25 Mayıs 2019 Cumartesi

Oyunçular deyəcəklər: "Mən "Laypziq"lə çempion ola bilərəm" - Yulian Naqelsmannın "kiker"ə verdiyi müsahibə


Almaniyanın və bütün dünyanın ən perspektivli məşqçilərindən biri, bəlkə də birincisi olan Yulian Naqelsmann onu məşhurlaşdıran klubla – “Hoffenhaym”la sonuncu oyununa çıxdı. Sonluğu bir o qədər də yaxşı gətirə bilməsə də bu klubun azarkeşləri onu hər zaman müsbət xatirələrlə yada salacaq. 31 yaşlı baş məşqçi növbəti mövsümdən “RB Laypziq”in başında olacaq. Alman jurnalı “kiker” Yulian Naqelsmanndan keçmiş və gələcəklə bağlı çox maraqlı müsahibə alıb, bacardığım qədər tərcümə etməyə çalışdım.

28 yaşındakı Naqelsmann haqqında 31 yaşlı Naqelsmann: “Əvvəlki vaxtları fikirləşirəm, bu bir az riskli qərar olduğu üçün gülməliyəm. İnsan olaraq bugünkü Yulianla eyni olan gənc bir məşqçi görürəm. Amma o, bəzi peşəkar futbolçularla yola getməyin asan olmadığını öyrənib.”

“Yeni nəsil oyunçularla dil tapmaq hər zaman asan olmur. Sən ağlındakı hər şeyi deyə bilmirsən. Yaxşı niyyətli olsan belə diqqətli olmalısan. Cana yaxın insan olmaq hamının istədiyi bir şey deyil. Hələ də elə biriyəm, amma hamıya qarşı yox.”

“Eynilə “Laypziq”də də “Hoffenhaym”da başladığım adamla birlikdə işə başlayacam. Avtoritar olmayacam, bu formada özümü rahat hiss edə bilmirəm. Amma bir komandada nə qədər uzun müddət çalışsanız o qədər də uyğunlaşmağınız lazım olur. Çünki zaman keçdikcə çox şey adət halını alır.”

“Hər hansısa məşqçi komandanı tərk edərkən hər zaman kiçik problemlər ortaya çıxır. Bu problemləri rədd edən, qəbul etməyən güclü xarakterli futbolçular da var, həmçinin öz eqolarını komandadan üstün tutan futbolçular da.”

“Gözləntilərinizi daim müqayisə etsəniz hər zaman bir az məyusluq yaşayacaqsız. Siz başqalarına göstərməyə çalışdığınız müəyyən dəyərlərə sahibsiz.”

“Amma bəzi şeyləri olduğundan daha pis hala gətirmək istəmirəm. Ümumi olaraq, sona kimi rəhbərlik etməyin asan olduğu bir komandamız var idi. Buna baxmayaraq, gözləniləndən daha yaxşı nəticələr əldə etdik. Ötən həftələrdə əksər oyunçular 2 və ya 3 ildir ki limitlərini doldurduqlarına görə yaxşı nəticələr əldə edə bilmədik. Unutmamalıyıq ki, bu mövsüm əksər komandalar daha stabil idi.”

“Gözləntilərim çox idi. Meydanda qurulmuş texnologiya - başa düşülməsi o qədər də asan olmayan, həddindən artıq detala malik olan iclaslar. Bəzi vəziyyətlərdə oyunçular bundan bezmiş ola bilərlər. Bəlkə də indi yeni şeylərin gəlməyi onlar üçün yaxşı olacaq.”

“Ümumi olaraq, “Hoffenhaym”dakı vaxtlar ağlasığmaz idi. Bu, bəzən reallığı görməyinizə mane olur. Kim olduğunuzu unutmamalısınız. Biz kluba olan münasibəti dəyişdirdik. Eyni zamanda biz daxildə də səmimi münasibət yaratmağı bacarmışdıq. Mən gənc məşqçi olanda birinci komandanın məşqlərini izləyib-izləmədiyimi, baş skautun mənə icazə verib-vermədiyi barədə sualların şahidi olmuşam.”

