29 Aralık 2019 Pazar

Ralf Hasenhüttl: Almaniya və İngiltərə arasındakı fərqlər, "Bayern" və digər top klublar barədə..

"Kim 0:9-dan sonra həyatda qalsa bütün qorxularını itərər"

Niyə Bundesliqa Top klubunu Premyer Liqada qalmaq üçün oynayan komandaya dəyişdi? Ralf Hasenhütlla Premyer Liqa və üstünlükləri, tarixi məğlubiyyət və başqa məsələlər barədə söhbət.





52 yaşlı Ralf Hasenhüttl boz rəngli idman geyimiylə "Sauthempton"un bazasında yerləşən ofisində əyləşib. Artıq 1 ildən çoxdur ki, onun həyatı burada davam edir.

O, hər səhər bura gəlir və axşam gec saatlara kimi burada olur. Dediyinə görə bir azdan Yeni il hədiyyələrini klub işçilərinə təqdim edəcək. Onun komandası artıq 2 ildir ki, liqadan düşməmək üçün mübarizə aparır və ənənəvi "Boksinq dey"də 26 dekabrda "Çelsi" ilə üz-üzə gələcəklər.

Jurnalist: Cənab Hasenhüttl, "Sauthempton"a gəldiyinə görə peşmansız?

Ralf: Qətiyyən yox. Mən hara gəldiyimi bilirdim.

Jurnalist: Siz Bundesliqada çempionluğa oynayan bir komandada idiz, amma indi Premyer Liqada qalmaq üçün oynayan komandada işləyirsiz. Bu sezon indiyə qədər hələ ki, 5 qələbəniz var.

Ralf: Təbii ki, tez-tez qələbə qazanmaq daha gözəl olar. Amma dünyanın hardasa ən çətin liqasında işləmək şansı əldə etmək və bir klubun inkişafında iştirakçı olmaq da əyləncəlidi. Premyer Liqada işləmək şansı qazanmaq mükafatdı. Belə bir təklif gələndə əldən qaçırmamalı olduğumu bilirdim.

Jurnalist: Bu liqanı maraqlı edən şey nədir?

Ralf: Futbol İngiltərədə yüksək səviyyəyə və fərqli futbol ənənələrinə sahibdir. Burada fərqli baş məşqçi tipləri və münasibətlər mövcuddur. Əgər Pep Quardiolanın "Mançester Siti"sinə qarşı oynayırsızsa 20% topa sahib ola bilirsiz. Yox əgər rəqibiniz Yürqen Kloppun "Liverpul"udusa, topu itirsəz sizin üçün yaxşı olmayacaq. Digər rəqiblər də sizə qarşı yaxşı futbol sərgiləməyə çalışırlar. Hər rəqib başqa cür oynayır, amma hər biri bunu yüksək səviyyədə icra edirlər.

Jurnalist: Almaniyada belə deyildi?

Ralf: Əksər məşqçilər ilk növbədə diqqətlərini topsuz oyunda yaxşı təşkilatlanmağa yönəldirlər. Xüsusən də, kiçik klublarla böyük klublardan bu cür xal ala bilərsiz. Biz bunu "İnqolştadt"da etmişdik. Amma hal-hazırda Bundesliqa olduqca bərabər səviyyədə davam edir, bu, nadir görülən bir şeydi.

1967-ci il təvəllüdlü Ralf Hasenhüttl Premyer Liqa tarixindəki ilk avstriyalı baş məşqçidi. Keçən ilin dekabr ayında "Sauthempton"a gətiriləndə komanda 15 oyundan sonra 9 xalla sondan ikinci yerdə qərarlaşmışdı. Ralf komandanı liqada saxlamağı bacardı. Onun məşqçilik karyerası "Unterahinq" komandasına başlamışdı. Ardınca "Aalen" ilə 3-cü və 2-ci liqalarda, "İnqolştadt"la isə Bundesliqada mübarizə aparmışdı. "RB Laypsiq"lə isə 2017-ci ildə "vitse-çempion" olmağı bacarmışdı.


Jurnalist: Premyer Liqada sizi ən heyrətləndirən baş məşqçi kimdi?

Ralf: Quardiola və Klopp mənə görə zirvədədilər.

