Futbolda
“taktika” deyəndə ağıla ilk gələn xalqlardan biri, bəlkə elə birincisi
italyanlardır. Nizam-intizam deyəndə isə, şübhəsiz ki, almanlar yada düşür.
İtalyanların taktiki cəhətdən necə olduğunu göstərmək üçün Arrigo Sacchi,
Maurizio Sarri, Conte, Allegri kimi məşqçilərin adlarını çəkmək kifayətdi. Amma
italyan taktikası ilə almanların disiplinasının vəhdəti, yəqin ki, əksəriyyətə
maraqlı gələr. Müasir futbolda bu vəhdətdən istifadə etməyən çalışan
ən tanınmış mütəxəssis kimi Domenico Tedesco’nun adını çəkmək olar. Əslinə qalsa, o da elə də çox tanınmır.
ən tanınmış mütəxəssis kimi Domenico Tedesco’nun adını çəkmək olar. Əslinə qalsa, o da elə də çox tanınmır.
1985-ci
ildə İtaliyanın cənubunda yerləşən Rossano şəhərində dünyaya göz açan Domenico’nun
valideynləri övladlarının 2 yaşı olarkən Almaniyaya köçməyə qərar verirlər. Atasının
yazıçı olaraq işlədiyi Eßlinger Zeitung adlı qəzetin idman üzrə bölməsində
təcrübə toplayan Tedesco peşə təhsilini “topdan və xarici ticarət üzrə tacir”
olaraq tamamlamış, Sənaye Mühəndisliyi üzrə Bakalavr və İnnovasiya idarəetməsi
üzrə Magistr təhsili almışdır. Almaniyanın məşqçilik məbədi hesab olunan Hennes
Weisweiler Academy’ni “ilin ən yaxşısı” kimi tamamlayan Domenico məşqçilik
karyerasına Stuttgart’ın gənc komandasında Thomas Schneider’in köməkçisi kimi
başlamışdır. Stuttgart’ın U17, Hoffenheim’ın gənc və U17 komandasında baş
məşqçi işləyəndən sonra ilk əsas komanda təcrübəsi olan 2. Bundesliga komandası
Erzgebirge Aue tərəfindən təklif alır. Domenico Tedesco 8 mart 2017-də baş
məşqçi postuna gətiriləndə komanda liqada son pillədə idi, ilk 5 oyununda 13
xal toplamağı bacaran məşqçi sonda 14-cü yeri tutaraq komandanı liqada
saxlamağı bacardı. Tedesco 30 iyunda Aue’dən ayrılaraq, Bundesliga’nın ən köklü
klublarından birinin – Schalke’nin baş məşqçisi təyin olundu.
İlk
11 turdan sonra 20 xalla əzəli rəqibi – Borussia Dortmund ilə 3-4-cü yerləri
bölüşdürən Schalke komandası üçün bu nəticəni kifayət qədər yaxşı saymaq olar.
Şübhəsiz ki, əldə edilmiş bu nəticənin memarı öncəki abzasda haqqında bəhs
etdiyim Domenico Tedesco’dur. Bundesliga’da geridə qoyduğumuz 11 oyunun 10-da
komandasını “Üçlü müdafiə” ilə meydana çıxarmış bu 32 yaşlı gənc baş məşqçinin
ən çox istifadə etdiyi taktiki sxem isə 3-4-3’dü. Yay transfer sezonunda
kapitan Benedikt Höwedes’i komandadan göndərərək əksər azarkeşlərin
narazılığına səbəb olan Tedesco’nun ən çox üstünlük verdiyi müdafiə üçlüsü Nastasic
– Naldo – Kehrer hesab olunur. Oktyabr ayının böyük hissəsində zədəli olan
serbiyalı Matija Nastasic’i isə Benjamin Stambouli əvəz etdi. Schalke bu sezon
çempionatda Bayern’dən sonra ən az qol buraxan ikinci komandadı. 11 oyunda
sadəcə 10 qol buraxan Gelsenkirchen’lilərin bu uğurunda müdafiədən savayı
qapıçı Ralf Fahrmann’ın da ciddi rolu var. Tedesco’nun komandasının ən önəmli
fiquru bu sezon komandanın bombardiri olan Leon Goretzka’dı. 4 qol vuran alman
futbolçu komandaya yalnız qol vurmaqla yox, oyun içində istər geri, istərsə də
irəli xətdə göstərdiyi aktivliklə də xeyir verməyi bacarır. Qolların
vurulmasında ən çox iştirak edən oyunçu isə avstriyalı forvard Guido Burgstaller’di:
3 qol, 2 assist. Gənc məşqçi olan Domenico Tedesco’nun bu sezon kəşf etdiyi
gənc oyunçu kimi 1998 təvəllüdlü Weston McKennie’nin adını çəkə bilərik. Mərkəz
hücumçusu olaraq Burgstaller, Di Santo və Embolo kimi variantlara sahib
olduğuna görə bu mövqedə məşqçinin problem yaşamadığını demək olar. Hücumun
cinahlarında 20 yaşlı Amine Harit bu sezon hələ ki 4 assist, Yevhen Konoplyanka
isə 1 qolla yadda qalıb.
Schalke
olduqca gənc, potensiallı məşqçi və futbolçulara sahibdi. Domenico Tedesco’nun
rəhbərliyi altında Goretzka, Meyer, Kehrer, Harit, Embolo və s. kimi oyunçular
öz karyeralarının ən yaxşı sezonlarını keçirə, gələn yay daha iddialı
komandalara transfer ola bilərlər. Bəlkə elə Tedesco’nun məşqçisi olduğu
Schalke həmin iddialı klublardan birinə çevriləcək? Niyə də yox? Bunun için
istər Domenico Tedesco’da, onu bu posta gətirən rəhbərlikdə və oyunçularında
kifayət qədər potensial var.
Hiç yorum yok:
Yorum Gönder