27 Mayıs 2020 Çarşamba

Borussia Dortmund 0-1 Bayern München: Təhlil

Dortmund falls short again, losing to Bayern ... | Taiwan NewsBundesliganın 28-ci turunda Bayern səfərdə Dortmundu Kimmichin ustalıqla vurulmuş qolu ilə 1-0 məğlub etməyi bacardı. Təbii ki, futbolda qələbəni gətirən yeganə şey qol deyil. Bəzən taktika, bəzən yüksək fiziki hazırlıq, bəzən şans, bəzən də hər 3-ü birdən qələbəni gətirə bilir. Bayern isə dünən qələbəni doğru taktika və fiziki hazırlıq nəticəsində qazana bildi.


Yadınızdadırsa, Schalke ilə oyun barədə öz fikirlərimi yazanda Dortmundun qələbəyə rəğmən fiziki cəhətdən tam hazır olmadığını vurğulamışdım. Aradan 10 gün keçməsinə baxmayaraq Dortmund bu geriliyini aradan qaldıra bilməyib.
Şəkil 1: Dortmundun pressinq sistemini yarmaq Bayern üçün heç də çətin olmadı. Əsas heyətdə topla irəli çıxmağı çox yaxşı bacaran David Alaba və pas bacarığına sahib olan Jerome Boateng kimi mərkəz müdafiəçilərinin olması Bayernə bu məsələdə çox kömək oldu. Fikir verirsizsə, Bayern hücumu sol cinahdan qurmağa çalışır. Top Alabadadı, Davies önə açılır, Gnabry isə mərkəzə meyil edərək Thorgan Hazardı özü ilə aparır və beləcə Daviesin önü açılır.
Jabfooty adlı şəxsin şəkli.

Bundan əlavə Erling Braut Haalandın necə istedadlı və yüksək səviyyədə bitirici xüsusiyyətlərə malik forvard olduğunu hamımız bilirik. Amma bu oyunda Haalandın topsuz oyunda, pressinqdə toplu oyuna nisbətən dəfələrlə zəif qaldığının şahidi olduq. Öz üzərində işləyib bu problemi rahatlıqla həll edə bilər. Əgər futbol tarixində iz qoymaq istəyirsə, bu geriliyini aradan qaldırmalıdı. Çünki müasir futbol hücumçulardan təkcə qol vurmağı tələb etmir.
Şəkil 2: Bayern isə pressinqdə daha hərəkətli, daha sistemli idi. Midpress-dən istifadə etdilər, yəni rəqibin 3 mərkəz müdafiəçisini boş qoydular. Əvəzində Coman Guerreiroya, Gnabry Hakimiyə, Lewandowski və Müller isə Delaney və Dahouda istiqamətlənən pas yollarını bağladılar. Borussia geridən oyun qurarkən mərkəzə çəkilən Julian Brandtı isə Goretzka-Kimmich ikilisi rahatlıqla bağlaya bildi. Brandtın meydanda qaldığı 45 dəqiqə ərzində olduqca effektsiz görünməyinin səbəblərindən biri də bu idi. Belə demək mümkündürsə, Bayernin topsuz oyundakı 4-4-2 sxemi Dortmundun topa sahib olarkən istifadə etdiyi 3-4-3 sxemini üstələdi.
Jabfooty adlı şəxsin şəkli.

İkinci hissədə Lucien Favre Brandt-Sancho və Delaney-Emre Can dəyişiklikləri ilə müəyyən plan dəyişikliyinə getdi. Sancho Brandtdan fərqli olaraq geridən oyun qurarkən mərkəzə çəkilmirdi. Əvəzində Emre Can və Dahoud müdafiənin önündə driblinqlər edərək öz individual keyifyyətləri hesabına komandanı hücuma çıxarmağa çalışırdılar. Bu plan və uzun ötürmələr müəyyən qədər də olsa effekt verdi, amma Dortmund Bayern qapısı qarşısında ehtiyacı olan basqını oyun ərzində, demək olar ki, qura bilmədi.

Hiç yorum yok:

Yorum Gönder

Football of Luxembourg: Surprising development

Luxembourg has 600k population and this country is one of the small countries in Europe. Even so, Luxembourg is playing important role in ...