Venqer “Topçular”a etdiyi 22 illik rəhbərliyə ötən il verdiyi istefa
ilə son qoydu və 2019-un əvvəlində yeni bir komandaya rəhbərlik etmək
istədiyini açıqladı.
Lakin 69 yaşındakı fransız “BBC”yə açıqlamasında: “Tez şəkildə
yenidən məşqçiliyə qayıdacağımı düşünürdüm, amma bir az fasilə verməkdən çox
zövq aldım.”
“İndi isə bir yolun kəsişməsindəyəm.”
Venqer bir investor olaraq tərəfdaşı olduğu idman texnologiyası
şirkəti ilə əməkdaşlıq haqqında danışırdı.
Şirkət Venqerin futbol butslarının içində yerləşən, futbolçuların
texniki, taktiki və fiziki performanslarını analiz edən cihazın hazırlanması və
inkişafında aktiv rolu olacağını açıqlayıb.
Bu fransalının karyerasına davam etməyinə mane olmayacaq. 12 ay işdən
uzaq qalmaq onun baxış tərzini dəyişib və növbəti qərarına təsir göstərə bilər.
“Siz məni yenidən futbolda görəcəksiz.” O, həmçinin əlavə etdi: “Baş
məşqçi kimi? Mən hələ bunu bilmirəm.”
“Bu il mən xeyriyyə işlərində oldum və konfranslarda iştirak etdim.
Mən bildirməliyəm ki, bu hadisələrdən daha çox kənarlaşmaq, daha az stressli
olmaq deməkdir.”
“Artıq daha çox vaxtım var və hər şeyi kənardan daha yaxşı izləyirəm.
Məşqçilərin etdikləri səhvləri görürəm, amma buna görə heç bir əziyyət
çəkmirəm.”
“Həyatımda öyrəndiklərimi paylaşmaq istədiyimi anladım. Çünki həyatda
bildiklərinizi paylaşırsızsa daha faydalı ola bilərsiz.”
“Necə olacaq? Sadəcə futbolda qazanmağı seçəcəm, yoxsa başqa bir
seçim edəcəm? Qərar verməli olduğum şey budu və qərarımı tezliklə
açıqlayacağam.”
“Futbol hələ də mənim ehtirasımdır. Tezliklə geri qayıdacağam – amma
hansı formada olacağını deyə bilmərəm.
“Mən “Arsenal” üçün darıxıram, çünki mən qəlbimi orada qoymuşam.”
Venqer 1996-cı ildə “Arsenal”ın baş məşqçi postuna gətiriləndən sonra
3 dəfə “PL”-nı, 7 dəfə isə “FA” kubokunu qazanaraq şimali Londonun ən uzun
müddət işləyən və ən uğurlu məşqçisinə çevrilib.
“Rəqabət üçün darıxıram, “Arsenal” üçün darıxıram. Çünki qəlbimi
orada qoymuşam.”
“Mən bu kluba 22 ilimi verdim. Həyatımın hər dəqiqəsi bu kluba həsr
olundu və mən orada inkişaf etdirdiyimiz dəyərlər üçün darıxıram.”
“Mən “Arsenal”ı dəstəkləyirəm, o hər zaman mənim klubum olacaq.”
“Avropa Liqası finalı kabusdur.”
Venqer ayrılandan sonra bir dəfə də olsun “Arsenal”ın oyunlarında
iştirak etməyib. O, “Arsenal”ın 29 mayda “Premyer Liqa”dakı rəqibi “Çelsi” ilə
Azərbaycanın paytaxtı Bakıda oynayacağı finalı da yenidən televiziya qarşısında
izləyəcək.
Amma o, məkan seçimi, səyahət məsələsi və “Arsenal”ın erməni
futbolçusu Henrix Mxitaryanın öz ölkəsi ilə Azərbaycan arasında olan problemə
görə Bakıya gəlməmək probleminə görə məmmun olmadığını dilə gətirib.
“Bu, azarkeşlər üçün bir az kabusdur.” – Venqer dedi.
“Komandaların heç bir problemi yoxdur. Onlar ideal şərtlərdə
yaşayırlar – şəxsi təyyarələrə sahibdilər, biznesklasssda səyahət edirlər. Amma
azarkeşlər üçün vəziyyət eyni deyil.”
“Mxitaryanın situasiyası isə futbolda olmamalı olan bir şeydir.”
“2019-cu ildə Avropada demokratiya bu qədər inkişaf etmişkən siyasi
səbəblərə görə kiminsə oynaya bilməməyini normal hesab etmirəm.”
Avropanın hər iki klub turnirində də ingilis finalı izləyəcəyik,
çünki “Liverpul” və “Tottenhem” “ÇL”-nın finalına vəsiqə qazanıblar.
Venqer bunun səbəbi olaraq ingilis klublarının gördükləri işlərin
keyfiyyətini göstərib, həmçinin bəzi Avropa nəhənglərinin heyətinin yaşlı
olmağı da buna təsir göstərib.
“Əvvəllər Avropada dominantlıq edən bir sıra komandalar – “Real
Madrid, “Barselona”, “Bayern Münxen”, “Yuventus” hamısı çökmüş vəziyyətdədi.”-
deyə fransız məşqçi əlavə edir.
“PSJ bu il “Çempion Liqası”nı qazanmaq üçün yaxşı fürsətə sahib idi.
Amma yaş məsələsi onlara da təsir göstərdi.”
“Onlar komandalarını yeniləməyə məcburdular. Fərq yarada bilən
oyunçular artıq elə də çox deyil.”
“Buna görə də bu yay çox maraqlı transfer pəncərəsinə şahid
olacağıq.”
Hiç yorum yok:
Yorum Gönder