Vətəndaşlıq:
Xorvatiya
Yaş:
22
Mövqe:
Sol cinah müdafiəçisi
Boy:
1.83
İşlək
ayağı: Sol
Transfermarkt
qiyməti: 350 min avro
Oyunçu
haqqında:
29
aprel 1995-ci ildə Avstriyanın Graz şəhərində dünyaya gələn Mateo Muzek futbola
2004-cü ildə Xorvatiyanın NK Kustosija komandasında başlayıb. 2006-cı ildə
transfer olduğu NK Hrvatski Dragovoljac klubunun müxtəlif yaş qrupları üzrə
komandalarında 2014-cü ilə qədər çıxış edib. Oyunçu həmin il HNK Gorica
komandasına transfer olunub bir sezon bu komandada çıxış etdikdən sonra
Sloveniyanın DNŠ Zavrč klubuna keçib. 2016-cı ildə isə digər bir sloven klubu
Rudar Velenje’ye azad agent kimi qoşulub. Mateo Muzek 2017-ci ildə üz tutduğu
Neftçi’də legioner karyerasının üçüncü ilini yaşayacaq.
Milli
komanda karyerası:
Xorvatiya
U21 – 1 oyun
Xorvatiya
U20 – 2 oyun
Xorvatiya
U19 – 2 oyun
Güclü
cəhətləri:
Boyu
1.83 olduğu üçün hava toplarında rəqiblərini qabaqlaya bilir. Oyunçunun
birə-bir mübarizələrdə də effektiv olduğunu demək olar. Həmçinin Muzek
komandasına irəli xəttdə də xeyir verməyi bacaran oyunçulardandı. Sabiq
komandasında çıxdığı son 38 oyunda sadəcə 4 assistlə yadda qalmasına baxmayaraq
hücumda başla yaxşı oynaya bilən, bacarıqlı hücumçuları olan komandada Mateonun
bu statistikası daha da yaxşılaşa bilər.
Cinah
müdafiəçisi üçün boyun hündür olmağı özüylə birlikdə müsbət cəhətlər gətirsə də
bəzi mənfi cəhətlər də gətirir. Muzek sürətli olan bir oyunçunun gerisində
qalsa vəziyyəti düzəltmək üçün ciddi problemlər yaşayır. Oyun içində bu hal
yaşansa nəticə komandası üçün pis ola bilər. Futbolçu müəyyən qədər kobud oyunu
ilə də diqqət çəkir. Keçmiş klubunda çıxdığı son oyunda 38 oyunda 9 dəfə sarı,
1 dəfə isə qırmızı (2 sarı vərəqədən) vərəqə ilə cəzalandırılıb.
Hansı
mövqelərdə oynaya bilər?
Əsl
mövqeyi sol cinah müdafiəçisi olan Mateo Muzeki “üçlü müdafiə” oynayan
komandalarda “üçlü müdafiə”nin solunda və ya yarımmüdafiənin solunda da sınamaq
olar. Futbolçu 4-2-3-1 ya da 4-4-2 kimi sxemlərdə sol cinah yarımmüdafiəçisi
kimi də düşünülə bilər. Amma son cümlədə dediyim fikir əsasən müdafiə futbolu
oynayan komandalar üçün nəzərdə tutulub.
Oyun
stilinə görə bənzədiyi oyunçular: Jonas Hector, Aleksandr Kolarov
Müəllifin
fikri:
Mateo
Muzek perspektivli oyunçu olsa da təcrübəsiz oyunçu da sayılır. Çox güman ki,
ilk sezonda bir Bruno Bertucci və ya Giorgi Navalovski effekti göstərməyəcək.
Futbolçuya ən az 2 sezon şans verilməlidir ki, gələcəkdə ikinci bir Ailton
peşmanlığı yaşanmasın. Əgər oyunçu ümidləri doğrultsa Neftçi onu gələcəkdə
Türkiyə, Rusiya, Belçika hətta Portuqaliya klublarına sataraq büdcəsinə xeyli
xeyir verə bilər.
Hiç yorum yok:
Yorum Gönder