Roberto De Zerbinin rəhbərliyi ilə Sassuolo İtaliyada ən diqqət çəkən komandalardan biridi. Ümumiyyətlə, De Zerbi müasir futbolda oynatdığı templi və hərəkətli oyunu ilə seçilir. Komanda çətin İnter səfərindən 1 xalla qayıda bildi. Bu 1 xal üçün İnterin 3-5-2-nə qarşı kifayət qədər yaxşı hazırlaşmışdılar.
Şəkil 1: Sassuolo topsuz oyunda irəlidə 4-1-4-1 sxemi ilə pressinq edir. Rəqibin 3 mərkəz müdafiəçisini boş qoysalar da mərkəz yarımmüdafiəçilərini və rəqibin vinq-beklərinə gedən pas yollarını bağlaya bilirlər. Nəticədə İnterin cinahdan irəliləmək (xüsusən də Moses olan cinahdan) planı puça çıxır. Eriksen de geridən oyun qurmaq üçün sıxlıqla arxaya gəldiyinə görə İnter rəqib cərimə meydançasının önünə rahatlıqla "yerləşə" bilmir.
Şəkil 2: Sassuolo geridən oyun qurarkən isə 2 mərkəz müdafiəçisi cərimə meydançasının içinə daxil olur, 2 yarımmüdafiəçi isə cərimə meydançasının önündə gözləyirlər. Bununla da rəqibin mərkəz xəttini irəli çıxartmaq mümkün olur. Şəklə sağ cinah müdafiəçisi düşməyib, amma o da eynilə sol cinah müdafiəçisi kimi cinahda topu qəbul etməyə hazır vəziyyətdə gözləyir. Bu gedişdə əsas məqsəd isə İnterin vinq-beklərini pressinq üçün irəli çıxarmaqdır. De Zerbi bu taktikası ilə uzun ötürmələr vasitəsilə Berardı, Boga kimi oyunçular üçün boş zonalar açmağı planlaşdırırdı.
Hiç yorum yok:
Yorum Gönder