Ötən həftə Tottenham - Wolverhampton oyununa hər iki komanda 3-4-3 sxemi ilə başlasa da, fərqli pressinq növlərindən istifadə etdilər.
Şəkil 1: Tottenham bu oyunda əksər vaxtlarda 1v1 pressinqdən istifadə etdi. Buna görə də Wolves geridən oyun qurmaqdan imtina etməli oldu. Şəkildə də gördüyünüz kimi Tottenhamın 3 irəli xətt oyunçusu rəqibin 3 mərkəz müdafiəçisini, Harry Winks isə irəli gələrək Ruben Nevesi "bağlamağa" çalışır. Rui Patricio isə məcburiyyətdən topu irəli vurmalı olur, nəticədə komanda topu itirir.
Şəkil 2: Wolves isə pressinqdə, əsasən, mərkəzdə gözləməyə üstünlük verdi. Əsas məqsəd rəqibin mərkəz ikilisini (Lo Celso və Winks) bağlamaq idi. "Qonaqlar" topsuz olarkən mərkəzdə 4v2 üstünlük əldə etdikləri üçün Tottenham daha çox cinahlar vasitəsilə hücuma çıxmağa məcbur qaldı. Oyun ərzində mərkəz hücumçusu kimi çıxış edən Dele Allinin də "saxta 9" kimi geriyə qayıdıb top istəməyi, oyunu qurmağa çalışması da bu mənada Tottenhama kömək olmadı. Wolves həm Lo Celso, həm də Winksi Tottenhamın hücumlarından müəyyən mənada təcrid edə bildi.
Həmçinin, oyun boyunca bəzən Adama Traorenin mərkəzə, Raul Jimenezin isə sağ cinaha çəkilməyi haqqında da danışmaq istərdim. Bildiyiniz kimi Adama Traore daha cəld futbolçudu. Nuno Espirito Winks və Lo Celsoya istiqamətlənən pas yollarını daha yaxşı bloklamaq üçün bu üsula əl atmış ola bilər. Eyni zamanda, topa sahib olarkən də Adama Traore rəqibin ağır saya biləcəyimiz mərkəz müdafiəçisi olan Eric Dier üçün də təhlükə yarada bilərdi.
Hiç yorum yok:
Yorum Gönder