9 Şubat 2020 Pazar

Bayer Leverkusen 4-3 Borussia Dortmund: Təhlil

Peter Bosz looks set to unleash his Sinkgraven strategy at Bayer ...Dünən Peter Bosz Bayer Leverkusenin baş məşqçisi kimi sabiq komandası Borussia Dortmundla oyunda olduqca əzmkar qələbə qazandı. Sözün düzü, Bayeri bu mövsüm ilk dəfə izlədim, çünki Peter Bosz bir o qədər də diqqətimi çəkən mütəxəssislərdən deyil. Amma holland baş məşqçi bu oyunda müəyyən müsbət nüanslarla yadda qalmağı bacardı. Diqqət etdiyim məqamları sizlərə də çatdırmağa çalışacam:


1) Leverkusen bu oyuna 3-4-3 sxemi ilə başladı. Əksəriyyət, Dortmunddan da bunu gözləsə də, Lucien Favre sürpriz şəkildə oyunboyu 4-2-3-1 sxemindən istifadə etdi. (Akanji sağ cinah müdafiəçisi, Hakimi sağ vinqer)
2) Peter Bosz sağ cinah yarımmüdafiəçisi kimi (right wing-back) Karim Bellarabini oynadırdı. Bunun da öz növbəsində müsbət və mənfi cəhəti də var idi:
Müsbət cəhət: Borussiada müdafiənin solunda Raphael Guerrerio çıxış edirdi. Portuqaliyalının əsasən hücum qabiliyyəti ilə ön plana çıxdığını, müdafiə cəhətdən bir o qədər də etibarlı olmadığını hamımız bilirik. Qarşısında Bellarabi və Havertz kimi futbolçular olduğuna görə Raphael hücumlara qoşulmaqda müəyyən qədər tərəddüd etdi və hücumdakı təsiri azaldı.
Mənfi cəhət: Üçlü müdafiənin sağında ağır mərkəz müdafiəçisi Jonathan Tah, RWB kimi isə hücumameyilli Bellarabi çıxış edirsə və qarşılarında Jadon Sancho kimi futbolçu varsa vəziyyətin Leverkusen üçün təhlükəli olduğunu demək olar. Buna görə də Peter Bosz ikinci hissənin başlanğıcında Bellaribini Mitchell Weiser (sağ cinah müdafiəçisi) ilə əvəzlədi. Bu gedişdə məqsəd həmin mövqedəki riski azaltmaq idi. Həmin dəyişikliklə Peter Bosz həmin zonada Sanchonun qarşısını müəyyən qədər alsa da Raphael Guerreiro hücumlara daha çox qoşulmağa başladı və qol da vurmağa nail oldu.
3) Əvəzində Dortmundun sağ cinahı passiv görünürdü. Akanjinin hücum potensialı istənilən səviyyədə olmadığına görə Hakimi Sinkgraven və Diaby ilə tək başına mübarizə aparmalı olurdu. Sağda Hakiminin, solda da Sanchonun tək qalmağı Borussianın oyununa təsirsiz ötüşmədi. Komanda ilk hissədə 2 dəfə fərqlənsə də, qollardan biri künc zərbəsindən, digəri də uzaqdan zərbə sayəsində vuruldu. Təbii ki, bunlar futbolun bir parçasıdı, amma kombinasiyalı hücumlar yoxdusa, artıq bunu komanda üçün problem saymaq olar.
4) Leverkusen oyunun müəyyən hissələrində yüksək pressinq tətbiq edərək Dortmundun geridən oyun qurmağının qarşısını almağı bacarırdı.
5) Hesab 2-3 olduqdan sonra Peter Bosz üçlü müdafiədən imtina etdi və 4-3-3 sxeminə keçdi. Bundan sonra ev sahibləri rəqibin qapısına 2 dəfə yol tapa bildilər. Təbii ki, bu təkcə Bayerlə əlaqədar deyil. Məsələn, Baileyin fərqləndiyi epizodda (Bayerin 3-cü qolu) Akanjinin diqqətsiz davranması, mövqe səhvi və epizodu doğru qiymətləndirə bilməməyi nəzərdən yayınmadı.

Jabfooty adlı şəxsin şəkli.

Jabfooty adlı şəxsin şəkli.
Həmçinin, 2-ci fotoda Leverkusen 4-3-3 keçdiyini görürük. Sağ vinqer Havertz mərkəzə meyil edib və Guerrerionu da özüylə gətirib. Nəticədə Weiser üçün yetəri qədər boş zona yaranıb. Bu da Raphaelin müdafiəçi kimi etibarlı olmadğının göstəricilərindən biridir.
Bonus: Leverkusen bu oyunda 3 xaldan əlavə Edmond Tapsobanı da qazandı. Burkina-fasolu 21 yaşlı mərkəz müdafiəçisi solaxay olmamağına rəğmən üçlü müdafiənin solunda olduqca yaxşı çıxış etdi. Bayer Leverkusen formasıyla ilk dəfə Borussia Dortmund kimi ciddi rəqib qarşısında oyuna çıxan Tapsoba oyunu 92.7% pas dəqiqliyi və 10/11 uzun ötürmə dəqiqliyi ilə başa vurdu. Olduqca atletik və cəld futbolçudu, Leverkusen müdafiəsinə güc qatacaq potensiala malik olduğunu düşünürəm.

Hiç yorum yok:

Yorum Gönder

Football of Luxembourg: Surprising development

Luxembourg has 600k population and this country is one of the small countries in Europe. Even so, Luxembourg is playing important role in ...