Ole Gunnar Solskjaer dünən qələbə qazanmaqla çempionatın bir mövsümü ərzində Pep Guardiolanı hər 2 oyunda məğlub etməyi bacarmış 3-cü məşqçi oldu (Antonio Conte və Nuno Espirito Santodan sonra). İlk olaraq onu qeyd etməliyəm ki, Manchester United bu cür oyunları oynamağı çox yaxşı bacarır, hansı ki bu sezon bunun dəfələrlə şahidi olmuşuq.
Manchester United son oyunlarda olduğu kimi bu oyuna da 3-4-1-2 sxemi ilə başlamışdı. Pep Guardiola da öz 4-3-3dən imtina etməmişdi. Qonaqların heyətindəki yeganə qəribə məqam onda idi ki, Phil Foden sağ cinahda, Bernardo Silva isə mərkəzdə çıxış edirdi. Bunu da Pep Guardiolanın İlkay Gündoğan və Rodrinin yanına daha dinamik bir oyunçu ilə başlamaq istəyi kimi anlamaq olar.
Şəkil 1: Yadınızdadırsa, Chelsea - United oyununda da bu tip bir foto var idi. Çox şey dəyişməyib: Həmin oyunda Bruno Fernandes Jorginhonu "bloklamış"dısa, dünən hədəf Rodri idi və bu gediş yenə də uğurlu oldu. Martial və James rəqibin 2 mərkəz müdafiəçisini təzyiq altında saxlamağa çalışır, Wan-Bissaka Zinchenko topu qəbul edəcəyi təqdirdə onunla 1v1-də qalacaq, həmçinin şəklə düşməyən Williams da Cancelo ilə eyni situasiyadadı. Maticin, əsasən, geridə qaldığı United pressinqində Fred isə İlkay Gündoğan ilə 1v1-dədi.
Şəkil 2: Təbii ki, City kimi komandalar üçün 1v1 pressinqi yarmaq bir o qədər də çətin olmamalıdı. Unitedin pressinqi yarıldıqdan sonra Pep Guardiola "false fullback" gedişini işə salır, nəticədə Zinchenko və Cancelo mərkəzə meyil edirdilər. Burda da James v Zinchenko, Bruno v Rodri, Martial v Cancelo "birə-bir"lərini görürük. Manchester Unitedin irəli xətti olduqca ağıllı davranır və rəqibin mərkəz müdafiəçilərinin üzərinə getməyərək mərkəzdə boşluq yaranmasına imkan vermir.
Şəkil 3: Bruno Fernandesin Manchester United üçün nə qədər vacib futbolçu olduğunu, yəqin ki, hər kəs bilir. Nəinki pressinqdə, hətta geridən oyun qurma da portuqaliyalı yarımmüdafiəçinin rolu az deyil. Futbolçunun oyun ərzində göstərdiyi bu "dinamiklik" Manchester Unitedə olduqca çox şey qatır.
Şəkil 4: Bir az Manchester City haqqında da danışaq: City topa sahib olarkən bəzən 3-5-2 sxeminə keçid etdi. Cancelonun Fernandinho və Otamendiyə qoşulmağı ilə arxa "üçlü" ərsəyə gəldi, önlərində Zinchenko - Rodri ikilisi, onların önündə isə İlkay Gündoğan çıxış edirdi. Hücum xəttini Aguero - Bernardo ikilisinin təşkil etdiyi Citydə maraqlısı budur ki, "vinq-bek" rollarını Sterling və Foden icra etməyə çalışırdılar. Maraqlı gediş olsa da, Pep Guardiolanın bu addımı uğurlu alınmadı.
Səmimi olmalıyıqsa, Manchester Citynin PL-ə artıq ciddi yanaşmadığını vurğulamalıyıq. Həmçinin, Pep Guardiola bu oyunda Zinedine Zidane'dan bəzi şeyləri gizli tutmağı da planlaşdıra bilərdi. Amma bütün bunlar bu oyunun prinsipiallığını və Ole Gunnar Solskjaerin Manchester Unitedə qatdığı şeyləri unutmağımıza imkan vermir. Nəzərə almaq lazımdı ki, hələ mövsümün ilk dövrəsində, Citynin çempionluq yarışında olduğu vaxtlarda belə United rəqibini səfərdə məğlub etməyi bacarmışdı.
Hiç yorum yok:
Yorum Gönder