David Wagnerin Schalkesi modern futbolda 4-4-2 Diamond sxemini (və ya 4-3-1-2) yaşadan az saylı komandalardan biridi. Komanda hal-hazırda 36 xalla 6-cı pillədə qərarlaşıb, hansı ki Avropa Liqasına vəsiqə verən bu yeri gənc heyətə malik olan Schalke üçün yaxşı saymaq olar. Almaniya "gegenpressing"in (yüksək pressinq/high-press) vətəni hesab olunur və bu mövsüm bunu ən yaxşı tətbiq edən komandalardan biri də Schalkedi.
Şəkil 1: Bu fotoda Schalkenin 2 forvardı rəqibin 2 mərkəz müdafiəçisini təzyiq altında saxlayır. Mərkəzdə isə 3 Schalke yarımmüdafiəçisi rəqibin 3 futbolçusunu zərərsizləşdirməyi bacarıb (qırmızı dairələr). Sarı dairədəki Caligiuri isə sərbəstdi, Thuram və ya Wendtdən biri topu qəbul edəcəyi təqdirdə onları qarşılamağa hazır vəziyyətdə dayanıb.
Şəkil 2: Bu şəkildə isə Schalkenin topsuz oyunda 4-1-3-2 formatını necə həyata keçirdiyini görürük. Rəqib bu pressinqi yarmaq üçün "üçlü" müdafiəyə keçir, amma Schalkenin aqressiv və əzmli oyunu nəticəsində rəqib istəyinə nail ola bilmir.
Həmçinin, Schalkenin topla oyunu haqqında da danışmaq istərdim. Bəzən Schalke topa sahib olarkən Omar Mascarellin mərkəz müdafiəçilərinin arasına daxil olmasıyla 3-5-2 sxeminə keçir. Bəzən isə David Wagner topla oynayarkən belə 4-3-1-2 sxemini pozmur.
Hiç yorum yok:
Yorum Gönder