14 Haziran 2020 Pazar

Bayern München 2-1 Borussia M'Gladbach: Təhlil

What comes next is in the stars' - Flick relaxed over Bayern ...Bayern Münchenin karantin dövründən fiziki cəhətdən ən hazır formada qayıdan komanda olduğunu demişdim. Hansi Flickin komandası bu dəfə öz meydanında Borussia Mönchengladbach ilə qarşılaşdı və 2 əsas oyunçusu (Lewandowski və Müller) olmadan qələbə əldə etməyi bacardı.






Əvvəlki təhlillərdə vurğulamışdım ki, mövcud vəziyyətdə futbolda taktiki planlar bir o qədər də ön plana çıxmayacaq və fiziki hazırlıq daha həlledici rol oynayacaq. Bundesliganın geridə qalan turları da bunun həqiqət olduğunu sübut edir. Aşağıdakı 2 şəkildə Bayernin pressinq sistemlərini görürsüz.
Şəkil 1: Bayernin 1 oyunçusu rəqibin cərimə meydançasının daxilində, 3 oyunçusu isə cərimə meydançası xəttinin üzərindədi. Neuhaus arxaya qayıdıb dəstək olmağa çalışsa da Bayern yenə də oyunçu sayındakı üstünlüyünü saxlayır. Nəticədə BMG istədiyi formada geridən oyun qura bilmir.
Jabfooty adlı şəxsin şəkli.

Şəkil 2: Bayern topsuz oyunda 4-4-2 sxeminə keçirdi. Cuisance'ın Zirkzee'yə qoşulmağı ilə ev sahibləri irəlidə ikili blok yarada bilirdilər. Bəzən bu pressinq daha yüksək formada edilirdi və sxemin 4-2-4-ə çevrildiyinin də şahidi olurduq.
Jabfooty adlı şəxsin şəkli.

Goretzka - Kimmich ikilisinə toxunmaq istərdim. Hər ikisi oyunu hər iki yöndə oynaya bilən hərtərəfli futbolçulardı. Müdafiəyə də kömək edirlər, mərkəzdən topu daşımaqda, mərkəzdə top saxlamaqda rolları çox böyükdü, həmçinin qolların vurulmasında da iştirak edirlər. Artıq növbəti sezondan etibarən daha formada olan komandalarla olan oyunlarda da özlərini göstərə bilsələr, Avropanın ən yaxşı mərkəz ikililərindən biri olduqlarını sübut edəcəklərini düşünürəm.

Hiç yorum yok:

Yorum Gönder

Football of Luxembourg: Surprising development

Luxembourg has 600k population and this country is one of the small countries in Europe. Even so, Luxembourg is playing important role in ...