9 Temmuz 2020 Perşembe

Arsenalın 3-4-3 sxemi: Təhlil

Mikel Arteta Arsenal pundit predictions are already being proven ...
Arsenalın 3-4-3 sxemi haqqında danışmaq istərdim.

Görünür ki, Mikel Arteta əlindəki oyunçularla sezon sonuna qədər oynada biləcəyi ən yaxşı sxemi tapıb. Komanda bu sxemlə həm topla, həm də topsuz oyunda müəyyən effekt verə bilir. Təbii ki, komandadakı fiziki hazırlıq elə də yaxşı olmadığına görə bu fikri 90 dəqiqəyə şamil etmək olmaz.


Şəkil 1: Komanda irəli xəttdə pressinqə olduqca uyğun olan futbolçularla - Aubameyang, Lacazette (Nketiah) və Saka (Pepe) ilə oyunlara çıxır. Mərkəzdəki Xhaka-Ceballos ikilisinin və vinqbeklər Tierney və Bellerinin də dəstəyi ilə Arsenalın irəlidəki pressinqinin effekti artır. Həmçinin, rəqib daha dəqiq ötürmələrlə pressinqi yardıqda belə Kolasinac və Mustafinin irəli çıxıb hücumun qarşısını almağa çalışdığını görürük.




Şəkil 2: Geridən oyun qurmaq məsələsində də bu sxem Arsenala müəyyən üstünlüklər verir. David Luiz nə qədər müdafiəçi kimi tənqid olunsa da (haqlı olaraq), pas bacarığı kifayət qədər yaxşıdır. Eyni zamanda Artetanın Sokratisin əvəzinə Mustafini oynatmağında da səbəbin almaniyalı futbolçunun pas bacarığının Sokratisdən daha yaxşı olduğunu demək olar.



"Üçlü müdafiə" Arsenala nə qazandırır?

- Hücum keyfiyyətləri daha yaxşı olan Tierney və Bellerin daha geniş zonalara rahatlıqla açıla bilirlər. 3-4-3 sxemi onlara bu şəraiti yaradır.

- Mərkəz müdafiəçilərindən heç biri tam olaraq etibarlı olmasalar da, bir-birlərini bu sxemdə siğorta edə bilirlər.

- Müdafiə keyfiyyətlərində çatışmazlıqlar olan Xhakanın da rolu nisbətən dəyişilir və bu oyun planı sayəsində artıq müdafiəyəmeyilli yox sırf mərkəz yarımmüdafiəçisi kimi çıxış edir. 

Hiç yorum yok:

Yorum Gönder

Football of Luxembourg: Surprising development

Luxembourg has 600k population and this country is one of the small countries in Europe. Even so, Luxembourg is playing important role in ...