Dünən Chelsea Manchester Cityni məğlub etməklə Liverpoolun çempionluğunu rəsmiləşdirdi. Frank Lampard bu oyunda bir daha məşqçi kimi kifayət qədər yaxşı bacarıqlara malik olduğunu göstərdi.
Şəkil 1: Manchester City oyuna nominal mərkəz hücumçusu olmadan çıxmışdı. Bernardo Silva "saxta 9" rolunda idi. Topsuz oyunda hücum xətti "üçlənir" (Sterling-Bernardo-Mahrez), geridən oyun qurarkən isə Bernardo geriyə gəlirdi (şəkildə görürsüz). Hücumda olarkən İlkay və ya Sterlingi mərkəz hücumçusu kimi rəqibin cərimə meydançasında olduğunu gördüyümüz anlar oldu. Bernardo isə Kevin De Bruyne ilə birlikdə boş zonada olan komanda yoldaşlarını topla təmin etmək vəzifəsini icra edirdi.
Şəkil 2: Chelsea isə rəqibin bu hərəkətli və tez-tez yer dəyişmələr olan oyununa aldanmadı. Ev sahibləri daha səbrli oynadılar və əllərinə düşəcək epizodları gözlədilər. Topsuz oyunda 4-5-1 sxemi ilə rəqib üçün boş zonaların maksimum azaldılmasına nail oldular. Oyun qurmada isə risksiz şəkildə uzun ötürmələrdən istifadə etdilər və irəlidə Olivier Giroud kimi hücumçularının olmağı onlara bu məsələdə çox kömək oldu. Fransalı forvard Pulisic və Willianı topla təmin etmək işini heç də pis görmürdü.
Frank Lampard bu oyunda Ngolo Kanteni tək dayaq yarımmüdafiəçisi kimi sınadı. Düşünürəm ki, məşqçi gələn sezonda da 4-3-3 sxemindən istifadə edəcəyi təqdirdə Kanteni Jorginhonun əvəzinə bu mövqedə sınaya bilər.
Hiç yorum yok:
Yorum Gönder