3 Şubat 2020 Pazartesi

RB Leipzig 2-2 Borussia M'Gladbach: Təhlil

Bundesliganın 20-ci turu çərçivəsində RB Leipzig və Borussia M'Gladbach üz-üzə gəldilər. Bu oyunu daha da maraqlı edən amil Julian Nagelsmann - Marco Rose qarşıdurması idi. Oyun heç-heçə başa çatmasına baxmayaraq Marco Rosenin bu oyunda həmkarını taktiki cəhətdən üstələdiyini vurğulamaq lazımdır.


Borussia bu oyuna 3-5-2 sxemi ilə başladı. Başlıca səbəblər bunlar idi:
1) Leipzig 4-2-2-2 sxemi ilə oynayırdı. Belə olan halda Leipzig hücumda olarkən M'Gladbach müdafiədə 3v2 üstünlük əldə edirdi.
2) Geridən oyun qurarkən qonaqların cinah futbolçuları (Wendt və Lainer) boş zonalara açılırdılar. Buna görə də Leipzigin 2 hücumameyilli yarımmüdafiəçisi (Forsberg və Sabitzer) irəlidə pressinq etməyə risk etmirdilər. Bununla da Leipzigin pressinq təziyi mümkün qədər azaldılırdı
3) Söhbət 4-2-2-2 və 3-5-2 sxemlərinin qarşıdurmasından gedirsə qonaqların mərkəzdə 5v4 üstünlük əldə etdiyini də deməliyik.
4) 3-5-2 sxeminin bu oyunda verdiyi digər bir üstünlük də onda idi ki, Gladbach bəzi hallarda 6-7 nəfərlə meydanın rəqibə aid hissəsində pressinq edirdi.
5) Marco Rose "yüksək pressinq"dən istifadə etməyi sevən məşqçidi. Bunu reallaşdırmaq üçün müdafiə xəttini öndə qurmaq lazımdı, hansı ki Werner kimi forvarda sahib olan komandaya qarşı bu, riskli addım sayılardı. Amma "üçlü" müdafiə bu riski ciddi şəkildə azaltdı.

Jabfooty adlı şəxsin şəkli.

Jabfooty adlı şəxsin şəkli.

Jabfooty adlı şəxsin şəkli.

Oyunun ikinci hissəsində Julian Nagelsmann 4-3-3 sxeminə keçdi və bu gediş qonaqlar üçün müəyyən problemlər yaratdı. Yenə də Pleanın gözlənilməz və yersız qırmızı vərəqəsi olmasaydı, Marco Rose bu dueldən qalib ayrıla bilərdi.

Hiç yorum yok:

Yorum Gönder

Football of Luxembourg: Surprising development

Luxembourg has 600k population and this country is one of the small countries in Europe. Even so, Luxembourg is playing important role in ...