600.000 əhaliyə sahib olan Lüksemburq Avropanın həm əhali, həm də
ərazisinə görə ən kiçik ölkələrindən biri hesab olunur. Buna baxmayaraq
Lüksemburq Avropanın siyasi və iqtisadi həyatında böyük rola malikdir. Ölkə ilə
eyni adı daşıyan paytaxt Lüksemburq Brüssel və Strasburqla birlikdə “Avropa
Birliyi”nin 3 əsas şəhərindən biri hesab olunur.
“Cırtdan ölkə” ABŞ-dan sonra dünyanın ən böyük ikinci investisiya mərkəzi hesab olunur və “Avrozona”da ən vacib “özəl bank” mərkəzi sayılır. Həmçinin, “Skayp” və “Amazon” şirkətləri də bölgədəki mərkəzlərini Lüksemburqa köçürtmüş məşhur təşkilatlardan ikisidir. Belçika və Hollandiya ilə birgə “Benelüks” təşkilatının üzvü olan Lüksemburqda 3 rəsmi dövlət dili (lüksemburq, alman və fransız) mövcuddur. Ölkə əhalisinin 50.9%-ni yerli əhali, 18.2%-ni portuqallar, qalan hissəsini isə fransızlar, almanlar və s. xalqlar təşkil edir.
“Cırtdan ölkə” ABŞ-dan sonra dünyanın ən böyük ikinci investisiya mərkəzi hesab olunur və “Avrozona”da ən vacib “özəl bank” mərkəzi sayılır. Həmçinin, “Skayp” və “Amazon” şirkətləri də bölgədəki mərkəzlərini Lüksemburqa köçürtmüş məşhur təşkilatlardan ikisidir. Belçika və Hollandiya ilə birgə “Benelüks” təşkilatının üzvü olan Lüksemburqda 3 rəsmi dövlət dili (lüksemburq, alman və fransız) mövcuddur. Ölkə əhalisinin 50.9%-ni yerli əhali, 18.2%-ni portuqallar, qalan hissəsini isə fransızlar, almanlar və s. xalqlar təşkil edir.
İdmana olan maraq digər Avropa ölkələrinə nisbətən az olsa da son
zamanlarda idmana, xüsusilə də futbola maraq kifayət qədər artıb. Yəqin ki,
Lüksemburqun qonşusu olan ölkələrdən Fransa, Almaniya və Hollandiyanın illərdir
futbol tarixində olan yeri, Belçikanın son illərdə göstərdiyi inanılmaz inkişaf
hər birinizə məlumdur. Təbii ki, bü cür ölkələrin yanında Lüksemburq kimi
inkişaf etmiş bir ölkənin futbol sahəsi üzrə öz regionunda “autsayder”liyinin
qarşısını almaq lazım idi. Buna görə də yerli Futbol Federasiyası bəzi addımlar
atmağa məcbur qaldı. 2001-ci ildə yerli futbol məktəbi açıldı və ora 13-19 yaş
arası yeniyetmələr qəbul edildi. İndi isə həmin akademiyanın yetişdirdiyi
gənclər dünya mətbuatını Lüksemburq futbolunun inkişafı haqda yazmağa məcbur
edir.



Lüksemburq AVRO 2020-nin seçmə mərhələsində “B” qrupunda yer alır.
Geridə qalan 2 tur ərzində Portuqaliyanı 1 xal qabaqlayaraq 3 xalla 2-ci
pillədə yer alan Lüksemburq bununla çox azarkeşi təəccübləndirməyi bacarıb. İlk
turda evdə Litvanı 2-1 hesabı ilə keçdikdən sonra öz meydanında Ukraynaya eyni
hesabla məğlub oldu. Ukrayna ilə oyunda son dəqiqələrdə buraxılan avtoqol
olmasaydı Lüksemburq hal-hazırda 4 xalla qrup lideri idi. Lüksemburq futbolunun
bu cür ön plana çıxmasında, şübhəsiz ki, futbolçuların da rolu danılmazdır. Gəlin
gənc, perspektivli və tanınmış lüksemburqlu futbolçuları daha yaxından tanıyaq.
Qapıçılar:
Antoni Moris (28 yaş) – “Royal Ekselsiyor” (Belçika)
Bir vaxtlar 19 yaşlılardan ibarət Belçika millisində də çıxış edən
Moris hal-hazırda Lüksemburq millisinin əsas qapıçısıdır.
Tim Kips (18 yaş) – “Maqdeburq” (Almaniya)
Millinin üçüncü qapıçısı hesab olunsa da, çox güman ki, gələcəkdə
əsas qolkiper olmağı bacaracaq. Klubunda əsas komandaya yeni cəlb olunan Kips
Lüksemburqun ən potensiallı qapıçılarından biridir.
Müdafiəçilər:
Maksim Şano (29 yaş) – “Nyu-York Siti” (ABŞ)
Fransa vətəndaşlığına da sahib olan Şano Lüksemburq müdafiəsindəki ən
vacib fiqurlardan biri sayılır.
Kevin Malci (28 yaş) – “Düdelanj” (Lüksemburq)
Şano ilə birlikdə milli komandanın əvəzolunmaz 2 mərkəz
müdafiəçisindən biridir.
