1 Şubat 2020 Cumartesi

Chelsea 2-2 Arsenal: Təhlil

Ötən ay Chelsea - Arsenal qarşılaşmasında qonaqlar təxminən 1 saata yaxın azlıqda mübarizə aparmaqlarına baxmayaraq səfərdən xalla qayıtmağı bacardılar. Bu oyunda Arsenal adına müəyyən müsbət şeylər var idi. Həmin məsələlərə toxunmaq istərdim:











Şəkil 1: Arsenal bu oyunda "mid-press"dən istifadə etdi. Rəqib mərkəz dairəyə yaxın ərazilərdə topa sahib olarkən Arsenalın 4-2-3-1-dəki 5 yarımmüdafiəçidə "sıxlaşma" müşahidə olunurdu. Mərkəzi belə "daraltmaq" Arsenala bir sıra üstünlüklər gətirdi:
Jabfooty adlı şəxsin şəkli.

1) Rəqibin mərkəz xətt oyunçuları (Kovacic-Jorginho-Kante) müəyyən mənada zərərsizləşdirildilər. Oyuna kreativlik qatmaq üçün şəraitləri məhdudlaşdırıldı.
2) Willian və Hudson-Odoi "half-spaces"dən (aralıq zonalardan) tez-tez istifadə etməyə çalışan vinqerlərdi. Lakin Arsenalın yaratdığı bu sıxlıq bu mənada Chelsea üçün problemlər yaratdı.
Şəkil 2: Arsenal "high-press"dən istifadə edərkən də "1v1"lərdə olduqca sistemli görünürdü. Şəkildə gördüyümüz kimi Lacazette 2 oyunçuya istiqamətlənən pas yollarını bloklayıb, Özil arxa xəttdə hər an pressinqə hazır vəziyyətdədi, Martinelli və Pepe isə rəqibin cinah müdafiəçilərini təzyiq altında saxlayıblar.
Jabfooty adlı şəxsin şəkli.

Şəkil 3: Arsenal 10 nəfər qaldıqdan sonra Granit Xhaka David Luizin yerinə keçdi və komanda 4-4-1 sxemi llə oynamağa çalışdı. Normal olaraq Chelsea daha çox topa sahib oldu, Arsenalın oyun boyu verdiyi reaksiyalar ideal formada idi. Şəxsi fikrimcə, Arsenalın topsuz oyunda, ümumiyyətlə oyunun hər fazasındakı açar fiquru Gabriel Martinelli idi. "Topçular" 10 nəfər qaldıqdan sonra belə təmkinli və ağıllı müdafiələri ilə seçildilər:
Jabfooty adlı şəxsin şəkli.

1) Willian və Hudson-Odoinin "aralıq zonalar"dan istifadəsini vurğulamışdım. Arsenal 10 nəfər qaldıqdan sonra bunun qarşısını almaq üçün topsuz oyunda bəzi hallarda 5-li müdafiəyə keçdi. Cesar Azpilicueta irəli çıxanda Martinelli onunla arxaya çəkilir, Sakanın digər 2 mərkəz müdafiəçisi ilə (Xhaka və Mustafi) sıxlaşması ilə 5-li müdafiə formalaşırdı və "aralıq zonalar" "tutulurdu".
2) Azlıqda qaldıqdan sonra Arsenal 4-4-1 və 5-3-1 (5-4-0) arasında "gedib-gəldi". Mikel Arteta bu keçid oyununu da məhz Gabriel Martinelli sayəsində reallaşdıra bildi. Ola bilsin ki, "topçular" mərkəzdə üstünlüyü rəqibə verdilər, amma öz qapılarının önündəki təhlükəni minimuma endirməyi bacardılar.

Hiç yorum yok:

Yorum Gönder

Football of Luxembourg: Surprising development

Luxembourg has 600k population and this country is one of the small countries in Europe. Even so, Luxembourg is playing important role in ...