Jurnalist: Klopp artıq 4 ildən çoxdur ki, "Liverpul"dadı. İlk iki ili bir o qədər də uğurlu olmadı, amma sonradan sıçrayış edib dünyanın ən yaxşı komandalarından birinə çevrildilər. Niyə?

Ralf: Yürqenin komandanı dəyişdirmək üçün zamana ehtiyacı var idi. Vaxt olduqca lazımlı olan pul kimidi. Açığı, o, heyətin səviyyəsinin necə olduğunu və hədəflərə necə çata biləcəyini bilirdi.

Jurnalist: "Liverpul"a qarşı oynamaq necədi?

Ralf: Tez-tez onların da müdafiəsiz olduğunu düşünürsən. Amma sonda qalib gəlməyi bacarırlar, çünki sona doğru çoxlu fürsətlər əldə edə bilirlər. Bir də, irəli "üçlük"ləri (Mane, Firmino, Salah) müqayisə olunmazdırlar.

Jurnalist: Təxminən, 1 ildi buradasız. "Sauthempton"dakı ən yaxşı anınız hansı olub?

Ralf: İlk qələbəmizi yaxşı xatırlayıram, "Arsenal"ı 3:2 hesabı ilə məğlub etmişdik. Bu çox vacib idi, çünki Top 6 komandasına qarşı oynayırdıq. Bu qələbədən sonra komanda yenidən özünə inanmağa başladı. Amma bundan da önəmlisi "Lester"lə oyuna verdiyimiz reaksiya gülünc səslənirdi.

Jurnalist: "Sauthempton"un "Lester Siti"yə 0:9 hesabı ilə uduzmağı PL-dakı ən böyük hesablı məğlubiyyət kimi tarixə keçdi..

Ralf: Həmin gün heç vaxt olmadığı qədər pis idik. Amma biz sonra öz yolumu yenidən tapa bildik. Bu, həyatımdakı ən vacib təcrübə oldu.

Jurnalist: 0:9 hesabı ilə məğlub olan komandaya nə demək olar?

Ralf: Həqiqəti. Biz bu məsələ ilə mübarizə aparmağa məcbur idik. Əksəriyyət bu nəticəni xatırlayacaqdı, amma necə reaksiya verəcəyimiz vacib idi. Komanda bu vəziyyətdən çıxacağına inanmalı idi. Biz sonra dünyanın ən yaxşı komandalarından biri olan "Mançester Siti" ilə 2 dəfə qarşılaşmalı idik. Hər iki oyunda da məğlub olduq, amma ikinci oyunumuzda xüsusi nələrsə var idi. (Liqa kubokunda 1:3, PL-də 1:2). Qısa zamandan, milli komanda fasiləsindən sonra 3 oyuna 7 xal toplamağı bacardıq.

Jurnalist: 0:9-dan sonra özünüzdən şübhə etdiniz?

Ralf: Kim etməzdi ki? Biz uğursuzluğa düçar olmuşduq. Amma məşqçinin ilk işi doğru istiqaməti tapmaq olmalıdı. Komanda yenə birlik nümayiş etdirdi - bu, valeh edici idi. Biz bu sezon da liqada qalacağımıza inandıq.

Jurnalist: Gözləntilər başqa cür idi. İşinizi itirməklə bağlı qorxunuz var idi?

Ralf: Kim 0:9-dan sonra həyatda qalsa bütün qorxularını itirər. Bu günə qədər mənə dəstək göstərilməyi sevindiricidi. Klub da bizim situasiyamızı realist şəkildə qarşıladı.

Jurnalist: Taktiki cəhətdən yaxşı səviyyədə olduğunuza görə keçmişdəki güclü rəqiblərə qarşı müqavimət göstərə bilmisiz. Bəs bu İngiltərədə niyə alınmır?

Ralf: Almaniyada 2 və ya 3. liqada işləməklə Premyer Liqada işləmək arasında fərqlər var. "Aalen" və "İnqolştadt"da ilk ilimizdə liqada qalıb, nisbətən kiçik büdcəylə heyətdə dəyişikliklər edə bilirdik. Amma İngiltərədə daha çox büdcəyə ehtiyac var və növbəti sezon üçün heç bir zəmanət yoxdu.

Jurnalist: Artıq 1 ildən çoxdur ki, "Sauthempton"dasız..