“Biz çox az pula çox sayda futbolçular transfer edib, onları inkişaf etdirdik və daha yüksək qiymətə satdıq. Fəxr elədiyim digər şey isə: Biz liqada qalmaq uğrunda mübarizə aparan komandadan, Avrokuboklara getmək üçün oynayan komanda yaratdıq.”

“Futbol kütlələrə təsir göstərən bir oyundu. Cəlbedici oyun göstərmək kimi bir məcburiyyətiniz var. “Hoffenhaym”ın da mənası budu. Futbolumuz cəsur və ilham verici idi. Almaniyada bu cür oynayan bir neçə komanda var. Heç kim bu mövzuda mənimlə mübahisə edə bilməz.”

Müdafiədəki problemlər haqqında: “Məncə bu oyunçu seçiminə bağlıdı. Bütün ürəyi ilə müdafiə olunmağı sevən çox az oyunçumuz var idi. Bu üzərində işləməli olduğunuz bir məsələdi. “Hoffenhaym”ın daha çox balansa ehtiyacı var.”

Bəs “Laypziq” həmin balansa sahibdi? “Biz “Lapyziq”dən daha çox hücumameyilli oynamırdıq, amma onlar bizdən az qol buraxırdılar. “Laypziq” fərqli mövqelərdə fərqli dinamikaya sahibdi, olduqca cəld və sürətli komandadı. Oyun tərzlərinin tempinə görə bir çox problemi həll edə bilirlər. Bu oyunçuların çoxu “Laypziq”də məhz bu arzuya çatmaq üçün inkişaf etdirildi. O qədər də istedadlı olmayanlar aradan qaldırıldı, ən yaxşılar seçildi. Keçmişdə buna görə çox yaxşı nəticələr verdilər.”

“Həmçinin taktiki gedişlər də buraxdığımız qolların səbəbi idi. Biz rəqibi öz üstümüzə çəkirdik, meydanın bizə aid olan hissəsində onlar çox olsalar da yenə də bizdən az idilər. Bu əks-hücumlardan qorunmaq üçün yaxşı üsul idi. Amma siz “yüksək pressinq”də o qədər yaxşı deyilsizsə rəqib avtomatik olaraq oyunu ələ alır və vəziyyəti düzəltmək çətinləşir. Əgər oyunçu topu itirdikdən sonra dayanıb, şikayət edirsə topun arxasında daha az oyunçuya sahib olacaqsız.”

Bəs “Laypziq”ə mükəmməl şəkildə uyğunlaşa biləcək? “Ümid edirəm ki, belə olacaq. Onsuzda yaxşı gördükləri işləri davam etdirməliyik. Müdafiə tərzi, quru oyunlar kimi cəhətlər “RB Laypziq”in “DNA”sı olaraq qalacaq. Sadəcə topla oynamağa fikir vermək kimi bir səhv etməyəcəm. Oyunun hər iki yönündə daha basqılı və dəyişkən olmaq üçün çalışacağam. Əgər buna nail olsam, bu mükəmməl qarışıq olacaq.”

