10 Şubat 2020 Pazartesi

Bayern München 0-0 RB Leipzig: Təhlil

Bayern & Germany on Twitter: "Hansi Flick & Julian Nagelsmann ...
Dünən Bayern München və RB Leipzig klubları üz-üzə gəldilər və oyun 0-0 hesabı ilə başa çatdı. Əvvəlki turda taktiki cəhətdən Marco Roseyə "məğlub olan" Julian Nagelsmannın bu oyuna kifayet qədər yaxşı hazırlaşdığına şahid olduq. Leipzig bu oyunda minimal vəzifənin öhdəsindən gəldi, fərdi cəhətdən müəyyən dəqiqliklər olsaydı oyun qonaqların qələbəsi ilə də nəticələnə bilərdi.


1) Julian Nagelsmann bu oyuna keçid oyunu edərək başladı. Komanda topsuz oyunda 5-2-3, topa sahib olarkən isə 4-3-3 sxemindən istifadə edirdi. Amma oyun başlar-başlamaz Bayern sol cinahdan, xüsusən də Alphonso Daviesin reydləri ilə təzyiq etdiyinə görə gənc mütəxəssis "dördlü" müdafiədən tamamilə imtina etdi. Leipzig artıq topsuz 5-2-3 (bəzən 5-4-1), topla isə 3-4-3 sxemindən istifadə etməyə başladı.
2)  Leipzigdə oyunun əvvəlində irəli xətt Werner - Olmo - Nkunku triosundan ibarət idi. Sizdə sual yarana bilər: "Niyə Werner mərkəzdə yox sol cinahda?" İzah edim, Bayerndə müdafiənin sağa meyilli hissəsində Pavard və Boateng çıxış edirdilər. Sol cinahda çıxış edənlər isə Davies və Alaba idi. Təbii ki, Werner kimi sürətli, cəld forvard Pavard və Boateng üçün daha ciddi təhlükələr yarada bilərdi, nəinki digər iki futbolçuya. Buna görə də Nagelsmann oyuna bu gedişlə başlamışdı.
3) Buna rəğmən Daviesin qarşısını almaq üçün Nagelsmann Werneri də sağ cinaha çəkməli oldu və Nkunku sol cinahda çıxış etməyə başladı. Beləcə Alphonso Davies və Serge Gnabry kimi 2 cəld futbolçunun çıxış etdiyi cinah Klostermann, Adams, Werner vasitəsilə "zərərsizləşdirildi". Ümumiyyətlə, "beşli" müdafiə seçimini bu oyunda kifayət qədər uğurlu saymaq olar. Gnabry və Müllerin "aralıq zonalar"dan istifadəsinin qarşısını məhz bu yolla almaq mümkün oldu.
4) Qonaqlar müdafiədə kompakt oyunları ilə seçildilər. Əksər hallarda Pavard, bəzi hallarda isə Daviesin cərimə meydançası daxilinə ötürmə etməklərinə icazə verirdilər. Əvəzində isə mərkəzdə, yəni qapıları qarşısında sıxlıq yaradaraq Lewandowski, Gnabry, Müller və s. kimi futbolçulara mane olmağa nail oldular.
Jabfooty adlı şəxsin şəkli.Jabfooty adlı şəxsin şəkli.Jabfooty adlı şəxsin şəkli.Oyun qolsuz başa çatdı, amma sıxıcı oyun olduğunu desək haqsızlıq etmiş olarıq. Julian Nagelsmann oyunun əvvəlində və gedişatında etdiyi taktiki dəyişiklərlə istədiyi minimal nəticəni qazanmağı bacardı. Hansi Flick isə oyuna müdaxilələrdə xüsusi fərq yarada bilmədi. Ümumiyyətlə, hər iki komandanın da bu oyuna ehtiyatlı yanaşdığını söyləməliyik. Bəlkə də, 1 xal hər iki tərəf üçün arzu olunan nəticə oldu.

Hiç yorum yok:

Yorum Gönder

Football of Luxembourg: Surprising development

Luxembourg has 600k population and this country is one of the small countries in Europe. Even so, Luxembourg is playing important role in ...