Nə qədər formal xarakter daşısa da müasir futbolda standartları müəyyənləşdirən 2 məşqçinin komandalarının qarşıdurmasından sönük futbol gözləmək olmazdı. Guardiolanın qələbə əzmindən, Kloppun oyuna əsas heyətlə başlaması və oyun ərzində etdiyi gedişlərdən bu oyunun dəyərinin hər iki tərəf üçün 3 xaldan daha artıq olduğunu başa düşdük.
Hesab 4-0 olsa da, bu nəticə məşqçilərdən və komandalardan birinin digərindən güclü yaxud zəif olduğu anlamına gəlmir. Ötən tur City Chelsea'yə məğlub olmasaydı, bu tur daha rəngarəng bir oyun izləyə bilərdik. Buna baxmayaraq Guardiola və Klopp mövcud vəziyyətdə ortaya kifayət qədər keyfiyyət qoya bildilər. City oyunçularının prinsip və təsəlli məsələsi, Liverpool futbolçularının isə çempionluq eyforiyası nəticəni bu yerə gətirib çıxardı. İndi isə keçək oyuna.
Şəkil 1: Liverpoolun yüksək pressinqinə qarşı olaraq City geridən oyun qurarkən İlkay Gündoğan geriyə çəkilir. Laporte və Garcia daha kənarlara çəkilirlər, beləcə Mendy və Walkerin irəli getməyi ilə City cinahlarda say üstünlüyü əldə edir.
Şəkil 2: Manchester Citynin pressinq sistemini görürük. Topsuz oyunda komanda 4-4-2 sxeminə keçir və bununla da Fabinho, Henderson, Wijnaldum üçlüyünün topla təmin olunmasının qarşısını alırlar. Nəticədə Liverpool uzun ötürmələrdən istifadə etməli olur.
Şəkil 3: Oyunun əvvəlində Jürgen Klopp Trent Alexander-Arnoldu geridə saxlayıb, Robertsonu irəli göndərirdi. Bunda əsas məqsəd sağ cinahda Sterlingin qarşısını almaq idi. Həmçinin, oyunun əvvəlində TAA-nın dəfələrlə Mane istiqamətində uzun ötürmələr etdiyinin şahidi olduq. Bunu da oyun planının bir hissəsi saymaq olar. Sonradan geridən oyun qurmadakı keyfiyyəti artırmaq üçün Klopp bu plandan imtina etdi. Liverpool arxada topa sahib olarkən Fabinho müdafiəçilərin arasına çəkilməyə başladı. Buna görə də TAA da Robertson kimi boş zonalara açılırdı və beləcə Liverpool oyunu müəyyən qədər də olsa genişləndirə bildi.
Şəkil 4: İlk hissədə Gomez həm birinci qolda (penalti epizodu), həm də ikinci qolda Sterling tərəfindən keçildi. Klopp buna görə də risk aldı və Gomezi Chamberlain ilə əvəzlədi. Bu dəyişiklikdən sonra Fabinhonu müdafiənin mərkəzində gördük. Bu dəyişikliyə 3 müxtəlif səbəb göstərmək olar:
- Komandanın ən zəifi Gomezi oyundan almaq
- Fabinhonu geriyə çəkməklə müdafidəki pas keyfiyyətini artırmaq
- Chamberlain vasitəsilə yarımmüdafiədəki tempi daha da çoxaltmaq
- Fabinhonu geriyə çəkməklə müdafidəki pas keyfiyyətini artırmaq
- Chamberlain vasitəsilə yarımmüdafiədəki tempi daha da çoxaltmaq
İkinci hissədə Liverpool birinci hissədən daha yaxşı təsir bağışladı. Amma buna rəğmən rəqib qapısına yol tapa bilmədilər.
Manchester Citydə əsas Phil Foden barədə danışılır. Çox istedadlı olduğunu ötən mövsümdən bilirik. Amma Eric Garcianın adı bir o qədər də çəkilmir. 19 yaşlı ispan müdafiəçi mövqeyində soyuqqanlı oyunu ilə seçilir. Pas qabiliyyəti, meydanı görmək bacarığı da kifayət qədər yaxşıdır. Əgər bu yay stoper transferi olmasa Guardiolanın növbəti sezon əsas stoper ikilisi Laporte-Garcia ola bilər.
Hiç yorum yok:
Yorum Gönder