“Laypziq”dəki hədəflər barədə: “Əlbəttə ki, cədvəldə yuxarı qalxmağa çalışacağıq. Amma bunu ilk sezonda bacarıb-bacarmayacağımızı görməliyik. Həmçinin, maaşlar və xərclər baxımınndan “Bayern” ilə rəqabət apara bilməzsiz, lakin uğurlara ac olan bir komanda ilə titullar uğrunda rəqabət apara bilərsiz. Burada hələ “Bayern”ə getməyə hazır olmayan futbolçular var, “Laypziq” onlar üçün hələ ki bir karyera pilləsidi – Eynilə məşqçi olaraq mənim də. Təbii ki, Naqelsmann və “Laypziq”in necə inkişaf edəcəyini görmək üçün gözləməliyik. Yəqin ki, ikinci sezon daha maraqlı olacaq. İndiyə qədər yalnız bir şey aydındı: İstedadlı komanda istedadlı məşqçi ilə görüşür. Amma heç kim sonluğun necə olacağını bilmir. Əgər inansaq “Bayern” üçün yaxşı alternativ ola bilərik. Biz böyük klublara qarşı hücum etməyə çalışmalıyıq. Bu halda oyunçular “Mən “Laypziq”lə çempion ola bilərəm.” deyəcək.”

Sxemləri dəyişdirmək haqqında: “Bunun bir üstünlük olduğunu gördüm çünki rəqib buna görə hazırlaşmaqda çətinlik çəkir. Digərləri bunun bizim üçün də çətin olduğunu anladı. Ancaq yenə də rəqibin dəyişikliklərinə cəld formada cavab verə bilirdik.”

Andrey Kramariçin sxemi dəyişdirməkdən şikayət etməyi: “Bir dəyişikliyə görə işlərin daha pisləşdiyini hiss etdi. Amma sən nəyisə dəyişirsənsə, deməli ilk dəfəsində işlər yolunda getməyib. Uzun müddət bizim oyun zamanı dəyişikliklər edərək yaxşı nəticə qazanmaq kimi bir gücümüz var idi. Son zamanlar bu işə yaramadı. Biz bir oyun zamanı etdiyimiz dəyişikliklərdən danışmırıq, məsələn pressinq zamanı daha yaxşı nəticə əldə etmək üçün kiçik detallar haqqında danışırıq. Daha çox dəyişməliyik, çünki rəqiblər də tez-tez dəyişir. Buna görə də başqa bir yerdə nə vaxtsa Andrey bununla razılaşmalı olacaq.”

Sxem dəyişikliklərinə görə stabilliyi itirmək: “Oyunçular bunun haqqında çox fikirləşir. Amma həqiqətən də rəqibin “6 nömrə”sinə qarşı “10 nömrə” ilə müdafiə olunmaq və ya “8 nömrə” ilə rəqibin cinah müdafiəçilərinə pressinq etmək arasında fərq yoxdu. Prinsiplər daim eyni qalır. Bunu qəribə ruh halına görə yox oyunları qazanmaq üçün edirəm. Nə vaxtsa rəqibinin 3-lü müdafiədən 4-lü müdafiəyə keçəndə siz bəzi problemlərlə rastlaşa bilərsiz. Məsələn: Rəqibin cinah müdafiəçilərinə qarşı kim müdafiə olunacaq? Əgər daha böyük komandalara qarşı rəqabət aparmaq istəyirsizsə, bunun öhdəsindən gəlməlisiz. Əgər “Bayern”sizsə və fərdi olaraq o qədər də güclü deyilsizsə, yenə də eyni şeyləri edə bilərsiz. Amma biz “Hoffenhaym”ıq və sadəcə oyunçuların individual keyfiyyətləri hesabına oynayırıq.”

Bəs “Laypziq”də bu eyni qalacaq? “Hələ ki bilmirəm. Həmçinin həmişə eyni sxemdən istifadə etməyi və onu daha da inkişaf etdirməyə daha üstünlük verərdim. Amma futbol meydanında oyunçuların sayı çox olduğu üçün avtomatik nələrsə eləmək riyazi baxımdan çox çətindi. Qəliz vəziyyətlərdə topu qazanmaq istəyirsizsə avtomatiklikdən əl çəkməlisiz. Eyni zamanda “Laypziq”də də bəzi şeyləri uyğunlaşdırmağımız lazım gələcək. Çünki rəqiblər də eyni şeyləri edə biləcək bacarığa sahibdirlər.”

