qolunun müəllifi olur.

Jabfooty adlı şəxsin şəkli.

Jabfooty adlı şəxsin şəkli.

Hiç yorum yok:

Yorum Gönder

Football of Luxembourg: Surprising development

Luxembourg has 600k population and this country is one of the small countries in Europe. Even so, Luxembourg is playing important role in ...