Everton öz meydanında olduqca intizamlı oyun göstərərək Liverpooldan xal almağı bacardı. Carlo Ancelottinin komandasında yeni diqqət çəkən məqamlar var idi.
Şəkil 1: Everton oyuna klassik 4-4-2 sxemi ilə başlamışdı. Geridən oyun qurarkən sağ cinah müdafiəçisi Coleman'ın cüzi də olsa mərkəzə meyil etdiyini, sağ cinah yarımmüdafiəçisi Iwobinin isə yan xəttin hardasa üstündə dayandığını görürük.
Şəkil 2: Elə həmin hücumun sol cinahı: Sol cinah müdafiəçisi Lucas Digne hardasa yan xəttin üzərində dayanıb. Sol cinah yarımmüdafiəçisi Anthony Gordon isə Iwobidən fərqli olaraq mərkəzə meyil edib.
Bu gedişlə Everton rəqibin müdafiə və yarımmüdafiə xətləri arasındakı boşluğa "sızaraq" təhlükəli hücum qurmağı planlaşdırırdı.
Şəkil 3: Topsuz oyunda Everton geriyə çəkilərkən cinah müdafiəçiləri içə doğru, cinah yarımmüdafiəçiləri isə geriyə çəkilirdilər. Məsələn, bu gördüyünüz fotoda Coleman mərkəz müdafiəçilərinə qoşulub, Iwobi isə onun mövqeyinə çəkilib. Beləcə Everton "beşli müdafiə" ilə "half-spaces"i (aralıq zonalarını) bağladı və rəqibin cərimə meydançası ətrafında rahat hərəkət etməyinə imkan vermədi.
Şəkil 4: Everton irəlidə pressinq edəndə isə Richarlisonun gördüyü iş diqqətimi çəkdi. O, öz həmyerlisi Fabinhonu "zərərsizləşdirməyə" çalışırdı. Təbii ki, bunda əsas məqsəd Liverpoolun geridən oyun qurmaqdakı effektini maksimum azaltmaq idi.
Təbii ki, pandemiya sonrası oyunçuların tam formada olmamağının da nəticələrə təsiri olur. Amma bunu demək lazımdır ki, Everton Liverpoola qarşı necə oynamaq lazımdısa, elə də oynadı.
Hiç yorum yok:
Yorum Gönder