Ralf: Hər şeyin daha sürətlə keçməyini arzulayıram. Premyer Liqadakı ən böyük problem hər rəqib futbolçunun yüksək keyfiyyətə sahib olmağıdı. Oyun ərzində onların zəif cəhətlərini üzə çıxarmaq üçün 1, ya da 2 şansınız olur. Oyunlara yaxşı hazırlaşsanız belə məğlub ola bilirsiz. Buna görə də səbrli olmalıyıq.

Jurnalist: Komandanızın inkişafı barədə danışdıq. Bəs siz? Ralf Hasenhüttlün çatmaq istədiyi yer haradı?

Ralf: Mən sistemli şəkildə futbol oynamaq istəyirəm, amma sadəcə bir cür yox. "Liverpul"a diqqət edin. Yürqen bir yerdə topa sahib olmağın onun fəlsəfəsi üçün vacib olduğunun fərqinə vardı. Müasir futbolda sadəcə 1 plan kifayət etmir, ən yaxşı komandalar hər planı yerinə yetirməyi bacarırlar.

Jurnalist: Başqa bir nümunəniz var?


Ralf: "Mançester Siti"ni götürək. Onlar hamıya inandırıblar ki, istənilən rəqibi topsuz qoya bilərlər. Bundan başqa "Siti" topsuz oyunda da olduqca yaxşıdı. Əgər "Gegenpressinq"i yaxşı icra eləsəz, topu da tez əldə edəcəksiz. Bununla da müdafiənizin öndə olmağı sizin üçün problem olmayacaq.

Jurnalist: 2018-ci ilin başlanğıcından adınız "Bayern Münhen"lə hallanırdı. Bu komandanın baş məşqçi postuna namizədlərdən biri idiniz, amma özünüzü hazır hiss etmədiyinizi dediz.

Ralf: Həmin vaxtki fikirlərim indi də dəyişilməyib. "Bayern" Almaniyada istənilən məşqçi üçün zirvə sayılır. Amma əgər şəxsi inkişafınızın son mərhələsindəsinizsə, "Bayern"də işləmək məntiqli sayıla bilər. Bu komandada işləmək hər məşqçi üçün ən cəlbedici hədəf sayıla bilər.

Jurnalist: Bunu izah edə bilərsiz?

Ralf: "Bayern" məşqçisi tanınmaq üçün nələr qazanmalıdı? 2 kubok? Bu da heç kifayet deyil. Biz Niko Kovacı nümunə göstərə bilərik. Çempionlar Liqası? Doğrudu. İnsanlar ilk növbədə onun uğurlu olub-olmadığını sorğulayırlar. Amma ona inkişaf üçün yetərli vaxt verilmişdi?

Jurnalist: Quardiola da Mançesterdə eyni şeyi yaşadı. İki mövsümdə 100 və 98 xal toplamağına rəğmən insanlar Çempionlar Liqasını qazanmadığına görə onu tənqid edirlər.

Ralf: Top səviyyədə olan klublar üçün bu olduqca normaldı. Uğur qazanırsansa, bu belə də olmalıdı. Yox əgər uğursuz olursa bu faciə hesab olunur. Hər məşqçi belə işləyib-işləyə bilməyəcəyini müəyyənləşdirməlidi.

Jurnalist: Qələbələr və titullar profesional futbolla əlaqədərdi?


Ralf: Qələbələr həmişə olmalıdı, amma titullar bir o qədər də vacib deyil. Mənə görə keçən sezon "Sauthempton"la liqada qalmaq titula bərabər idi. Əzmli olan məşqçi hər zaman yeni hədəflər müəyyənləşdirməli və mümkün olan inkişafa çatmaq üçün kiçik də olsa addımlar atmağı bacarmalıdı.

Jurnalist: Əgər müqavilə bağladığınız günə geri qayıtsaydız, özünüzə nə məsləhət görərdiz?

Ralf: Məşqçilik karyeranın bu günə qədər olan ən maraqlı vaxtları səni gözləyir. Bundan zövq al.

Hiç yorum yok:

Yorum Gönder

Football of Luxembourg: Surprising development

Luxembourg has 600k population and this country is one of the small countries in Europe. Even so, Luxembourg is playing important role in ...