20 Nisan 2020 Pazartesi

"Bayern"in gənc ulduzu: "Levandovski ilə oyun tərzlərimiz bir-birinə bənzəyir."

"Bayern Münhen"in gənc hücumçusu Yoşua Zirkzi sabiq forvard Miroslav Klozenin komandanın məşqçi heyətinə qatılma ehtimalı barədə danışıb. Niderlandın "VTBL" televiziyasına müsahibə verən 18 yaşlı hücumçu bunları deyib: "Bu, möhtəşəm olardı. Yeniyetməliyimdən bəri onunla ünsiyyətdəyəm. Onunla kifayət qədər hücumçu məşqlərində iştirak edərək çox şey öyrənmişəm."



Davam edən mövsümdə Yoşua Zirkzi "Bayern"in heyətində parlayan futbolçulardan biridir. Çıxdığı ilk 5 Bundesliqa qarşılaşmasında 5 qolla yadda qalan futbolçu koronavirus pandemiyasına kimi əsas komanda ilə birlikdə məşq edirdi.

"Fors-major situasiyadayıq. Təbii ki, hər kəs üçün çətin haldır, amma bununla mübarizə aparmağa məcburuq. Tezliklə oyunların başlamağını istəsəm də 9 may bunun üçün tez sayıla bilər. Yəqin ki, sezonu tezliklə başa vurmaq istəyəcəklər. Bunun üçün azarkeşsiz oyunlar da keçirməli ola bilərik. Belə bir təcrübə yaşamamışam, amma komanda yoldaşlarım bunun qəribə olduğunu deyirlər.", - deyə Zirkzi bildirib.

Hansi Flik ilə münasibətləri

Zirkzi Flikin ona olan güvənini doğrultmağı bacardı. Flikin müqaviləsini 2023-cü ilə qədər uzatması Zirkzini sevindirməyə bilməz:

"Yenidən oyunlar keçirilməyə başlayanda əldə etdiyim dəqiqələrdə özümü sübut etməyim mənim üçün vacibdir. Əgər oyuna sonradan daxil olaraq dəqiqələr əldə etsəm, bu da öyrənmək üçün mənə kifayət edəcək."

Hal-hazırda "Bayern Münhen"də məşqlər kiçik qruplar formasında keçirilir. Zirkzi Alfonso Deyvis, David Alaba və Robert Levandovski ilə bir qrupdadı. Niderlandlı futbolçu məşq prosesini belə təsvir edib: "Çox yaxşı qrupla məşq edirəm. Hər gün hər şeyin daxil olduğu məşqlərimizi tamamlayırıq. Texniki məşqlər, zərbələr, fiziki məşqlər və s. kimi proqramlarımız var. Levandovskiyə baxıb çox şey öyrənirəm. Necə hərəkət etdiyinə, necə mövqe seçdiyinə diqqət etməyə çalışıram. Oyun tərzlərimiz bir-birinə bənzəyir. Xüsusən də, kiçik qrupda birlikdə işləyəndə daha çox şey öyrənmək mümkün olur və daha yaxşı münasibət qura bilirsiz."

"Həftədə 3 dəfə testdən keçirik və bu günə qədər heç kimin testi pozitiv çıxmayıb. Həmçinin, məşqlər ərzində bir-birimizlə məsafə saxlayırıq və heç bir kontaktımız olmur. Meydandan kənarda da çox az risk alıram. Evdə tək qalıram və hər gün klubun bazasına gəlirəm. Bu ərəfələrdə etdiyim şeylər ancaq bunlardır.




Bütün Avropada olduğu kimi Almaniyada da futbol turnirləri dayandırılsa da, Zirkzi hələ də bu sezon "Bayern" ilə ciddi uğurları hədəfləyir: "Çempionlar Liqasını, həqiqətən də, qazanmaq istəyirik. Bütün komanda bunu istəyir. Amma mövcud vəziyyətin necə inkişaf edəcəyini də müşahidə etməliyik. Ümid edirik ki, hər şey qaldığı yerdən davam edəcək."

Zirkzi: "Narıncı formanı geyinmək mənim arzumdur."

Milli komanda məsələsinə gəldikdə isə Zirkzi dünyaya gəldiyi Niderland millisinin formasını geyinməyi seçib. 2021-ci ildə Avropa Çempionatında iştirak edib-etməyəcəyi barədə verilən suala isə belə cavab verib:

"Xeyr, hələ ki bunun üçün çalışmıram. Məncə, bu məsələ haqqında düşünməli deyiləm. Amma əvvəllər hadisələrin necə sürətlə baş verdiyini də görmüşəm. Narıncı formanı geyinmək mənim arzumdur və hər bir gənc futbolçunun bunun xəyalını qurmağı normaldır."

Zirkzi Hollandiyada dünyaya gəlsə də, valideynləri Nigeriyalıdırlar. Buna görə də Nigeriya Futbol Federasiyası da onu milli komandaya cəlb etmək üçün addımlar atmışdı.


Hiç yorum yok:

Yorum Gönder

Football of Luxembourg: Surprising development

Luxembourg has 600k population and this country is one of the small countries in Europe. Even so, Luxembourg is playing important role in ...