23 Eylül 2018 Pazar

Praktikantlıqdan İdman direktorluğuna: Jonas Boldt



Leverkusen, Almaniya – Jonas Boldt’un gördüyü çətinlik bundadı ki, futbolun artıq bir sirri qalmayıb: bilinməyən bir ərazi qalmadı, heç bir cəvahirat artıq gizli deyil.

Məsələn, öz karyerasını müsbət mənada dəyişdirən zərbənin – uşaqlıq klubunda praktikantdan idman direktorluğuna qədər yüksəlməyinin də o qədər də sıxlıqla baş verən hal olmadığını bilir. Dünya çox dəyişdi, kiçik oldu, həmçinin də məşğul.


Boldt 2007-ci ildə Biznesin idarə olunması və İdman menecmentliyi üzrə magistr təhsilini bitirib, Bayer Leverkusen’də 2 təcrübə keçəndə hələ 20-li yaşlarının ortalarındaydı. Bundan sonra o, Cənubi Amerikada vaxt keçirməyə qərar verdi: Başqa bir dil öyrənmək və bir az da həyat təcrübəsi qazanmaq məqsədilə.

Leverkusen’dəki əsas vəzifəsi klubun maraqlandığı oyunçular haqqında məlumatları hazırlamaq idi və bunu klubun o vaxtki İdman meneceri Michael Reschke’nin diqqətini kifayət qədər cəlb edəcək qədər yaxşı edirdi.

Boldt kluba Buenos-Ayresə köçəcəyini bildirəndə Reschke ordakı oyunçuları izləmək üçün kiçik maddi yardım edə biləcəklərini ona bildirdi. Boldt növbəti 6 ayı səhərlər 4 saat ispanca dərsi alıb, axşamlar oyunları izləməklə keçirdi.

Eynilə Braziliya kimi Argentina da Avropa klubları üçün ov məkanı sayılır. Bu ölkədə yetəri qədər skaut və menecerlər fəaliyyət göstərir. Hamısı “Yeni dünya”dan bəzi şeyləri götürüb “Köhnə dünya”ya satmağa ümid edirlər.

O zamanlar yenə sirrlər var idi, başqaları tərəfindən görülməyən məkanlar mövcud idi. 2007-ci ildə Boldt Cənubi Amerikanın U20 Çempionatını izləmək üçün Paraqvayın paytaxtı Asunsona gedir. Ona sol cinah müdafiəçisinə diqqət etməsi tapşırılmışdı, amma onu enerji dolu bir çilili yarımmüdafiəçi təsirləndirdi.

Boldt rəhbərlərini Çiliyə gətirməkdə israr etdi. Və Colo-Colo’nun oyununda həmin yarımmüdafiəçini izləyən Leverkusen’lilər Boldt’un bu qərarıyla razılaşdılar. 6 aydan sonra Leverkusen tam şəkildə razılaşmanı həll etdi və Boldt Düsseldorf havalimanında Arturo Vidal’ı qarşılamaq üçün gözləyirdi.

Vidal Juventus, Bayern Münich kimi klublarda çıxış etdi və hal-hazırda Barcelona’nın formasını geyinir. Boldt 2 ildən sonra Skautinq departamentinin rəhbəri təyin olundu. 2014-cü ildə Reschke’ni İdman menecerliyi vəzifəsində əvəz etdi. Və bu yay öz səyahətini tamamladı: Praktikant olaraq gəldiyi klubda 36 yaşında İdman direktoru vəzifəsinə qədər yüksəldi. Bunu özünün “kiçik arzusu” olaraq adlandırdı.

Boldt Bundesliga’dakı “Gənclik inqılabı”nın nümunələrindən biridir. Joshua Kimmich, Julian Brandt kimi gənc futbolçular, Julian Nagelsmann və Domenico Tedesco kimi gənc məşqçilər də bu inqılabda əsas pay sahibi olan şəxslərdi. Alman futbolu öz gənc istedadlarını artıq meydanda və ya texniki zonadan əlavə olaraq ofisdəki pərdə arxasında da artırmağı planlaşdırır.

Bayer Leverkusen kimi komandada Boldtun rolu çox vacibdi. Leverkusen’in gözəl stadionu olan BayArena’da verdiyi müsahibədə “Çempionlar liqasına qatılmaq üçün büdcəmiz kifayət qədərdi, amma bəzi illərdə bunu edə bilməyəcəyimizi bilirik” dedi.

Bütün sponsorlara və s. rəğmən Bayer Leverkusen balansı qorumaq üçün bəzi əsas oyunçuları satmaq məcburiyyətində qalır. Bu yay qapıçıları Bernd Leno’nu 28 milyon dollara Arsenal’a satan Bayer’də Boldt’un əsas vəzifəsi işlərin yolunda getməyi üçün daim yeni bir istedad tapmaqdır.

İstedadlı oyunçuları üzə çıxarmaq baxımından Almaniyada qızıl standart olaraq görülən Bayer Leverkusen son illərdə Vidal’dan əlavə olaraq Andre Schürrle, Son Heung-Min, Hakan Çalhanoğlu, Emre Can və Kevin Kampl kimi oyunçulardan kifayət qədər yaxşı gəlir əldə etməyi bacarıb.

