Borussia Mönchengladbachda çalışan 27 yaşlı Rene Maric Bundesliganın ən gənc köməkçi məşqçisidir
Onun müasir futbol haqqında olan yazılarını oxumaq elə də asan deyildi, amma bu yazılar ona bir çox oxucu qazandırmağı bacardı. Həmin dövrdə Mainzdə çalışan Thomas Tuchel ondan müəyyən skaut hesabatları yazmağını istədi. Ardınca bəzi Premier League klubları üçün Pep Guardiola və Jürgen Kloppun pressinq sistemləri haqqında yazılar hazırladı. Eyni zamanda Brentford və Mitdjylland klubları üçün "futbolçu analizləri" yazırdı.
Maric o dövrdə RB Salzburgun U18 komandasının baş məşqçisi olan Marco Rose ilə dostluq əlaqələri yaradır və 2017-ci ildə onun köməkçisi kimi işləməyə başlayır. Onlar birlikdə UEFA Gənclər Liqasını qazanırlar, ardınca isə əsas komandaya gətirilirlər. Keçən yaydan bəri Maric Gladbachda Marco Rosenin məşqçi heyətində köməkçi məşqçi kimi fəaliyyət göstərir.
Salzburgdakı işi necə əldə edə bildiz?
- "Marco Roseyə yaxınlaşdım və ona taktiki gedişlər barədə bir neçə sual ünvanladım. Bundan sonra da bir neçə dəfə görüşdük. Amma mən bunları iş görüşməsi olaraq görmürdüm, sadəcə olaraq bu işin içində olan biri ilə həmsöhbət olmağın mənim üçün yaxşı olacağını düşündüm. Oyunçu yetişdirməyə önəm verən Salzburg kimi bir klubda U18 komandasının baş məşqçisi olmaq xüsusi bir şey sayılır."
- "Onun köməkçisi öz iş yerini dəyişəcəkdi. Marco mənə özümü Salzburg akademiyasının rəhbəri Ernst Tannerə tanıtmalı olduğumu dedi. Biz Salzburgun oyun fəlsəfəsi və metodikası barədə danışdıq. 2012-2014-cü illər aralığında Roger Schmidtin baş məşqçi olduğu dövrdə Salzburgu izlədiyimə görə bu mövzular haqqında məlumatım çox idi. Kənardan gəlmiş biriydim, amma analitik bir keçmişim və fərqli formasiyalardan istifadə etmək barədə fikirlərə sahib idim. Ernst Tannerin akademiyasında öyrəndiyim şeyləri "Fussball durch Fussball" kitabımda qeyd etmişəm. Bu danışıqlardan bir həftə sonra Tanner mənə dedi: "Biz səni işə götürürük. Sənin müqavilən, işə başlayacağın tarix və alacağın maaş buradadı." Qarşılığında isə mən dedim: "Əla"".
"Analitik keçmişə sahib idim" deməklə nə nəzərdə tutursan?
- "Ortaq kitab yazdığım şəxs Marco Henseling "öyrənmək teoriyası" üzrə mütəxəssis idi. Ondan çox şey öyrənmişəm. Psixologiya təhsili aldığım müddətdə bütün seminarlarda və məqalələrdə futbol mövzusuna toxunmağa çalışdım. Məsələn, "futbolda kobudluğun azaldılması" barədə yazı hazırlamışam. 10 il öncə məşqçiliyə və "Spielverlagerung"da işləməyə başladım. Rəqabətin aşağı səviyyədə olduğu liqalarda çox fərqli şeylər yoxlamaq daha rahat olur. Klubun mənə dəstək göstədiyini vurğulamalıyam. Meydandan səlahiyyətli olan şəxs onu müəyyən sahələrə böldü və oyunçular bu cür sınaqlar üçün olduqca açıq idilər. Digər tərəfdən Spielverlagerung Səudiyyə Ərəbistanı Futbol Federasiyası üçün skautinq, məşqçilik, taktiki və oyunçu təhlilləri tapşırıqlarını mənə verdi. Yeni şeylər və idarəetmə sistemi barədə məlumatlar əldə etdim."
Mətbuatda taktiki təhlillər barədə danışaq. Hansısa məşqçinin oyunda istədiklərinə nail olub-olmamağını oyunun digər təfərrüatlarını nəzərə almadan təhlil etmək nə dərəcədə doğrudur? Siz artıq ehtiyat skamyasından mənzərənin necə göründüyünü bilirsiz.
- "Mən hər zaman taktiki təhlillərin məşqçilərin planları əsasında edilməsinin doğru olmadığını demişəm. Sadəcə meydanda baş verənlərə diqqət etmək lazımdır. Mike Tyson'un bu ifadəsini heç vaxt unutmayın: "Üzünə zərbə dəyənə qədər hər kəsin bir planı var."
- "Bu, futboldur. Bəzən bir oyunçu öz mövqeyini tərk edərək 4 metr sola gedib boşluğu bağlaya bilər. Beləcə öz komandasına kömək olub, rəqib üçün problem yaradacaq. Oyun ərzində sonusz sayda qərarlar qəbul olunur. Məşqçilərin futbolçuların bir an içində verdiyi qərarlara müdaxilə etməyi imkansızdır. Onlara əvvəlcədən müəyyən həll yolları öyrədə bilərik, amma meydanda qərar vermək onlara qalıb."
- "Buna görə də yaxşı futbolçu olmaq yaxşı oyunçu olmaqdan daha çətindir. Pep Guardiolanı xüsusi edən şey komandasına ötürdüyü müəyyən texniki və taktiki məqamlardı. Bayern vaxtlarında rəqibin necə oynadığının önəmi yoxdu, futbolçular özləri rəqibin oyununa cəld reaksiya verib uyğunlaşa bilirdilər."
Guardiolanın oynatdığı futbolu oynada bilməyin çox çətin olduğu fikri ilə razılaşardız?
- "Bu məsələ məşqçidən asılıdır. Pep üçün Simeone tərzində, Simeone üçün də Pep tərzində oynamaq çətin sayılır. Pepin komandasından istədiyi şey meydanın hər yerində dominant olmaqdır. Daim topa sahib olmalı, boşluq axtarmalı, lazım olduqca müdafiəyə mükəmməl keçiş etməlisz. Oyunçulardan tələb olunan şeylərin sayı çoxdur."
Müasir futbolda pressinq etmədən uğur qazanmaq mümkündür?
- "Çətin. Futbol 20-30 il öncəsinə baxanda çox dəyişilib. Futbolçular gənc yaşlarından peşəkarlaşırlar. Pressinq etmədən uğur qazanmaq mümkünsüz görünür. İrəlidə pressinq etmək məcburiyyətində deyilsiz, amma müdafiədə aktiv oynamalısız. Salzburg və Gladbachda çox dərindən müdafiə olunan komandalarla qarşı-qarşıya gəldik, onlar belə hərəkətli və pressinq edərək bunu etməyə çalışırdılar."
Hiç yorum yok:
Yorum Gönder