16 Şubat 2020 Pazar

Norwich City 0-1 Liverpool: Təhlil

Dünən Norwich Liverpool qarşısında kifayət qədər yaxşı müqavimət göstərdi, buna baxmayaraq oyundan xalla ayrılmağı bacarmadı.
Birinci şəkil: Oyuna 4-2-3-1 ilə başlayan Norwich top Liverpoolda olarkən 4-4-2 sxeminə keçərək rəqibin dərindən oyun qurucusunu (Henderson) zərərsizləşdirməyə çalışırdı. Bunu bir neçə həftə öncə Southampton da Liverpool qarşısında etməyə çalışmışdı. Ümumiyyətlə, bu mövsüm Liverpoola qarşı əksər rəqiblər bu üsuldan istifadə edirlər
Jabfooty adlı şəxsin şəkli.

İkinci şəkil: Liverpool rəqibin bu blokunu yarmaq üçün "üçlü" müdafiəyə keçir. Hendersonun Van Dijk və Gomezə qoşulmağı ilə Liverpool geridən oyun qurmağı və oyunu genişlətməyi bacarır.
Jabfooty adlı şəxsin şəkli.

Henderson haqqında danışmaq istərdim. Bəlkə də əksər izləyicilər tərəfindən Liverpoolun ən zəif nöqtəsi kimi görünür, amma bu sezon performansı ilə "underrated" olduğunu sübut etməkdədi. Klopp davam edən mövsüm ərzində onu 6 və 8 nömrə, vinqer, bu postda gördüyünüz kimi topa sahib olarkən müdafiəçi mövqeyində də oynadıb. Ola bilsin, başqa məşqçinin rəhbərliyi altında fərdi olaraq bu səviyyəyə gələ bilməzdi, ehtiyatda qalardı. Təbii ki, bir Gerrard deyil, amma Klopp və Liverpool üçün hal-hazırda olduqca vacib bir futbolçudu.

Hiç yorum yok:

Yorum Gönder

Football of Luxembourg: Surprising development

Luxembourg has 600k population and this country is one of the small countries in Europe. Even so, Luxembourg is playing important role in ...