
Lucien Favre müasir futbolda ən çox tənqid olunan məşqçilərdən biridir. Bu tənqidlərin əksəriyyəti haqlı tənqidlər olur, amma bu məşqçinin oyun planındakı müsbət, xırda detalları da unutmaq doğru olmaz.
Dünən protokolda Leipzigin oyuna 3-5-2, Dortmundun isə 3-4-3 sxemi ilə başlayacağı göstərilmişdi. Leipzig meydanda da bu planını dəyişmədi, amma Dortmundun oyununda bir fərqli cəhət gördük. Sxemlərdən göründüyü kimi Leipzigin mərkəz dairədə 3, Borussianın isə 2 futbolçusu olmalıydı. Favre rəqibin bu üstünlüyünü aradan qaldırmaq üçün sxemdə sağ cinahda göstərilmiş Reynanı mərkəzə çəkdi. İrəlidə də Thorgan Hazardın Haalanda qoşulması ilə Dortmund sxemi 3-5-2-ə dəyişdi. Nəticədə rəqibin Sabitzer, Kampl və Forsbergden ibarət topa hakim, hərəkətli mərkəz üçlüyünün qarşısını almaq mümkün oldu. Həmçinin, Dortmund ümumən oyunda topa daha çox sahib olan tərəf olmağı bacardı.


Hiç yorum yok:
Yorum Gönder