Səmimi olsam, Ole Gunnar Solskjaer ilk başlarda bir o qədər də bəyəndiyim baş məşqçi deyildi və United kimi bir markaya uyğun olduğunu düşünmürdüm. Amma zaman keçdikcə öz üzərində işləməyə yaxşı bacaran və hər rəqibə görə fərqli tərzdə futbol oynatmağı bacaran mütəxəssis olduğunu göstərərək onun haqqında olan fikirlərimi alt-üst etdi.
Dünən Spurs səfərindən 1 xalla qayıdaraq rəqiblə aradakı 4 xallıq fərqi qoruya bildilər. United bu oyunda müəyyən vaxtlarda maraqlı bir keçid oyunundan istifadə etdi.
Şəkil 1 və 2: United bu oyuna 4-2-3-1 sxemi ilə başlamışdı. Amma geridən oyun qurarkən fərqli bir gedişdən istifadə etdilər. Aaron Wan-Bissaka Maguire və Lindelöfə qoşularaq "üçlü" müdafiə əmələ gətirir. Daniel James isə RWB mövqeyinə keçir. Sol vinqer Rashfordun mərkəzə meyil etməyi və Luke Shaw'un irəli çıxması ilə United 3-4-1-2 sxeminə keçir.
Şəkil 3: Unitedin pressinq sistemində isə standart 4-2-3-1 sxemini görürük.
Tottenham isə bu oyunda qələbəyə daha çox ehtiyacı olmalarına baxmayaraq daha çəkinən tərəf oldu və maksimum ehtiyatlı oynamağa çalışdılar. Ola bilsin, bunda pandemiya dövrünün də təsiri var, amma Jose Mourinho faktorunu da unutmamalıyıq.
Paul Pogba məsələsinə də nəzər yetirmək istərdim. Oyuna daxil olandan sonra göstərdiyi istək, həvəs, çalışqanlıq çox diqqət çəkdi. Həqiqətən də, müasir futbolda komandanı meydanda irəli daşımağı bacaran ən yaxşı oyunçulardan biridi. Əgər Ole Gunnar Solskjaer Pogba - Bruno Fernandes tandemindən yaxşı istifadə edə bilsə bu ikili Unitedi istər oyun, istər nəticə cəhətdən çox irəli daşıya bilər.
Hiç yorum yok:
Yorum Gönder