Dünən Pep Guardiola və Carlo Ancelotti PL-da ilk dəfə üz-üzə gəldilər. Oyunun gedişatından gəldiyim nəticələri mümkün qədər şəkillərlə izah etməyə çalışacam:
Şəkil 1: Everton bu oyunun ilk hissəsində keçid oyunundan istifadə etdi. Ümumiyyətlə, yayda Seamus Coleman olduğu halda Evertonun Djibril Sidibeni transfer etməsinə o qədər də anlam verə bilmirdim. Görünən odu ki, Carlo Ancelotti bu məsələyə həll yolu taparaq hər iki oyunçudan da istifadə etmək istəyir. Everton bu oyuna 3-5-2 sxemi ilə başlamışdı. Lakin komanda topa sahib olarkən oyuna mərkəz müdafiəçisi kimi başlayan Coleman sağ cinah müdafiəçisi mövqeyinə çəkilir, Sidibe isə irəli gedirdi. Nəticədə komanda topla oynayarkən 4-2-3-1 sxemindən istifadə edirdi.
Şəkil 2: Top Citydə olarkən isə Evertonda sxem fərqli oldu. Komanda müdafiə olunarkən 3-5-2/5-3-2 sxemlərindən istifadə etdi. Bunda əsas 2 məqsəd var idi:
- Geridə 5 müdafiəçi ilə oynayıb sıxlıq yaratmaq, nəticədə aralıq zonaları (half-spaces) bağlamaq
- İrəlidə 2 hücumçu ilə (Calvert-Lewin və Richarlison) pressinq etmək
- İrəlidə 2 hücumçu ilə (Calvert-Lewin və Richarlison) pressinq etmək
Şəkil 3: Pep Guardiola da bu oyuna öz növbəsində xüsusi gedişlə başladı. Manchester Citynin bu oyunda rəqibinə qarşı 3-4-3 sxemindən yararlanmağa çalışdı. Geridə 3 müdafiəçi ilə (Eric Garcia, Fernandinho, Rodri) oynamağın verdiyi üstünlüklər bunlar idi:
- Rəqibin 2 nəfərlik pressinq sistemini rahatca yarmaq mümkün oldu
- 3 mərkəz müdafiəçisi ilə oynamağı hələ elə də təcrübəsi olmayan Eric Garcianın potensial səhvini siğortalamaq üçün də atılmış addım saymaq olar
- Bu sistem sayəsində Mendy və Cancelo kimi hücumdakı effektliyi yaxşı olan cinah müdafiəçiləri irəlidə daha rahat oynadılar
- 3 mərkəz müdafiəçisi ilə oynamağı hələ elə də təcrübəsi olmayan Eric Garcianın potensial səhvini siğortalamaq üçün də atılmış addım saymaq olar
- Bu sistem sayəsində Mendy və Cancelo kimi hücumdakı effektliyi yaxşı olan cinah müdafiəçiləri irəlidə daha rahat oynadılar
Məğlubiyyətə rəğmən Carlo Ancelottinin Evertonda bu günə qədər gördüyü iş müsbətdi. Çox güman ki, 3-5-2 və 4-4-2 təcrübəli italyan mütəxəssisin Evertonda üstünlük verəcəyi sistemlər olacaq. Bunun üçün də ilk növbədə uyğun transferlərə ehtiyac var.
Hiç yorum yok:
Yorum Gönder