Dünən Southampton Liverpoola 4-0 hesabı ilə məğlub olsa da ilk hissədə rəqibinə müqavimət göstərə bildi. Qonaqlar müqavimət göstərməkdən əlavə müəyyən qol epizodlarına da girə bildilər. Ralph Hasenhüttl oyuna 4-4-2 sxemi ilə başladı və istər toplu, istərsə də topsuz oyunda sistemi dəyişdirmədi. Bunun bir sıra üstünlükləri var idi:
1) 2 forvardla irəlidə pressinq edərkən Liverpoolun yarımmüdafiəçilərindən (Wijnaldum-Fabinho-Henderson) biri geridən oyun qurmaq üçün müdafiəçilərin yanına çəkilməli olurdular. Belə olan halda mərkəzdə sıxlaşan Southampton yarımmüdafiəsi Liverpoola qarşı 4v3 üstünlük əldə edirdi. (Liverpoolda Firmino geriyə gəldiyinə görə yarımmüdafiədə yenidən 3 nəfər olurdular)
2) Həmçinin, müdafiədə də olduqca sıx oyunları ilə seçildilər (2-ci şəkil). Bu dar oyunda əsas məqsəd Chamberlain və Salahın "aralıq zonalar"dan istifadəsini məhdudlaşdırmaq, TAA və Robertsonun içəriyə doğru potensial asmaları olacağı halda qapı önündə daha sıxlıq təşkil etmək idi.
3) Southampton hücuma çıxarkən cinah müdafiəçiləri bir o qədər də hücuma qoşulmurdular. Əvəzində forvardlar (İngs və Long) irəli xəttdə cinahlara dəstək olmağa çalışırdılar.
Təbii ki, sistem, taktika futbolda böyük rol oynayır. Amma bu, hər şey demək deyil. Əksər anlarda fərdi keyfiyyətlər də ön plana çıxır. Dünən olduqca intizamlı görünən Southampton ilk qolu əks hücumda buraxdıqdan sonra tam olaraq toparlana bilmədi və belə bir hesab ortaya çıxdı.
Ümumiyyətlə, Liverpoolun klassik 4-4-2 sxeminə qarşı müəyyən çətinliyi müşahidə olunur. Bu sezon "qırmızılar"ın bu sxemdə oynayan komandalara qarşı bəzi oyunları:
Napoli 2-0 Liverpool
Liverpool 1-1 Napoli
Tottenham 0-1 Liverpool (Jose Mourinho topla 3-5-2, topsuz 4-4-2 sxemindən istifadə etdi)
Liverpool 1-1 Napoli
Tottenham 0-1 Liverpool (Jose Mourinho topla 3-5-2, topsuz 4-4-2 sxemindən istifadə etdi)
Hiç yorum yok:
Yorum Gönder