Napoli - Barcelona oyunu 1-1 hesabı ilə başa çatdı. Barcelona oyun baxımından rəqibini üstələsə də heç-heçə ilə kifayətlənməli oldu.
Şəkil 1: Napoli bu oyunda topla 4-3-3, topsuz isə (oyunun əksər hissələrində) 4-5-1 sxemindən istifadə etdi. İtaliya təmsilçisi "low-press"dən istifadə edib, rəqibini geridə qarşılamağa daha üstünlük verdi. Gennaro Gattuso rəqibin hücumunu əvvəldən "zərərsizləşdirmək" yerinə topu rəqibə verməyi seçdi. Və komandanın məğlub olmadığını nəzərə alsaq, bunu müəyyən mənada uğurlu addım saymaq olar.
Şəkil 2: Napoli boş zonaları maksimum bağlamağa çalışdığına görə Barcelona müəyyən gedişlər etməyə məcbur oldu. Bu fotoda De Jong nisbətən irəli keçib, Griezmann isə rəqib müdafiəçilərin diqqətini yayındırmaq üçün mərkəzə doğru meyil edib.
Şəkil 3: Napoli bu oyunda geridən oyun qurmaqdan bir o qədər də istifadə edə bilmədi. Amma bu epizod bir qədər dəqqətimi çəkdi. Qapıçı Ospina oyuna başlayarkən cərimə meydançasının içində tam 4 Napoli futbolçusu yer alıb. Cinahlarda isə 2 futbolçu var. Bu üsul modern futbolda bir o qədər də istifadə olunan "build-up play" üsullarından biri sayılmır.
Hiç yorum yok:
Yorum Gönder