Vahid Selimoviç (22 yaş) – “Apollon” (Kipr)
Əslən serb olan futbolçu Serbiya millisinin U19 komandasında 1 oyuna
çıxıb. O da gələcək vəd edən müdafiəçilərdən biridir.
Enes Mahmutoviç (21 yaş) – “Midlsboro” (İngiltərə)
Eynilə Selimoviç kimi əslən Balkan yarımadasından müdafiəçinin Kosova
vətəndaşlığı da mövcuddur. Selimoviçdə birlikdə milli komandanın müdafiə
xəttinin gələcəyi sayılırlar.
Dik Karlson (21 yaş) – “Qrashopper” (İsveçrə)
ABŞ vətəndaşlığına da sahib olan futbolçu bu günə kimi milli formanı
15 dəfə geyinib.
Loran Yans (26 yaş) – “Metz” (Fransa)
Milli komandanın heyətində 24 oyuna çıxan Yans eyni zamanda yığmanın
kapitanı hesab olunur.
Yarımmüdafiəçilər və hücumçular:
Kristofer Martins Pereyra (22 yaş) – “Troys” (Fransa)
Müqavilə ilə “Olimpik Lyon”a məxsus olan Kape Verde əsilli Pereyra
Lüksemburq futbolunun yetişdirdiyi ən istedadlı və parlaq futbolçulardan biri
hesab olunur.
Lars Gerson (29 yaş) – “Norköping” (Norveç)
İlk dəfə 11 il bundan öncə milli komandada oyuna çıxan Gersonun
Norveç vətəndaşlığı da mövcuddur. 29 yaşlı futbolçu yığmada çıxdığı 66 oyunda 4
dəfə fərqlənməyi bacarıb.
Aldin Skenderovic (21 yaş) – “Elfersberq” (Almaniya)
Lüksemburq millisinin heyətində 4 Balkan əsilli futbolçu var.
Onlardan biri də əslən Monteneqrodan olan Skenderovicdir.
Olivye Till (22 yaş) – “Ufa” (Rusiya)
Yerli klublardan “Proqres”də özünü tanıdan Olivye Till keçən yay
250.000 avro qarşılığında Rusiyanın yolunu tutmuşdu. Yarımmüdafiəçi milli
komandanın mərkəz xəttinin liderlərindən biri hesab olunur və öz üzərində daha
yaxşı işləsə daha yaxşı yerlərə gələ bilər.
Ölkədə yerli əhalidən sonra ən çox nümayəndəsi olan xalqın
portuqallar olduğunu demişdik. Bareyro Martins də həmin portuqallardan biridir.
Yaşına, çıxış etdiyi kluba nəzər yetirsək parlaq gələcəyə sahib ola biləcəyini
söyləmək olar.
Daniel Sinani (22 yaş) – “Düdelanj” (Lüksemburq)
Eynilə Selimoviç kimi Serbiya vətəndaşlığına da sahib olan Sinani o
qədər də ön plana çıxan oyunçu hesab olunmur. O da Lüksemburq millisində Balkan
köklərinə sahib olan 4 futbolçudan biridir.
Vensan Till (19 yaş) – “Pau” (Fransa)
Leandro Bareyro Martins kimi 2000-ci il təvəllüdlü olan Vensan Till Olivye Tillin kiçik qardaşıdı. Müqavilə ilə “Metz”ə məxsus olan futbolçunun Lüksemburqun bu günə kimi yetişdirdiyi ən böyük istedad olduğunu demək olar.
Daniel da Mota (33 yaş) – “Rasinq” (Lüksemburq)
Yığmanın ən təcrübəli futbolçularından olan portuqal əsilli da Mota
milli komandada 92 oyunda 7 dəfə fərqlənib.
Karyerasını uzaq şərqdə davam etdiren Jerson Rodriqez eynilə Bareyro
Martins və da Mota kimi portuqal əsillidir.
Aureliyen Yoaxim (32 yaş) – “Royal Ekselsiyor” (Belçika)
Da Mota kimi millinin təcrübəli simalarından biridir. 78 oyunda 15
dəfə rəqib qapılarına yol tapıb.
Baş məşqçi:
Artıq 9 ildi ki, bu vəzifədə olan Holtza Lüksemburq Futbol
Federasiyası güvənməyə davam edir. Lüksemburq futbolunun “qızıl nəsli”
adlandıra biləcəyimiz indiki jenerasiya da məhz ona həvalə olunub.
Portuqaliya və Balkan əsilli futbolçuları yetişdirib milli komandaya
“rəng qatan” lüksemburqlular yerli oyunçulara da eyni diqqəti göstərirlər. Əgər
bu tendensiya müəyyən müddət də davam etsə, Lüksemburq çox uğurlu nəticələr
göstərə bilər. Kim bilir, bəlkə də Lüksemburq qonşusu Belçikanın uğurlarını da
təkrarlayacaq. Bütün bunları reallaşdırmaq üçün Lüksemburq çox yaxşı iqtisadi
şəraitə malikdir. Düzgün siyasətlə Lüksemburqu futbol arenasında ən üst yerlərə qaldırmaq mümkündür.
Hiç yorum yok:
Yorum Gönder