23 Aralık 2019 Pazartesi

Ralf Ranqnik: Skautinq, məşqçilik, "Mançester Yunayted" və başqa məsələlər


Ralf Ranqnik "Sky Sports"a verdiyi müsahibədə "Red Bull"da tutduğu "İdman və inkişaf departamentinin rəhbəri" vəzifəsi, məşqçiliyə geri dönüşü və İngiltərədə işləmək ehtimalı haqqında danışıb.


Mayın 25-də Ranqnik "RB Laypsiq"lə sağollaşdı. Onun arzusu "Laypsiq"ə titul qazandıraraq getmək olsa da, bu, elə arzu olaraq da qaldı. Ranqnikin komandası Almaniya kubokunun finalında "Bayern Münhen"ə 0-3 hesabı ilə məğlub oldu.

O gündən bəri 61 yaşlı mütəxəssis olduqca dəyişilib: O, onu əvəz edənlər Yuliyan Naqelsman (baş məşqçi) və Markus Kröşe (idman direktoru) üçün intizamlı, qaydalı bir klub qoyub getdi və özünü yaydan bəri başqa işə həsr etdi.

Ralf Ranqnik "Red Bull"dakı rolu haqqında:

7 il əvvəl burada işə başladım. İlk 3 ilimdə 2 komandada birdən "idman direktoru" kimi fəaliyyət göstərirdim, amma 2015-ci ildə bütün diqqətimi "Laypsiq"ə yönəltmək qərarına gəldim. Çünki, 2-ci Bundesliqada mübarizə aparırdıq və Bundesliqaya çox yaxınlaşmışdıq. Həmçinin, 2 klubda eyni vaxtda "idman direktoru" olmağım komandaları bir-birlərinə bağlayırdı. Biz isə komandaların bir-birlərindən asılı olmaqlarını istəmirdik. Elə bu səbəblərə görə də, vaxtımı "Laypsiq"ə ayırmağa başladım.

...sirr, istedadlı futbolçular və onları inkişaf etdirmək

Təbii ki, ilk olaraq "skautinq departameninti"nin keyfiyyəti önəmli rol oynayır. Siz bəzi futbolçuları öyrətdiyiniz kimi doğru skautları da tapıb inkişaf etdirməlisiz. Təməldə bizim oyun sistemimiz dayanır. Hər mövqe üzrə bizə uyğun və transfer edə biləcəyimiz ən yaxşı oyunçunu tapmalıyıq. Bizim hər pozisiya üçün tələblərimiz mövcuddu, skautlar idman direktoru ilə birgə oyunçular tapmalı və ən yaxşı qərarları almalıdılar. Digər bir məsələ isə "zəka", yəni, "zehniyyət"dir. Ən yaxşı oyunçuya sahibsizsə, bu yenə də zəka ilə bağlıdı. Mənə görə zəka şəxsiyyətin istedadıdı. Əgər zəkalı olmağı bacarsan, uğurlu ola bilərsən.

... "Laypsiq"in yeni baş məşqçinin onun fəlsəfəsini davam etdirməli olub-olmadığı haqda:

Xeyr. O, eyni futbol fəlsəfəsinə, eyni oyun stilinə sahib olduğunu əvvəlki komandasında göstərməliydi. Biz hansısa məşqçinin gəlib öz stilinin uyğun olub-olmadığını göstərməyini gözləmək üçün hazır deyildik. O, bunu əvvəldən nümayiş etdirməliydi.


...onun köhnə kəşfləri Keita, Firmino, Mane və Matipin "Liverpul"da, Yürqen Kloppla birgə işləmələri barədə:


Bu, qətiyyən təsadüf deyil. Hər 4 oyunçu da əvvəllər mənimlə işləyiblər. O (Klopp), eynilə bizim kimi eyni xüsusiyyətlərə, eyni oyun tərzinə uyğun olan futbolçular axtarır. Avropanın "Top klub" məşqçilərinin mənim köhnə oyunçularımla işləməkləri mümkündü.





Yuliyan Naqelsmanın məsuliyyətləri..



Naqelsmanı "Hofenhaym"da işlədiyim vaxtlardan tanıyıram. O vaxtlar o, U16 komandasında məşqçi idi. Həmçinin, Marko Roze ilə də "RB Salzburq"da birgə işləmişəm. Amma Yuliyanı onun 22-23 yaşlarından tanıyırdım. Ralf Hasenhütl "Laypsiq"i tərk edəndən sonra gələcək üçün öz strategiyamızı qərarlaşdırmalıydıq. Biz, həqiqətən də, Naqelsmanı gətirməyi çox istəyirdik və onunla 1 il daha gözləmək barəsində razılaşdıq. Oyunçuların hər birini tanıyırdım, çünki onları komandaya mən gətirmişdim. Bu seçim mənim üçün riskli sayılsa da, "Laypsiq" üçün ən yaxşı həll yolu idi.

