"Pressinq modern futbolda taktikanın ən vacib hissəsidi." desək, yanılmış olmarıq. Arsenal - Manchester United oyununda ev sahibləri ilk hissədə daha çox topa sahib olan tərəf olsalar da, öz pressinq sistemlərini də nümayiş etdirə bildilər:
Şəkil 1: Arsenal bu oyunda "midpress"dən istifadə etdi. Yəni, rəqibin mərkəz müdafiəçilərinin üstünə getmədilər və onlara topla oynamaq imkanı verdilər. Əvəzində isə onların potensial pas variantlarının qarşısını almağa çalışdılar. Birinci şəkildə Aubameyang Wan-Bissakanı, Xhaka Lingardı, Lacazette Fredi, Özil Matici, Pepe isə Shaw'u zərərsizləşdirməyi bacarıb. Nəticədə mərkəz müdafiəçiləri - Maguire və Lindelöf uzun ötürmələrdən istifadə etməyə məcbur qalırlar, bunun da müasir futbolda əksər komandaların prioritet variantı olmadığını bilirik.
Şəkil 2: Vəziyyətin belə olduğunu görən Ole Gunnar Solskjaer nəyisə dəyişməli idi və etdi də. Geridən oyun qurarkən Maticin geriyə çəkilməyi ilə United 3 mərkəz müdafiəçili sistemə keçdi. Lakin Lingard geriyə - Fredə köməyə gəlmədiyi üçün United mərkəzdə yenə Arsenala məğlub oldu və uzun ötürmələrdən istifadə etməyə məcbur qaldı.
Hiç yorum yok:
Yorum Gönder