Ad:
François Kamano
Komanda:
Girondins Bordeaux
Vətəndaşlıq:
Qvineya
Yaş:
20
Boy:
1.82
Mövqe:
Sol cinah yarımmüdafiəçisi (Left Winger)
İşlək
ayaq: Sağ
Transfermarkt
qiyməti: 3 milyon €
Oyunçu
haqqında:
Karyerasına
Qvineyanın Satellite FC komandasında başlayıb. 30 yanvar 2014 tarixində Bastia
B komandasına azad agent kimi transfer olunub. 6 aydan sonra A komandasına
yüksəlməyi bacaran Kamano burada olduğu 2 sezon ərzində 50 oyun, 8 qol, 3
assistlik performans göstərib. Keçən yay transfer dövründə 2.50 milyon €-luq transfer dəyəri ilə Bordeaux klubuna
transfer olunub. Bu günə qədər oynadığı 32 oyunda komandasına 8 qol və 4
assistlə köməklik göstərib.
Milli
komanda karyerası:
Qvineya
milli komandasında ilk oyununa 6 iyul 2013-də çıxıb. Milli komandada 7 oyuna
çıxan Kamano’nun hələ ki 1 qolu var.
Müsbət
cəhətləri:
-
Kamano’nun ən müsbət cəhəti sağ ayaqlı olub sol cinahda oynaya
bilməyidi. Müasir futbolda cinah oyunçularının tərs ayaqlı olmağı çox
istənilir.
-
Sol cinahdan müdafiənin arxasına çox yaxşı qaçışlar edə bilir.
Xüsusilə də, əks hücumlarda komandasına çox yaxşı xeyir verə bilər.
-
Top ayağında olarkən rəqibini istər sürəti ilə, istərsə də dribling
qabiliyyəti ilə gerisində qoya bilir.
-
Müdafiədən və ya digər cinahdan gələn ötürmələri çox yaxşı saxlaya
bilir.
-
Oyunun istənilən anında komandası üçün nəsə edə biləcək bir oyunçudu.
Oyunda tez həvəsdən düşə biləcək bir oyunçu deyil.
Mənfi
cəhətləri:
-
Pas verməklə arası elə də yaxşı deyil. Top ayağında olarkən ən az bir
nəfəri keçmək istəyir. Belə şeyləri buraxıb komanda oyununa üstünlük versə daha
böyük oyunçu ola bilər.
-
Müdafiə futbolu oynayan, qapanan komandalara qarşı müəyyən problemlər
yaşayır. Yenə də komanda oyunu ilə bu cür komandalara qarşı daha effektiv ola
biləcəyini düşünürəm.
-
Dribling etməyi sevən əksər oyunçular kimi Kamano’nun da ötürmə
dəqiqliyi problemi var. Çətinə düşəndə pas verdiyi üçün ötürmə dəqiqliyi az
olur.
Hansı
sxemlərdə oynaya bilər:
4-4-2
sxemində sağ və sol cinah
4-3-3
sxemində sağ və sol cinah
4-5-1
sxemində sağ və sol cinah
3-5-2
sxemində köməkçi forvard (SS)
Oyun
tərzinə görə oxşadığı oyunçular:
Ousmane
Dembele, Paul-Georges Ntep, Yann Karamoh
Müəllifin
fikri:
Gələcəkdə
çox yaxşı yerlərə gələ bilər. Amma bunun üçün üzərində işləməlidi. Ligue 1’də
daha üst səviyyəli və ya Serie A’da ortabab komandalarda özünü inkişaf etdirə
bilər. Növbəti illərdə İngiltərə Premier League’da görə biləcəyimiz bir oyunçudu.

Hiç yorum yok:
Yorum Gönder