...Meydanın kənarına geri qayıdışı haqqında:

Karyeramın böyük hissəsində baş məşqçi olmuşam və geriyə dönüb baxdığımda uğurlu olduğumu deyə bilərəm. Komandanın inkişafı ilə məşğul olmaq və ya idarə etmədə iştirak etmək - hər ikisi ilə də məşğul olmaq istərdim, amma bu klubdan asılıdı. Hal-hazırda gördüyüm işdən xoşbəxtəm. Klubun inkişafında, komandaya yeni oyunçuların gətirilib-inkişaf etdirilməsində mənə yenidən ehtiyac duyularsa, daim kömək etməyə hazıram. Təbii ki, heç bir pul qarşılığı olmadan.

İngiltərədəki iş imkanları:

Onu demək istərdim ki, Almaniya özümü təqdim etməkdə, işləməkdə çətinlik çəkməyəcəyim bir ölkədi. Çünki, dil problemi ilə üzləşməyəcəm. Dil məsələsi haradasa işləmək üçün mənə görə çox vacibdi. Milli komanda işini istisna edə bilərəm, amma "Top-5" liqalardan birində işləyirsizsə, dil probleminiz olmamalıdır. Almaniya və İngiltərədə, bu, mənim üçün problem olmaz, amma digər ölkələrdə baş məşqçilik etməli olsam ilk növbədə dil qabiliyyətim üzərində işləməliyəm. Amma gənc olub İngiltərədə təhsil alsaydım, birbaşa dil öyrənməyə başlayardım və heç bir dil problemim olmazdı.

"Mançester Yunayted"lə adının hallanması barədə:

Bunlar sadəcə şayiələr idi. "Yunayted"lə heç vaxt danışıqlarım olmayıb, futbolda bu cür spekulasiyaların olmağı normaldı. Bəzi alman klublarından təkliflər var idi, amma dediyim kimi: Hal-hazırda "Red Bull"dakı işimdən razıyam.

Hədəfləriniz ingilis futboluna uyğundu?

"Red Bull"la birgə işlədiyim geridə qalan 7.5 il olduqca uğurlu oldu. "Laypsiq"lə çatmağı bacardığımız yerlər çox möhtəşəm idi, amma heç kim nələrin baş verdiyini bilmir. Gələcəkdə doğru zaman və doğru klubdan təklif gəldiyi halda dəyərləndirə bilərəm. Lakin bu baş verməsə, yenə də həyatıma olduqca razı şəkildə davam edəcəm.

Bir vaxtlar İngiltərə millisinə baş məşqçi təyin olmaq ehtimalı haqqında:

Mən o vaxt müsahibəyə gələ bilib-bilməyəcəyimi soruşdum. Təbii ki, "Red Bull" rəhbərləliyindən də icazə almışdım və onlar da bunu edə biləcəyimi demişdilər. Düşünürəm ki, onlar sonda Sam Əlerdays və mənim aramda seçim etməli oldular. İngilis məşqçini seçməkləri olduqca normal idi.

1.5 ildən sonra "Red Bull"la müqaviləniz bitəndən sonra nə edəcəksiz?

"Hoffenhaym"dakı 6, "Red Bull"dakı 8 ilim olduqca uğurlu oldular. Hər iki komandanın inkişafında rol oynadım. Baş məşqçi kimi də, idman direktoru kimi də. Başqa bir klubdan təklif gəlsə, yenə də onları inkişaf etdirmək üçün əlimdən gələni edəcəm. Ya sadəcə baş məşqçi, ya da sadəcə idman direktoru kimi çalışmaq komandaya verə biləcəklərimin sadəcə 50%-ni verə biləcəyim anlamına gəlir.

"RB Laypsiq"in titul hədəfləri barədə:

Biz 3 il ərzində iki dəfə Çempionlar Liqasında, 1 dəfə isə Avroliqada çıxış etmək hüququ qazandıq. Bu olduqca çətin idi, amma Avrokuboklara yüksəlməyi bacardıq. Bu mövsüm də buna nail olsaq, 4 il ərzində 3 dəfə ÇL-də çıxış etmiş olacağıq. Amma təkrarlayıram: Vitrində sadəcə gümüş mükafatlarımız var və əgər bu sezon titul qazana bilmək imkanımız varsa, buna nail olmağa çalışacağıq.



Hiç yorum yok:

Yorum Gönder

Football of Luxembourg: Surprising development

Luxembourg has 600k population and this country is one of the small countries in Europe. Even so, Luxembourg is playing important role in ...