
Daniel Farke, əsasən, 4-2-3-1 sxeminə üstünlük verir. Topa sahib olarkən isə hər iki vinqer (Cantwell və Buendia) mərkəzə meyil edir, əvəzində cinah müdafiəçiləri (Lewis və Aarons) hücuma çıxırlar. Nəticədə Norwich hücumda olarkən birdən-birə 2-5-3 sxeminə keçir. Cantwell və Buendianın meydandakı sərbəstliyinə və irəlidəki oyunçu sayını çoxaltmağa hesablanmış bu gediş özü ilə birlikdə bəzi mənfi cəhətlər də gətirir. Müdafiədə verilən boşluqlara görə Norwich bu cür templi futbol nümayiş etdirməyinə rəğmən liqadan düşmək ehtimalı ən çox olan komanda hesab olunur.
Hiç yorum yok:
Yorum Gönder