17 Mayıs 2020 Pazar

Borussia Dortmund 4-0 Schalke: Təhlil

Lucien Favre: Schalke'yi 4-0 yenmek mi? Bence gayet iyi | Goal.comTaktika fiziki hazırlıqdan olduqca asılı olan bir məsələdi. Meydandakı yerdəyişmələr, zonaları bağlamaq və s. kimi gedişləri etmək üçün fiziki hazırlıq mütləq hesab olunur. Mövcud vəziyyətdə də futbolçuların fiziki hazırlığı istənilən səviyyədə olmadığı üçün bu dövrdə futbolun taktika rəngarəngliyi cəhətdən kasadlıq yaşayacağını deyə bilərik. Bu gün Bundesliga qaldığı yerdən davam etməyə başladı. Gəlin, Ruhr derbisi ilə başlayaq.



Şəkil 1: Hər iki komanda oyuna 3-4-3 sxemi ilə başladı və hər iki komanda topsuz olarkən 5-4-1 sxeminə keçid edirdi. Şəkildə beşli müdafiənin Dortmund nümunəsini görürsüz, eynilə Schalkedə də vəziyyət bu cür idi.
Jabfooty adlı şəxsin şəkli.

Şəkil 2: Ümumiyyətlə, hər iki komandanın oyun planı və oyunçu profilləri aşağı-yuxarı eynilik təşkil edirdi. İki komanda da bu oyunda "midpress"dən istifadə etməyə çalışdı. Şəkildə Schalke futbolçularının Dortmundun mərkəz ikilisini (Dahoud və Delaney) zərərsizləşdirməyə çalışdırdığını görürük. Doğrudu, qonaqlar bu istəklərinə nail oldular, amma sxemdə cinah oyunçusu kimi göstərilən Julian Brandtın ekstra performansı bu həmləni boşa çıxardı.
Jabfooty adlı şəxsin şəkli.

Şəkil 3: Şəxsi fikrimcə, Julian Brandt bu oyunun ən yaxşısı idi. Bu fotoda Brandtın mərkəzə çəkilib top paylamağa hazırlaşdığını görürük. Oyun içində hər iki cinahda və mərkəzdə göründü, nəticədə 2 məhsuldar ötürmə ilə yadda qaldı. Schalkedə onun gördüyü işi Amine Harit görməli idi, amma mərakeşli futbolçu bunun öhdəsindən gələ bilmədiyinə görə Schalke ilk hissədə topla irəli çıxmaqda olduqca böyük çətinlik çəkdi.
Jabfooty adlı şəxsin şəkli.

Schalkedə David Wagner ikinci hissənin başında Todibo-Burgstaller və Raman-Matondo dəyişiklikləri ilə sxemi 4-3-1-2-ə dəyişdi, amma bu gedişlər onun oyunun əvvəlindəki səhvlərini kompensasiya edə bilmədi. Hariti cinahda, Ramanı isə tək mərkəz hücumçusu kimi oyuna başlatmaq olduqca səhv addım idi, hər iki futbolçu da bu mövqelərə uyğun profildə deyillər. Bu gün Dortmund ideal deyildi, amma Schalke isə idealdan çox uzaq idi. Hər iki komandanın öz formuna nə qədər müddətə və necə qayıdacağını zaman göstərəcək.

Hiç yorum yok:

Yorum Gönder

Football of Luxembourg: Surprising development

Luxembourg has 600k population and this country is one of the small countries in Europe. Even so, Luxembourg is playing important role in ...