Real Madrid - Manchester City oyununda Pep Guardiola istədiyi nəticəni artıqlamasıyla əldə edə bildi. Ümumiyyətlə, Manchester Citynin son illərdə bu cür nəticəyə hesablanmış oyunlarına çox rast gəlməmişdik. Amma rəqibə görə Pep Guardiola bu oyunda öz oyun planında dəyişikliyə getməyə ehtiyac duydu.
Zinedine Zidane çox zaman istifadə etdiyi 4-3-3 sxemindən imtina etmədi. Sağ vinqer mövqeyində çıxış edən İsco bu oyunda "sərbəst oyunçu" vəzifəsində çıxış edirdi. İspan futbolçunu oyun ərzində mərkəzdə, əks cinahda, geridən oyun qurmada və s. görə bilərdik.
Manchester City oyuna 4-2-3-1 sxemi ilə başladı. Gabriel Jesus sol cinahda, Bernardo Silva isə mərkəz hücumçusu kimi çıxış edirdi. Bernardo tez-tez mərkəzə və cinahlara doğru meyil edir, Real Madridin mərkəz müdafiəçilərini özünə çəkməyə çalışırdı.
Şəkil 1: Manchester City top Real Madriddə olarkən 4-4-2 sxeminə keçirdi və "high-press"dən (yüksək pressinq) istifadə edirdi. Real Madrid rəqibin intizamını pozmaq üçün bəzi gedişlər etdi. Məsələn, daha öncə vurğuladığım kimi İsconun geriyə çəkilməsi, Benzemanın mərkəzə kimi gəlməyi, Modricin cinahlara çəkilməyi və s. buna nümunə göstərə bilərik.
Şəkil 2: Manchester City yüksək pressinq tətbiq edərək rəqibin 5 futbolçusuna istiqamətlənən pas yollarını bloklaya bilib. Belə olan halda Sergio Ramos uzun ötürmədən istifadə etməyə məcbur qalır və Real Madrid topu itirir.
Şəkil 3: Yəqin ki, Pepin planlarına görə bu oyun "açar oyunçu" Bernardo Silva olmalı idi. Təxminən ilk 73 dəqiqədə portuqaliyalı futbolçu "saxta 9" rolunu oynamağa çalışdı. Onun əvəzinə meydana Raheem Sterling daxil olduqdan sonra Gabriel Jesus öz mövqeyinə doğru çəkildi. Oyunun son 15 dəqiqəlik periodunda Gabriel Jesus fərqləndi, Sterling penalti qazandı, həmçinin ilk qolda da ciddi əməyi oldu.
Pep Guardiola səfərdə Zinedine Zidane qarşısında David Silva və Sergio Aguero kimi silahlarından istifadə etməyərək, sadəcə 1 dəqiq əvəzetmə ilə geri dönüş edib qələbə qazana bildi. Şəxsən, ikinci oyunda fransalı baş məşqçinin hansı strategiyanı yoxlayacağını səbirsizliklə gözləyirəm.
Hiç yorum yok:
Yorum Gönder