8 Kasım 2020 Pazar

Borussia Dortmund 2-3 Bayern München: Təhlil

Bundesliganın 6-cı turunda bu sezonun ilk "Der Klassiker"i baş tutdu. Borussia Dortmundun nisbətən məzmunsuz oyunu ilə seçildiyi oyunda Bayern München Alaba, Lewandowski və Sanenin vurduğu qollarla 3-2 hesabı ilə qələbə qazanaraq görüşdən 3 xal ilə ayrılmağı bacardı.


Şəkil 1: Bayern Münchenin 4-2-4 sxemli pressinqini görürük. Rəqibin mərkəz ikilisi zərərsizləşdirilib. Komandanın kənardan irəli çıxmağının qarşısını isə yüksək pressinq edərək alırlar. Bayernin bu "high press"i Dortmunda 90 dəqiqə geridən oyun qurmaqda ciddi problem yaratdı.




Şəkil 2: Dortmundun 4-4-2 sxemli pressinqi. Bayern geridən oyun qurarkən isə fərqli gedişlərdən istifadə edirdi. Bəzən mərkəz yarımmüdafiəçilərindən biri (Goretzka, Kimmich/Tolisso) stoperlərin arasına çəkilir və cinah müdafiəçiləri daha rahat irəli çıxırdılar.







Şəkil 3 və 4: Bəzən isə Bayern Müncheninin sol vinqeri (Serge Gnabry və ya Kingsley Coman) geriyə yaxud mərkəzə çəkilir və Lucas Hernandez üçün irəlidə boş koridor yaranırdı. Bu üsuldan istifadə edərək Bayern München oyun ərzində Borussia Dortmund qapısı önündə yetərincə təhlükəli vəziyyət yarada bildi. Bu gedişi edən Bayern München hücumda olarkən sxemi 3-2-5-ə dəyişə bilirdi.






Şəkil 5: Dortmundun hesabı açdığı epizodu görürük. Epizodun əvvəlində Sarr topu itirir, ardınca onun cinahında Reyna topu Tolissonun boş buraxdığı Guerreiro'ya ötürür. Nəticədə Reus fərqlənir. Ümumiyyətlə, Bouna Sarr bu oyunda qonaqların ən zəifi idi.
- İlk buraxılan qolda ötürmə səhvi etdi.
- BVB oyunun əvvəlində onun arxasına atılan toplarla təhlükə yarada bildi.
- Kimmichin zədələndiyi epizodda da ötürmə səhvini məhz Sarr etmişdi.











Şəkil 6 və 7: Bayernin 2 və 3-cü qollarında Mats Hummelsin səhvləri. Ikinci qolda Lewandowskini boş buraxır, üçüncü qolda isə irəli çıxaraq Sane üçün boşluq yaradır.















Şəkil 8: Bayern München nə qədər yaxşı komanda olsa da, müdafiə cəhətdən problemləri var. Müdafiələrinin arxasına atılan toplarda ciddi problemlər yaşayırlar. Bu oyunda da Dortmundun əsas istəyi bundan istifadə etmək idi, elə Haalandın qolunda da bunu etdilər.






Şəkil 9: Reusun qaçırdığı 100%-lik epizod. Alaba eynilə Haalandın qolunda olduğu kimi bu epizodda da mövqe səhvi edir.



Hiç yorum yok:

Yorum Gönder

Football of Luxembourg: Surprising development

Luxembourg has 600k population and this country is one of the small countries in Europe. Even so, Luxembourg is playing important role in ...