Məşqlər illər ərzində necə dəyişdi? “Başlanğıcda mən prinsipləri başa salmaq üçün çox kiçik məşqlər keçirməli oldum. Bundan sonra daha böyük taktiki nümunələrə keçə bilərsiz.”

Yeni bir komandada işləmək haqqında: “Köhnə komandam “Hoffenhaym”da da eyni şeyi etdim və bu işə yaradı. Bu, hər zaman oyunçuların necə öyrənmək istədiyindən asılıdı. Oyunçular bir şeyin arxasındakı mənanı nə qədər sürətlə anlayırlar?”

“Bundesliqa”dakı əcnəbi məşqçilər haqqında (Növbəti mövsüm komandaların hardasa yarısına qeyri-alman məşqçilər rəhbərlik edəcək): “Çempionata yeni ideyaların, yeni üzlərin gəlməyi hər zaman maraqlıdı. Məşqçilərin işə götürülmə prosesi hər zamankindən daha yaxşı aparıldı. Keçmişdə əksər klublar tanıdıqları adamları baş məşqçi postuna gətirməklə səhv elədilər. Qısa iclas, taktika barədə müyyən söhbətlər və 4 aydan sonra bunu anlayırsız: Alınmır. Bu gün skautlar məşqçilərin oyun ərzində, məşqlərdə nə etdiklərini diqqətlə izləyirlər. Həmçinin siz ilk görüşünüzdən sonra partnyorunuzla evlənmirsiz.”

Bəs “Laypziq” sizi skautlar vasitəsilə diqqətlə izlədi? “Karyeram boyunca mən gənc komanda məşqçisi olaraq “Laypziq”dən onsuzda 4 və ya 5 təklif almışam. Məni Ralf Ranqnik və Oliver Mintzlafdan (“Laypziq”in “CEO”su) daha yaxşı tanıya bilməzsiz.”

“Premyer Liqa”nın dominantlığı və “Bundesliqda”kı investorlar haqqında: “ÇL-dakı bütün komandalar çox yaxın səviyyədə idilər. Tək bir ingilis komandası olmadan da final ola bilərdi. Ümumi olaraq bu sualı verməliyik: “Bundesliqa”da yeni investisiya modellerini qəbul etməyə hazırıq yoxsa yox? Əgər etməsək ingilis klublarının maliyyə cəhətdən daha üstün olduqları ilə razılaşmalıyıq. Digər variant da “UEFA”nın nə vaxtsa qaydaları dəyişməyi ola bilər, amma bu baş verməyəcək. Niyə dəyişsinlər ki? Futbol açıq rəqabətin olduğu iqtisadı bir yarışdı. Ağlamağa davam etmək istiyirik? Qəbul edək? Ya yox? Daha açıq olmalıyıq. Əks halda boşluqlar öz-özünə aradan qalxmayacaq.

“VAR” haqqında: “Ümumən, bunun tərəfdarıyam, amma bəzi şeylər bərbaddı. Əgər problemlər həll edilməyəcəksə, bundan tamamilə imtina olunmalıdı. Bəzi hakimlər hər şeyə icazə verir, bəziləri isə tez-tez fit çalır. Başqa məsələ: “Hakimin daim monitora doğru qaçmağına niyə icazə verilir? Bu onun üstündəki təzyiqi artırır. Üçüncü məsələ: Futbol emosional oyundu və digər oyunlara nisbətən burada oyunçular daha az fərqlənirlər. Qolu qeyd eləmək üçün son qərarı gözləyəndə nəticədə çox şey məhv ola bilər. Bir çox insan bunu təsvir edə bilmir. Oyun artıq emosionallığını itirir. Futbolun daha az rasionallaşmağına diqqət yetirməliyik.”

Hiç yorum yok:

Yorum Gönder

Football of Luxembourg: Surprising development

Luxembourg has 600k population and this country is one of the small countries in Europe. Even so, Luxembourg is playing important role in ...