Yenə hər uğurdan sonra onu təkrarlamaq daha da çətinləşir. Yeni bazarları “su basır”, yeni bölgələr “batır”. Vidal transferin sonra da eyni şey oldu. Boldt “Hal-hazırda hər kəs Çilini izləyir” dedi.

Digərlərini üstələmək üçün Boldt rəqibləri ilə oyunçulara görə rəqabətə girməkdən daha fərqli bir taktika seçdi. Diqqətini istedadlı futbolçulardan çox bu sahədə istedadlı olan insanlara tərəf yönəltdi. Nəticədə Bayer Leverkusen onun rəhbərliyi ilə bir skaut yetişdirmə məktəbinə çevrildi.

Boldt’un fikrinə görə skautinq sonradan əldə edilə biləcək bir istedaddı. Kiminsə potensiallı bir gənc oyunçu haqqında fikir bildirməsi, onu analiz etməsi heç bir xüsusi bacarıq tələb etmir. Almaniya eynilə məşqçilikdə olduğu kimi skautinqdə də “keçmiş futbolçular bu sahədə daha bacarıqlıdı” fikrini məhv etmək üzrədi. Boldt hər zaman skautinqin, demək olar, hamının öyrənə biləcəyi bir şey olduğunu deyir.

“Bunun üçün heç bir xüsusi kriteriya yoxdu” -, deyə Boldt bildirir. “Biri daha alt səviyyədə futbol oynaya bilər, biri oxuya bilər, biri universitet tələbəsi ola bilər. Vacib olan əzmkar və istedadlı biri olmağıdı.”

Klubun Köln İdman Universiteti ilə əlaqələri var. Əsasən, Boldt kimi yeni gələnlər praktikant olaraq işə başlayırlar. Boldt: “Onların hər birinə çox kiçik işlər verdik. Heç bir söz vermədik, iş təklifi etmədik. Hamısına sadəcə bir şans verdik.” Hansı ki bu şans 15 il öncə Boldtun özünə verilmişdi.

“Qapıları aça bilərik. Ancaq bu qədər. Öyrənmək üçün təkrar-təkrar suallar verən sədaqətli insanlara ehtiyacımız var.”

Jonas Boldt’un il ərzində 250 oyunu canlı izlədiyi, hardasa hər həftə Avropadan Cənubi Amerikaya səyahət etdiyi dövr var idi. “Oyunları canlı izləmək onu daha yaxşı anlamağa kömək göstərir. Amma biz bunu sadəcə iş olaraq görən birini istəmirik.”

Skautinq üçün artıq ən önəmli olan şey səyahət deyil. Wyscout kimi platformlar sayəsində insanlar oturduqları yerdən futbolçuları rahatlıqla izləyə bilirlər. Boldt’un skaut komandasında 10 nəfər var və klubun bütün potensial transferləri haqqında yaxından maraqlanırlar. Amma bu komandanın ən önəmli vəzifəsi məşqçilər, menecerlər və oyunçular arasındakı vacib bağı yaratmaqdı.

Boldt’un da Cənubi Amerikada olduğu müddətdə gördüyü iş bu idi. Məqsədi Vidal’ı Bayer’ə transfer etməkdən əlavə onu xarakterli bir oyunçu kimi yetişdirmək idi. Buna görə də Boldt Arturo Vidal’ı havalimanında qarşıladıqdan sonra onu öz evinə aparır və 20 yaşlı çilili 1 il boyunca Boldt’la bir evdə yaşayır.

O, skautluğun xüsusi bir istedad olduğuna inanmır. “Skautlar istehsal olunur, onlar dünyaya skaut olaraq gəlmirlər.”

Bu ilin əvvəlində Bayern Münich Bayer Leverkusenin baş skautu Laurent Busseri transfer etdi. Onu bir vaxtlar futbolçu kimi aşağı liqada çıxış etmiş Claus Costa əvəz etdi.

Busser Bayern’də fəaliyyət göstərən yeganə köhnə Leverkusen’li deyil. Almaniya çempionlarının skaut komandasının rəhbəri olan Marco Neppe də 2014-cü ilə qədər Leverkusen’də çalışıb. Futbolçu kimi sadəcə aşağı liqalarda çıxış edən Neppe Bayer Leverkusen’də Boldt’un yaratdığı şərait sayəsində öz bacarığını ortaya qoymuşdu.

Artıq skautlar üçün bu iş daha da çətinləşib. Dünya çox kiçik və çox açıqdı. Təəssüf ki, oyunçu axtarışında olan insanlar üçün çox az sayda kəşf edilməmiş yerlər qalmaqdadır.

Müəllif: Rory Smith (The New York Times)
Tərcümə: Cəbrayıl Qəmbərov

Hiç yorum yok:

Yorum Gönder

Football of Luxembourg: Surprising development

Luxembourg has 600k population and this country is one of the small countries in Europe. Even so, Luxembourg is playing important role in ...