24 Mayıs 2020 Pazar

Borussia M'Gladbach 1-3 Bayer Leverkusen: Təhlil

Bayer Leverkusen wants to reward Bosz: "There is no pressure"Peter Bosz bu mövsüm taktiki cəhətdən istedadlı və özünü inkişaf etdirməyi bacaran bir məşqçi olduğunu göstərməkdədi. Dünən Bayer Leverkusen səfərdə Borussia M'Gladbachı 3-1 hesabı ilə məğlub etdi.
Start sxemlər:
BMG: 4-2-3-1
B. Leverkusen: 3-4-3


Şəkil 1: Aradakı fasiləyə rəğmən Leverkusenin futbolçuları fiziki cəhətdən olduqca yaxşı göründülər. Şəkildə qonaqlarından pressinq formasını görürük. Dörd 1v1 epizod var, sağ cinahdakı Lainerə top ötürüləcəyi təqdirdə o da Sinkgraven ilə (qırmızı dairə) 1v1-də qalacaq.
Jabfooty adlı şəxsin şəkli.

Şəkil 2: Bayer geridən oyun qurarkən oyunu genişləndirməyi kifayət qədər yaxşı bacarır və BMG-nin pressinqini yara bilir.
Jabfooty adlı şəxsin şəkli.

Şəkil 3: Kai Havertz bu oyuna mərkəz hücumçusu kimi başlamışdı. Amma onun bu oyundakı rolunu "False 9" kimi də adlandırmaq olar (Firminonun Liverpooldakı rolu kimi). Leverkusen oyun qurarkən Havertz müəyyən qədər geriyə çəkilir, cinahlardakı Diaby və Bellarabi də mərkəzə doğru sıxlaşırlar. Belə olan halda komanda 3-4-1-2 tərzində bir sxemə keçir.
Jabfooty adlı şəxsin şəkli.

Şəkil 4: BMG-də Marco Rose ikinci hissəyə taktiki sxemdə dəyişikliklə başladı. Strobl mərkəz müdafiəçilərinin arasına çəkildi, Hofmann mərkəz oyunçularına qoşuldu, Lars Stindl isə sağ cinaha çəkildi. Həmçinin Thuram və Pleanın mövqelərini də dəyişərək 3-4-3 sxeminə keçid etdi. Bunda əsas məqsəd rəqibə eyni sxemlə cavab vermək, bundan əlavə Thuram kimi cəld oyunçu ilə rəqibin müdafiəsini daha rahat yarmaq idi. Doğrudu, Thuram fərqlənə bildi, amma oyun boyu bu gedişin tam anlamıyla işə yaradığını söyləmək olmaz.
Jabfooty adlı şəxsin şəkli.

Leverkusen həm fiziki, həm taktiki cəhətdən daha hazır, daha çox topla oynayan və daha çox qələbə qazanmaq istəyən tərəf idi. Nəticədə də istəklərinə nail oldular.
Kai Havertz mövzusuna toxunmaq istəyirəm. Şəxsi fikrimcə, modern futbolda Kai Havertz tərzində playmakerlərə yer yoxdu. (Həmçinin Mesut Özil və s.) Müasir futbolun tələbi KDB kimi 8 nömrə mövqeyində belə oyun qurmağı üst səviyyədə bacaran futbolçularadı. Amma Havertz mərkəz hücumçusu mövqeyində "False 9" rolunu oynamağını daha da inkişaf etdirə bilsə, gələcəkdə məhz həmin mövqedə kifayət qədər iz qoya bilər.

Hiç yorum yok:

Yorum Gönder

Football of Luxembourg: Surprising development

Luxembourg has 600k population and this country is one of the small countries in Europe. Even so, Luxembourg is playing important role in ...