Dünən Liverpool bu mövsüm Premier League-də ilk dəfə məğlub oldu. Watford bu sezon bir neçə top klubun bacarmadığı şeyə nail oldu. Bu qələbədə oyunçuların motivasiyasının, əzmkarlığının rolu, əlbəttə ki, böyük idi. Amma Nigel Pearson haqqında da, onun bu oyuna taktiki hazırlığı barəsində də danışmalıyıq.
Watford bu oyuna 4-2-3-1 sxemi ilə başladı və sadəcə topa sahib olarkən bu sxemdən istifadə etdi. Ümumiyyətlə, "ev sahibləri" oyun ərzində 3 müxtəlif sxemdən istifadə etdilər.
Şəkil 1: Liverpool geridən oyun qurarkən Watfordun 2 nəfərlik bloku ilə üzləşirdi (Deeney və Doucoure). Watford 4-4-2 sxemi ilə meydanın rəqibə aid hissəsində "mid-press"dən istifadə etdi.
Şəkil 2: Artıq Liverpool mərkəz xəttini keçdikdən sonra Watford 4-4-2 sxemindən imtina edir, 4-5-1 düzülüşünə keçirdi. İrəlidə pressinq üçün sadəcə Deeneyi saxlayan Watford "low-press"dən istifadə edərək rəqibi daha geridə (dərində) qarşıladı. Beləcə, "aralıq zonaları", boşluqları doldurmaq daha rahat mümkün olurdu.
Şəkil 3: Bu fotoda da 4-5-1 sxeminə keçən Watfordun 1v1 pressinqini görürük. Yuxarıdan aşağı: Robertson v Sarr, Femenia v Mane, Wijnaldum v Deeney, Chamberlain v Hughes, Firmino v Kabasele, Salah v Deulofeu
Oyun ərzində, xüsusən də, vinqerlər Sarr və Deulofeunun (onun yerine oyuna daxil olan Roberto Pereyra da həmçinin) topsuz oyunda olduqca geridə gözləmələri Robertson və TAA kimi iki təhlükəli cinah müdafiəçisinin qarşısını ala bildi. Nəticədə Robertsonun rəqibin cərimə meydançası istiqamətindəki 8, TAA-nın isə 10 ötürmə cəhdlərinin hər biri uğursuz oldu.
Hiç yorum yok:
Yorum Gönder